Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-139/2021 25.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı2 cavabdehlər İddiaçı1 MMC-yə və təsisçi Cavabdeh2 qarşı payın digər təsisçiyə təklif edilməsi, əks halda istehsalat sahələrinin iki hissəyə ayrılması ilə yekun mənfəətdən payının ayrılması tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdehlər İddiaçı1 MMC-yə və təsisçi Cavabdeh2 qarşı payın digər təsisçiyə təklif edilməsi, əks halda istehsalat sahələrinin iki hissəyə ayrılması ilə yekun mənfəətdən payının ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin 50% payçısı İddiaçı2 məxsus təsisçi payını: müəssə haqqında Azərbaycan Respublikası qanunları ilə tənzimlənən normalar əsnasında, cavabdeh ikinci təsisçi Cavabdeh2 məhkəmə qaydasında təklif edir, rədd cavabı alınarsa ‘‘xxxx” MMC-nin istehsal sahələrini naturada iki hissəyə ayrılması ilə, 2017-2019-cu illər ərzində MMC-nin vergi aid büdcə tutmalarının Azərbaycan İqtisadiyyat Nazirliyi Yaninda DVX 14 saylı Şəmkir Ərazi Vergilər idarəsinin “xxxx” MMC-yə ünvanladığı 02.11.2020-ci İ tarixli məktubu ilə bir ay müddətində MMC-də keçiriləcək yekun komeral yoxlama nəticəsinin aktı ilə təsdiqini tapacaq yekun mənfəətdən, iddiaçının payına düşən mənfəətlə birgə, cavabdehin razılığı olarsa, həmçinin təsisçi payının əvəzi ağlabatan həddə bazar münasibətlərinə uyğun qiymətini almaqla, həmin paya 2016-ci 2019-cu illər ərzində ümumi mənfəətdən mütənasib payına düşən 50 faiz hissəsi ilə iddaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 cavabdehlər İddiaçı1 MMC-yə və təsisçi Cavabdeh2 qarşı payın digər təsisçiyə təklif edilməsi, əks halda istehsalat sahələrinin iki hissəyə ayrılması ilə yekun mənfəətdən payının ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-139/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-139/2021
25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver