Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1412/2025 01.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23 iyun 2020-ci il tarixli 115/20-ky nömrəli Güzəştli kredit müqaviləsi üzrə əsas borcu 5392.67 manat, faiz borcu 6,61 manat olmaqla, cəmi borcu 5399.28 manat (beş min üç yüz doxsan doqquz manat, iyirmi səkkiz qəpik) borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması; borc tələbinin Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumisahəsi 127.7 kv/m , yaşayış sahəsi 73.5 kv/m, yardımçısahəsi 54.2 kv/m, olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 16708 (on altımin yeddi yüzsəkkiz) manat məbləğində müəyyən edilməsi; ipoteka predmetinin satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan 5399.28 manat kredit borcunun və 74 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 08 may 2025-ci il e-2(021)-84/2025 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbi”nə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi Quluzadə Cahid məhkəməyə elektron qaydada ərizə göndərərək icraatda olan İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-2-2(115)-1412/2025 saylı kommersiya işi üzrə iddiadan imtina etdiklərini nəzərə alaraq, həmin iddia ərizəsi üzrə işin icraata xitam verilməsinə dair müvafiq qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının (İddiaçı QSC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-2-2(115)-1412/2025 saylı kommersiya işlə bağlı bildirir ki, iddia tələbində qeyd edilmiş borc Cavabdeh tərəfindən 20 iyun 2025-ci il tarixdə İddiaçı QSC-nin Bərdə filialına tam ödənilmişdirş Qeyd edilənlərlə əlaqədar İddiaçı QSC tərəfindən Cavabdeh qarşı iddia tələbindən imtina edilməsi və həmin iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Dövlət büdcəsinə ödənilmiş 74 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1412/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1412/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver