Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1389/2022 13.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X4 nümayəndələri tərəfindən tərtib edilmiş 26 aprel 2022-ci il tarixli NDQ № 012371 saylı akt nəticəsində əsassız olaraq hesablanmış 3892 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X12 İddiaçı MMC hüquqi şəxsini yaratmaqla Göygöl rayonu Quşqara kəndi ərazisində hisə verilmiş balıq və balıq məhsullarının istehsalı ilə məşğul olan sahibkardır. Bu ilin aprel ayının 26-da barələrində NDQ № 012371 saylı Akt tərtib edilmiş və həmin akt əsasında 3892 manat borc hesablanmış və bundan sonra İddiaçı MMC sexinə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Hesab edirlər ki, həmin akt qanunsuz tərtib olunmuşdur və ləğv olunmalı, akt əsasında hesablanmış borc silinməli, elektrik enerjisinin verilməsi bərpa edilməlidir. Xüsusi ilə qeyd edir ki, ona cərimə yazılmasının səbəbi heç bir qanuna əsaslanmır və tamami ilə əsassız yerə akt tərtib edilmişdir. Belə ki, akt tərtib edilərkən kənar müdaxilənin olması qeyd olunsada əslində isə işin halı tam başqadır. Yəni O, İddiaçı MMC-nin icraçı direktoru olaraq müəssisəni işıq enerjisi ilə təmin etmək məqsəd ilə müəssisəyə məxsus sayğacdan işıq enerjisi istifadə etməklə ödənişini vaxtı-vaxtında ödəyir. Müəssisənin ərazisində yerləşən ikinci bir sayğac mövcudur ki, həmin sayğacla əlaqədar onunla Gəncə Yaşıllaşdırma İdarəsinin əməkdaşları arasında qarşılıqlı razılıq mövcuddur. Həmin razılığa əsasən Gəncə Yaşıllaşdırma İdarəsinin əməkdaşları ilə razılığa gəlmişdir ki, transformatorun saxlanılma xərcləri onun tərəfindən ödənilir, istifadə edilən işıq enerjisinin pulu isə Gəncə Yaşıllaşdırma İdarəsi tərəfindən ödənilir. Mövcud qanunvericilikdə isə elə bir imperativ norma yoxdur ki, işıq enerjisini kim işlədirsə pulu da mütləq həmin şəxs ödəməlidir. Sərf edilən işıq enerjisinin pulu qəpiyinə kimi hesablanaraq Cavabdeh ASC-yə ödənilir və bu barədə mübahisə yoxdur. Cavabdeh ASC isə vaxtı-vaxtında ödənilən işıq puluna görə müəssisəyə cərimə yazmışdır. Hesab edir ki, bu tamamilə qanunsuzdur və əsassız yazılan borcun nə səbəbdən yazılmasını Cavabdeh ASC-nin əməkdaşları tərəfindən də izah oluna bilinmir. Bu səbəbdən də sözügedən əsasında hesablanmış 3892 manat borcun silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, ona hesablanmış borcun onun tərəfindən ödənilməsinin tələb edilməsi tamamilə əsassızdır. Akta sadəcə qüsur olması qeyd olunmuş, bu qüsurun nədən ibarət olması izah edilməmişdir. Aktda ekspertin hər hansı elmi üsulla sayğac üzərində yoxlama aparması halı öz əksini tapmamış, ümumiyyətlə aktı imzalayanların müvafiq sahədə xüsusi biliyə malik olmaları göstərilməmişdir. Eyni zamanda iddaçı X12 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Quşqara kəndində yerləşən İddiaçı MMC-yə işıq enerjisinin verilməsinin dayandırılmasının "xxxx" ASC-yə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli MTT(115)-14/2022 saylı qərardadı ilə ərizə təmin edilərək, Göygöl rayonu Quşqara kəndində yerləşən İddiaçı MMC-yə elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan qadağan edilmişdir. Daha sonra iddiaçının əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə dair ərizəsinə əsasən iddiaçı X12 əsl İddiaçı MMC ilə əvəz edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən o obyektə olmayarkən yoxlama keçirilmiş və qardaşının iştirakı ilə heç bir səbəb olmadan akt tərtib edilmişdir. O, obyekti Eldəniz Nəbiyevdən aldıqdan sonra sayğacları adına keçirməyə çalışsada, enerji idarəsinin əməkdaşlarına görə bu mümkün olmamışdır. Obyekt hal-hazırda onun mülkiyyətində olsa da, amma sayğac vəfat etmiş keçmiş mülkiyyətçinin adınadır. Faktiki olaraq əmlaka o, sahiblik edir və idarə edir. Sayğacda borc var deyə o bu proseduru həyata keçirə bilmir. Borc isə ona qanunsuz yazılıbdır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçıya hesablanmış cərimə sayğacdan kənar xəttin çəkilməsinə görə hesablanmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi barədə qanunvericiliyin tələblərinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən pozulmasına gəldikdə hesab edir ki, yoxlayıcılar bu sahədə qanunvericiliyin tələblərini pozmamışlar. Belə ki, "xxxx" ASC müqavilə tərəfi olaraq istehlakçının elektrik cihazlarını və sayğacı yoxlamışdır. Mülkiyyətə Qarayev Ülvi sahiblik etsə də, sayğac Nəbiyev Eldəninizin adınadır. Nəbiyev Eldəniz isə vergi ödəyicisi olmadığı üçün yoxlama reyestrə salınmadan həyata keçirilmişdir. İcra vərəqində 3808 manat ziyan dəydiyi görünür. Abunə haqqında sənədə əsasən isə abonentə 3892 manat borc hesablanmışdır. Yerdə qalan fərq transformatorun itkisinə görədir. Faktiki olaraq abonentə 3892 manat borc hesablanmışdır. İddiaçı qanunsuz olaraq kənar xətdən istifadə etdiyinə görə iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, mütəxəssisin rəyini, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, "xxxx" ASC -də hal-hazırda texniki şöbə mühəndisi kimi, bundan əvvəl isə nəzarətçi kimi fəaliyyət göstərib. Bakıdan gəlmiş nümayəndələr ona sayğacı göstərərək artezianın çıxışından obyektə kənar xəttin qoşulduğunu və buna görə akta qol çəkməyini istəyiblər. Sözügedən sayğac meliorasiyanın balansındadır və həmin bu xətdən istifadə etdiyi enerjiyə görə sərfiyyat meliorasiyanın sayğacına hesablanır. "xxxx" ASC-yə bununla bağlı hər hansı ziyan dəymir. Yoxlamada abonentin nümayəndəsi kimi X8 qardaşı X11 iştirak etmişdir və o da akta qol çəkmişdir. X1 Agentliyinin Gəncə filialının nümayəndəsi-mütəxəssisi X5 məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya məxsus obyektin həyətində olan güc transformatorunun 0,4 KVluq paylayıcı lövhəsində quraşdırılmış X9 İdarəsinə və İddiaçı MMC-yə məxsus xətt ayrıcısı açılmaqla sayğac dövrədən kənarlaşdırılaraq sayğacdan kənar X2 edilməsini aşkar edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X6 iştirakı ilə fazalardan axan yük ölçülərək sayğacdan kənar X2 edilməsi barədə 012371 nömrəli akt tərtib etmişlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Akt komissiyasının xx.xx.2022-ci il tarixli icra vərəqində abonent dövriyəsində sərfiyyat olmayan 127 gün üçün hesabat aparılaraq 3808 manat iddiaçının abonent hesabına yönəldilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılmışdır. Nəticədə Enerji təchizat müəssisəsi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlmaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 7.18 və 7.19-cu bəndinin tələbləri pozulmuşdur. Bundan əlavə sayğacdan kənar xətdən istifadə edərək X2 etməklə "xxxx" MMC Qaydaların 8.17-1-ci bəndinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş 07 yanvar 2020-ci il tarixli ******* nömrəli "xxxx" ASC ilə Nəbiyev Eldəniz arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alğı-satqı birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq abonenti (istehsal sahəsini) elektrik enerjisi ilə təmin edir, abonent isə aldığı elektrik enerjisinin dəyərini hesabat dövrünün (ayının) 20dək ona təqdim etmiş edilmiş ödəniş sənədinə əsasən ödəyir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2022-ci il tarixli NDQ № 012371 saylı aktdan görünür ki, istehlakçı Nəbiyev Eldənizə məxsus obyektdə elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, obyekt daxilində güc transformatorunda yuxarıda qeyd edilən obyektə məxsus sayğac və Göygöl SSİ-yə məxsus ******* saylı elektrik sayğacı vardır. Hər iki sayğacın çıxış xətləri obyektin daxilindən kənar və həmin hissədə Göygöl SSİ-yə məxsus sayğacın çıxış xətti də obyektin sayğacının çıxış xətlərinin eyni adlı fazaları sıxacla bərkidilmişdir. Obyektə məxsus çıxış xəttinin ayrıcısının açdıqda yük birbaşa Göygöl SSİ-yə məxsus xəttin üzərinə düşür və obyektin sayğacı dövrədən kənarlaşır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, İddiaçınə məxsus olan obyektdə aşkar edilmiş pozuntu nəticəsində 34623 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 3808 manat məbləğində cərimə hesablanmışdır. Qeyri əhali qrupuna aid Nəbiyev Eldənizin abunə haqqında vərəqindən görünür ki, 3892 manat məbləğində pul vəsaiti sayğaca yazılan aktın borcu kimi abunə sənədinə daxil edilmişdir. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, İddiaçı vergi ödəyicisidir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən torpaq sahəsi İddiaçınə məxsusdur. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə sahibkarlıq fəailiyyəti ilə məşğul olan İddiaçınə məxsus obyektə sayğaca baxış keçirilərək yoxlama aparılmış, həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq abonentin hesabına 3892 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlama qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1 və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 7.19-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Məhkəmə araşdırması zamanı məlum oldu ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə sahibkarlıq fəailiyyəti ilə məşğul olan İddiaçınə məxsus obyektdə olan sayğaca baxış keçirilərək yoxlama aparılarkən həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, aparılmış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ididaçı İddiaçı fəaliyyət göstərdiyi obyektdə mövcud olan sayğac obyektin keçmiş sahibi olan Nəbiyev Eldənizin adına olsa da, "xxxx" ASC tərəfindən yoxlama sahibkarlıq subyektinə mənsub olan obyektdə aparılmışdır. Nəbiyev Eldənizin abunə haqqında vərəqindən görünür ki, abonentə məxsus sayğac qeyri-əhali qrupuna aid sayğacıdır. "xxxx" ASC-nin əməkdaşları sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmadan aparıldığından və bu yoxlamanın hüquqi nəticəsi olmadığından, yoxlama nəticəsində hesablanmış borc məbləği silinməlidir. Həmçinin "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri aktın məzmunundan görünür ki, obyektə məxsus çıxış xəttinin ayrıcısını açdıqda yük birbaşa X9 İdarəsinə məxsus xəttin üzərinə düşür və obyektin sayğacı dövrədən kənarlaşır. Bununla da aydın olur ki, obyektdə istifadə olunan enerji sərfiyyatı nəticəsində "xxxx" ASC-yə zərər dəyməmişdir. Enerji sərfiyyatı X9 İdarəsinə məxsus sayğacdan keçdiyi üçün iddiaçı tərəfindən cavabdehə ziyan vurula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçınə məxsus obyektin abonent hesabına 26 aprel 2022-ci il tarixli NDQ 012371 nömrəli akt əsasında hesablamış 3892 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. 21 may 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qərb Regional İdarəsinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə ödənilməli olan 58 manat 92 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçınə məxsus obyektin abonent hesabına 26 aprel 2022-ci il tarixli NDQ 012371 nömrəli akt əsasında hesablamış 3892 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Ödənilməli olan 58 manat 92 qəpik məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1389/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1389/2022
13.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver