Məhkəmə qərarları › İş №e-2-2(115)-14/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-14/2022

29.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-14/2022 29.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, İsgəndərova Fidan Mübariz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil3, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən, 2015-2018-ci illər üzrə Cavabdehndən təsisçilərinə ödənilməli olan və ona ödənilməyən cəmi 389023 manat 15 qəpik təsisçi payının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh istehsalat kommersiya Firması tərəfindən təsis edilərək 16.05.1997-ci ildə 33793 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Firmanın təsisçilik payı 100 faiz 2 paydan ibarət olmaqla ona məxsus olmuşdur. X25 tərəfindən onunla birlikdə ünvan 1 ünvanda 0.90 ha torpaq sahəsini icarəyə götürərək ümumi sahəsi 2 361.0 kv.m, 1 539.0 kv.m əsas, 822.0 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (X19) inşa etmişdilər. Həmin əmlaka dair AR DƏDRX-nin HDQHDƏDR-dən 02.03.2009-cu il tarixli reyester nömrəsi **********00-12301, qeydiyyat nömrəsi ********** olan, ******* Seriya nömrəli çıxarış verilmişdir. 2011-ci ildə X9 əri ilə görüşüb özlərinin bu sahədə ixtisaslaşdıqlarını bildirirərək mülkiyyətlərində olan müəssisənin ünvan 1 ünvanda yerləşən və fəaliyyətinin göstərən əmlak kompleksi-X7 fəaliyyətinin genişləndirilməsinə və idarə edilməsinə, o cümlədən yarımçıq qalmış bəzi tikili hissəsinin tamamlanmasına maddi dəstək göstərməklə Cəmiyyətin nizamnamə kapitalındakı 100 faizlik payının 70 faiz hissəsini, yəni 30% özünə, 30 % X20, 10 % isə X1 barədə razılıq əldə olunmuşdur. Bunun müqabilində isə X25in X7 direktoru təyin ediləcəyi vəd edilmişdir. Bu məqsədlə 17.08.2011-ci ildə X9, X26, X21 ilə aralarında Cavabdeh MMC-dəki payın alqı-satqı müqaviləsi əsasında yuxarıda göstərilən qaydada və məzmunda alqı-satqı aparmışlar. Əri bir müddət X7 direktoru kimi fəaliyyət göstərsə də sonradan cavabdeh tərəfindən o Mərkəzə buraxılmamış, hətta rəsmi əmr olmadan onunla əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Eyni zamanda əri işdən kənarlaşdırılmadan onun vəzifəsinə cavabdeh tərəfindən başqa bir kənar şəxs təyin edilmişdir. Keçən bu müddət ərzində (17.08.2011- 17.08.2019) cavabdeh təşkilat tərəfindən pay haqqı olaraq (2015-2016-cı ilin 8 ayı ərzində) cəmi 80 000 manat məbləğində pay haqqı ödənilmişdir. Lakin, təkcə 2015- 2016-cı ilin 10 ayı ərzində cəmiyyətdə onunla eyni məbləğdə 30% pay haqqı olan X6; 02.06.2015-ci il tarixli k/m orderi ilə 15 000 manat; 25.06.2015-ci il tarixli k/m orderi ilə 15000 manat; 23.07.2015-ci il tarixli k/m orderi ilə 15000 manat; 27.07.2015-ci il tarixli k/m orderi 15000 manat; 07.09.2015-ci il tarixli k/m orderi ilə 30000 manat; 15.10.2015-ci il tarixli k/m orderi ilə 11000 manat; 22.10.2015-ci il tarixli k/m orderi ilə 10000 manat; 29.10.2015-ci il tarixli k/m orderi ilə 9000 manat; 07.11.2015-ci il tarixli k/m orderi ilə 10000 manat; 14.11.2015-ci il tarixli k/m orderi ilə 15000 manat; 24.11.2015-ci il tarixli k/m orderi ilə 5000 manat; 18.12.2015-ci il tarixli k/m orderi ilə 20000 manat; cəmi 170000 manat. 05.02.2016-ci il tarixli k/m orderi ilə 15000 manat; 17.02.2016-cı il tarixli k/m orderi ilə 5000 manat; 19.02.2016-cı il tarixli k/m orderi ilə 10000 manat; 01.03.2016-cı il tarixli k/m orderi ilə 30000 manat; 01.04.2016-cı il tarixli k/m orderi ilə 20000 manat; 27.04.2016-cı il tarixli k/m orderi ilə 15000 manat; 23.06.2016-cı il tarixli k/m orderi ilə 15000 manat; 12.08.2016cı il tarixli k/m orderi ilə 15000 manat; cəmi 125000 manat, yekun olaraq 02.06.2015-ci il tarixdən 12.08.2016-ci il tarixədək olan dövr üzrə 295000 manat məbləğində pay haqqı ödənilmişdir. Eyni pay haqqına malik təsisçilərdən necə ola bilir ki, 02.06.2015-ci il tarixdən 12.08.2016-cı il tarixədək olan dövr üzrə ona 80000 manat, X6 isə 295000 manat məbləğində pay haqqı ödənilmişdir. Bu hansı meyarlarla müəyyən edilmişdir. Bu cəmiyyətin Nizamnaməsinin 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçıklar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. Bu günədək nə onun cəmiyətin heç bir ümumi yığıncağına dəvət olunmaması, cəmiyətin protokollarının surətinin ona verilməməsi onun ümumi yığıncaqda qəbul olunan qərarlardan və hətta cəmiyətin xalis gəliri və həmin gəlirin bölünməsində onun iştirakı təmin edilməmişdir. X11 faktiki olaraq X9 idarə edir, müəssisənin gəlirini və xərcini ümumi yığıncaq yox, X9 müəyyən edir. Bu səbəbdən də hesab edir ki, Nizamnamə ilə müəyyən edilmiş qaydaları pozurlar. Belə ki, Nizamnamənin 4.1-ci bəndinə əsasən cəmiyyətin ali idarə etmə orqanı təsisçilərin azı ildə bir dəfə çağrılan ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda o ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Müraciətləri əsasında X3 eksperti Təhmraz İsgəndərov tərəfindən verilmiş 30 iyun 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi 2010-2014 və 2019-cu illər üzrə zəruri olan sənədlər tərəfindən təqdim edilə bilmədiyindən həmin illər üzrə olan ödənilməli olan pay haqqını (dividenti) müəyyən etmək mümkün olmamışdır. Təsisçi X6 2015-ci ildə ödənilmiş 170000 manat və 2016-cı ildə ödənilmiş 125000 manat təsisçi payının (dividentin) MMC üzrə 30 %-i olduğunu, eləcə də 09 oktyabr 2019-cu il tarixli səyyar vergi yoxlaması aktının məlumatları əsasında MMC-nin 2017-2018-ci illər üzrə müvafiq olaraq 232168 manat 18 qəpik və 347909 manat 01 qəpik sərbəst mənfəəti, habelə 17.08.2011-ci il tarixli payın alqı-satqı müqaləsinin tələbləri nəzərə alınmaqla 2015-2018-ci illərdə təsisçilərə ödənilməli pay haqqı (divident) cəmi ******* manat 50 qəpik olduğu müəyyən edilmişdir. Ekspert rəyi ilə 2015-2018-ci il ərzində İddiaçı (30%) 469023 manat 15 qəpik, X6 (30%) 469023 manat 15 qəpik, X20 (30%) 469023 manat 15 qəpik, X14 (10 %) 156341 manat 05 qəpik olduğu müəyyən edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə verərək, Cavabdeh MMC-dən 2015-2019-cu illər üçün ödənilməli olan 453239 manat 38 qəpik məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh təsisçilərə aylıq ödənişlərin olduğunu inkar etsə də, əldə etdikləri materiallardan görünür ki, “gmail.com” elektron poçt proqramı vasitəsilə cəmiyyətin mühasibi Sevda Namazovaya məxsus mailto:snamazova@gmail.comElektron ünvan 1 elektron poçt ünvanından iddiaçının ərinə məxsus mailto:ssonomed@gmail.comElektron ünvan 2 ünvanına 01.05.2015-ci il - 18.08.2016-cı il tarixləri aralığı üçün X37 Mərkəzində mühasibat mədaxilməxaric qrafikləri göndərilmiş və bu qrafiklərdə təsisçilər X2 və X17 təsisçilər üçün aylıq ödənişlərin edildiyi öz əksini tapmışdır. Odur ki, digər təsisçilərdən fərqli olaraq İddiaçı heç bir təsisçi ödənişi aparılmadığından iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar heç biri həqiqəti əks etdirməyindən sübut kimi qəbul edilə bilməz. İddiada qeyd olunan dövrdə X4 direktor olub və onun mənfəət götürməməyi mümkün deyildi. Hal-hazırda müəssisədə peşəkar həkimlər olmadığından vəziyyət çox çətindir və personalın əmək haqqlarının ödənilməsində çətinlik çəkirlər. Müəssisənin indiki vəziyyəti çox çətin şəraitdədir. Ən başlıcası isə təsisçilərə payın ödənilməsi barədə ümumi yığıncağın qərarı yoxdur və bu pul heç kəsə verilməyib. Müəssisənin fəaliyyət göstərdiyi dövrdə heç bir kəsə divident ödənişi olmayıb və bununla bağlı qərar qəbul edilməmişdir. Onlarda bununla bağlı heç bir rəsmi sənəd yoxdur və qarşı tərəfin təqdim etdiyi sənədlər Cavabdeh MMC-yə məxsus sənədlər deyildir. İddiaçı iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, bununla da, iddia əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Bakı şəhərində xəstəxana yaradıb və direktor işləyib. Gəncədə olan klinikanı özü tikib. 2015-2016-cı illərdə İlham müəllim və onun qardaşı uşaqları oradan dividentlər alıblar və bununla bağlı sənədlər mövcuddur. 2011-ci ildən 2017-ci ilin aprel ayına qədər direktor işləyib, digər payçılar 2013-cü ildən qoşulublar və 2015-ci ilə qədər heç kimə pul verilməyibdir. İlham müəllim ondan hər ay 30000 manat pul verilməsini tələb edib və o bu pulu ona vermişdir. İlk əvvəl mənfəət bərabər bölüşdürüldü, amma sonradan payçıların sayı artdı. Əmlak payı arvadınındır və 2015-2016-cı illərdə 85000 manat gəlir götürüblər. Sonradan ondan klinikanı icarəyə götürməyini tələb ediblər və beləliklə mübahisə yaranıb. Bir milyon üç yüz min manat texniki vasitələrə pul xərclənibdir. Ümumilikdə avadanlıqlara 2 milyon manat pul verilibdir. O, orada həm baş həkim, həm də direktor işləyib və pulu baş mühasib bölüşdürüb. Məhkəmədə şahid qismində dindirilən X23 ifadəsində bildirdi ki, o, 2011-ci ildən yarım ştatla həmin müəssisədə mühasib işləyir. Onun heç bir imza səlahiyyəti olmamış, yalnız rəhbərliyin tapşırıqlarını yerinə yetirmişdir. İş fəaliyyəti dövlət orqanlarına hesabatların hazırlanması, statistik araşdırmalar, ümumilikdə maliyyə əməliyyatlarıdır. Müəssisədə işçi sayı çox olduğundan müəssisənin mənfəəti olmamışdır və heç bir təsisçiyə dividend ödənilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi elektron poçt ünvanı rəhbərliyin və onun ümumi istifadəsində olmuşdur. Həmin poçt ünvanına digər şəxslərində giriş imkanı olmuşdur. İddiaçı tərəfin istinad etdiyi ödəniş qrafikini göndərməmiş və xatırlamır. Onun tərəfindən heç bir təsisçiyə ödəniş verilməmiş və müəssisə özəl təşkilat olduğundan bütün səlahiyyətlər direktora məxsus olub, onun bu kimi məsələlərdə heç bir səlahiyyəti olmamışdır. Ona məlumdur ki, vaxtilə cəmiyyətin borcunu təsisçi olan İlham müəllim ödəmişdir. Onun belə bir ödənişin verilməsi barəsində heç bir məlumatı yoxdur və xatırlamır. İş materiallarında olan İddiaçı, X9, X26, X21 ilə Cavabdeh MMC arasında bağlanmış 17.08.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin nizamnamə kapitalının ona məxsus 2 paydan ibarət 100 % payından 30 % hissəsini X6 500 manata, 30 % hissəsini X20 500 manata və 10 % hissəsini X13 200 manata satmışdır. İş materiallarında olan 24 dekabr 2012-ci il tarixli Cavabdeh MMC-nin təsisçilərinin qərarından görünür ki, 17.08.2011-ci il tarixli nizamnamə kapitalının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin nizamnaməsində dəyişiklik edilmiş, cəmiyyətin təsisçiləri kimi İddiaçı (30%), X9 (30%), X26 (30%), X22 (10 %) göstərilmişdir. Cavabdeh MMC-nin dövlət reyestrindən çıxarışdan görünür ki, cəmiyyətin təsisçiləri kimi İddiaçı, X5 və X18 nizamnamə kapitalında mayalarının miqdarı hər birinin 30% olmaqla, X8 payı isə 10 % göstərilmişdir. İş materiallarında olan X3 30.06.2020-ci il tarixli 264 nömrəli rəyindən görünür ki, Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi 2010-2014 və 2019-cu illər üzrə zəruri olan sənədlər iş materiallarında olmadığından həmin illər üzrə ödənilməli olan pay haqqını (dividendi) müəyyən etmək mümkün olmamışdır. Təsisçi X6 2015-ci ildə ödənilmiş 170000 manat və 2016-cı ildə ödənilmiş 125000 manat təsisçi payının (dividend) MMC üzrə 30 % olduğunu, eləcə də 09 oktyabr 2019-cu il tarixli səyyar vergi yoxlaması aktının məlumatları əsasında MMC-nin 2017-2018-ci illər üzrə müvafiq olaraq 232168 manat 18 qəpik və 347909 manat 01 qəpik sərbəst mənfəəti, habelə 17.08.2011-ci il tarixli payın alqı-satqı müqaviləsinin tələbləri nəzərə alınmaqla 2015-2018-ci illərdə təsisçilərə ödənilməli pay haqqı(dividend) İddiaçı (30%) 469023 manat 15 qəpik, X6 (30%) 469023 manat 15 qəpik, X20 (30%) 469023 manat 15 qəpik, X14 (10%) 156341 manat 05 qəpik olmaqla cəmi ******* manat 50 qəpik olduğu müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC X37 Mərkəzini direktoru Ülkər Kərimovanın İddiaçı 26 avqust 2020-ci il tarixində ünvanladığı cavab məktubundan görünür ki, Cavabdeh MMC-nin təsisçilərindən olan və onunla eyni hüquqlu 30 faiz pay haqqına sahib X6 02.06.2015-12.08.2016-cı illəri əhatə edən dövr ərzində 295000 manat, ona isə 2015- 2016-cı ilin 8 ayı üçün 80000 manat məbləğində pay haqqı ödənilmişdir. Müəssisənin mühasibat sənədləşmələrində də iddia edilən pay haqlarının ödənilməsi ilə bağlı heç bir sənədləşmə işləri aparılmamışdır. İş materiallarında olan “X37 Mərkəzi”-nin 01.05.2015-18.08.2016-cı illər üzrə mədaxil-məxaric orderindən görünür ki, X13 və X2 aylıq ödənişlər edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 22.06.2021-ci il tarixli 2-2(115)-70/2021 saylı qəradadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək, ekspertiza qarşısında Cavabdeh MMC-nin 2015- 2019-cu illər üzrə xalis mənfəəti nə qədərdir sualı qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti məhkəməyə vəsatət göndərərək, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması məqsədilə 2015-2019-cu illərin maliyyə nəticələrinin müəyyənləşdirilməsi üçün Cavabdeh MMC-də aparılmış yoxlama, təftiş və ya audit materialları və mühasibat sənədlərinin təqdim olunması xahiş olunmuşdur. Bununla bağlı, vəsatətin surəti cavabdehə göndərilərək, vəsatətdə sadalanan sənədlərin ekspertizaya təqdim edilməsi üçün sözügedən sənədlərin məhkəməyə göndərilməsi cavabdehə təklif olunmuş, lakin cavabdeh tərəfindən həmin sənədlərin məhkəməyə göndərilməsi təmin edilməmişdir. Nəticədə, cavabdeh tərəfindən əlavə tədqiqat obyektləri və iş üzrə materialları ekspertizaya təqdim edilmədiyindən, 12 yanvar 2022-ci il tarixdə ekspertiza tədqiqatının aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Bundan sonra, məhkəmə tərəfindən 15 fevral 2022-ci il tarixdə yenidən Cavabdeh MMC-yə sorğu göndərilərək, sözügedən sənədlərin məhkəməyə təqdim edilməsi cavabdehə təklif olunmuş, həmçinin Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinin tələbi cavabdehə izah olunmuş lakin, tələb olunan sənədlərin məhkəməyə təqdim olunması cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. İşin faktiki hallarından və iş materiallarına əlavə edilmiş edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə eyni pay haqqına malik digər təsisçilərə təsisçi payı ödənilməsinə baxmayaraq, təsisçi İddiaçı təsisçi payı ödənilməmişdir. Cavabdeh tərəfə məhkəmə tərəfindən dəfələrlə rəsmi sorğular ünvanlanmasına baxmayaraq, cavabdeh işlə bağlı və ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin onlarda olmadığını əsas gətirərək, məhkəməyə iddia tələbini inkar edən heç bir sübut təqdim etməmişdir. 2015-2019-cu illərin maliyyə nəticələrinin müəyyənləşdirilməsi üçün Cavabdeh MMC-də aparılmış yoxlama, təftiş və ya audit materialları və mühasibat sənədlərinin iddiaçının müstəqil əldə etmək imkanın olmaması və həmin sübutların cavabdehdə olması aşkar olduğundan, bu sübutların məhkəmənin tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim edilməməsi ona dəlalət edir ki, hazırki mübahisə üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, cavabdeh bu vəzifəni yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nizamnamə kapitalındakı paya uyğun mənfəət almaq hüqüqu olduğundan, o, haqlı olaraq məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Mənfəətin miqdarına gəldikdə məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən 2015-2019-cu illərinin maliyyə nəticələrinin müəyyənləşdirilməsi üçün təyin edilmiş ekspertizanın keçirilməsində iştirak etməkdən imtina olunması və işin hallarına görə tələb olunan zəruri tədqiqat predmetlərinin cavabdeh tərəfindən təqdim olunmaması nəticəsində ekspertizanı keçirmək mümkün olmadığından, iddiaçının tələb etdiyi 453239 manat 38 qəpik məbləğində mənfəətin miqdarı təsdiq olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 453239 manat 38 qəpik məbləğində pul vəsaiti Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 453239 manat 38 qəpik məbləğində pul vəsaiti Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar