Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1411/2024 24.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdehlər Cavabdeh6 (o həm də cavabdeh "xxxx" Firmasının icra orqanın rəhbəridir) və Cavabdeh4 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Firmasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdеhlər Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 016R********** saylı krеdit razılaşması üzrə 32844,85 manat krеdit bоrcu, 5100,03 manat faiz bоrcu və 2207,19 manat cərimə borcu olmaqla, ümumilikdə 40152,07 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210,46 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 Firmasının xüsusi mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası-kateqoriya: yaşayış məntəqələrinin torpaqlarına yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə əqbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 016L**********96 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 016R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh6 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh6 götürdüyü krеdit bоrcundan 17155,15 manat ödəmiş, onun 32844,85 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 336 gün üçün hesablanmış faiz borcu 5100,03 manat, cərimə 2207,19 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 Firması, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh3 Firması və borclu Cavabdeh6 və Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh3 Firmasının xüsusi mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 47.4 kv.m ümumisahədən ibarət qeyri-yaşayış binası – kateqoriya: yaşayış məntəqələrinin torpaqları iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında göstərdi ki, iddiaçı ilə krediti sahibkarlıq sahəsində fəaliyyət göstərməsi üçün bağlamış, 50000 manat kredit götürmüşlər. Vergi ilə əlaqədar problemləri olduğu üçün kredit borcunu ödməkdə çətinlik çəkmişlər. Vergiyə hazırda 20000 manat borcları qalmışdır. "xxxx" Firması yanacaq doldurma məntəqəsi kimi fəaliyyət göstərir. Oktyabr ayının sonlarına kimi borclarını ödəyəcəklər. Həmiçinin əsas borcla razıdır, ancaq dəbbə borcundan onlara güzəşt edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehlərə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 016L**********96 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla, 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 29 noyabr 2021ci il tarixli kredit razılaşmasından görünür ki, ona fərdi mikro kredit məqsədi ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli 016S**********02, 016S**********01, 016S**********02, 016S**********01 və 016S**********03 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 Firması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 10 iyun 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 Firmasının mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti 70000 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh3 Firmasının mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının bankın xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 29 oktyabr 2024-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə rəyindən görünür ki, Cavabdeh3 Firmasının mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar dəyərinin 100000 manat, likvid dəyərinin 90000 manat təşkil etməsi müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 350 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh6 arasında xx.xx.2021-ci il tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla, 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 Firmasının mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmiçinin 10 iyun 2021-ci il tarixdə Bankla Cavabdeh3 Firması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanılmışdır. Daha sonra İddiaçı QSC ilə Cavabdeh6 arasında 29 noyabr 2021-ci il tarixli kredit razılaşması bağlanmış, razılaşmaya əsasən ona fərdi mikro kredit məqsədi ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin kredit razılaşması üzrə iddiaçıya 32844,85 manat əsas borcu və 5100,03 manat faiz borcu vardır. İddiaçı verdiyi kredit məbləğini və ona hesablanmış faizi cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2207 manat 19 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cəriməl azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 Firmasının, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh6 kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh6 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən onunla birlikdə Cavabdeh3 Firması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, kredit razılaşması üzrə yaranmış 32844 manat 85 qəpik krеdit bоrcu, 5100 manat 03 qəpik faiz bоrcu, 1500 manat cərimə borcu olmaqla, ümumilikdə 39444 manat 88 qəpik bоrc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh3 Firmasının mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməli, həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılmalı və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 90000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 Firmasına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 210,46 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 208,34 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı da müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 32844 manat 85 qəpik krеdit bоrcu, 5100 manat 03 qəpik faiz bоrcu, 1500 manat cərimə borcu olmaqla, ümumilikdə 39444 (otuz doqquz min dörd yüz qırx dörd) manat 88 (səksən səkkiz qəpik bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 208 (iki yüz səkkiz) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 Firmasının mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin. Həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılsın və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 90000 (doxsan min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 Firmasına qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 (üç yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1411/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1411/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver