Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1426/2023 26.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" X8 Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı X2 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 Törəmə Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya su təchizatı və kanalizasiya xidmətinə görə hesablanmış 3743,40 manat borcun onun üzərindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıqda iddiaçının xx.xx.2023-cü il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətinə görə Cavabdeh2 ASC-yə 3610,40 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun yarandığı qeyd olunmuşdur. Abonent haqqında məlumatdadan görünür ki, su təchizatı və kanalizasiya xidmətinə görə xx.xx.2018-ci il tarixinə 2779,40 manat təşkil edir, 2019-2022-ci illər ərzində isə heç bir satış olmamışdır. Abonent haqqında məlumatda abonent tərəfindən ödənişlərin 2023-cü ilin yanvar ayından ödəniş etməyi müəyyən olunur. Gəncə şəhəri, Atatürk prospekti, 8 ünvanda yerləşən avtoyuma məntəqəsinin 2023-cü ilin may ayına qədər fəaliyyəti olmamışdır. Qeyri-yaşayış obyektində suölçən cihaz yeni quraşdılıb və iddiaçıya bu günkü tarixədək hesablanmış 3743,4 manat borc hansı meyarla hesablanması müəyyən deyildir. Cavabdeh heç bir suölçən cihaz olmadan iddiaçıya su təchizatı və kanalizasiya istifadəsinə görə əsassız borc hesablanmışdır. Abonent haqqında məlumatda 2020-ci ilin yanvar ayının 01-dək abonentin 4334,40 manat borcu olduğu qeyd olunur, digər məlumatda isə abonentin xx.xx.2018-ci il tarixədək 2779,40 manat borcu qeyd olunmuşdur və 2019-2022-ci illər üzrə borc barədə məlumat göstərilməmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasındakı müqavilə öhdəlikləri vaxtaşırı icra edilən öhdəlikdir və qeyd edilən öhdəlik üzrə tələb etmə müddəti cavabdeh tərəfindən ötürülmüşdür və hazırkı borc tələb edilə bilməz. Ona gördə iddia müddətinin ötürülməsini də nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" X8 Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, obyektdə istifadə edilən suya uyğun olaraq çirkab suların axıdılmasına görə düzgün hesabat aparılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Abonent haqqında məlumatdan da görünür ki, X1 xx.xx.2023-cü il tarixə borcu 3743,40 manat təşkil edir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixə 3610.40 manat məbləğində borcun qalması ilə bağlı xəbərdar edilmişdir. Belə ki, işə əlavə olunmuş abonent haqda məlumat sənədindən göründüyü kimi iddiaçının 2011-2017-ci illər üzrə 2779.40 manat, 2018-ci ilin sonuna 4.391.40, manat, 2019-cu ilin sonuna isə 4334.40 manat borcu olmuşdur. 2020-ci ildə 283 manat dəyərində sudan istifadə etmiş və 290 manat ödəmiş və nəticədə 7 manat artıq ödəniş etmişdir. Onun 2020, 2021 və 2022-ci illər ərzində, o cumlədən 2023-cü ilin sentyabr ayına qədər istifadə etdiyi suya görə borcu yaranmamışdır. Buradan aydın olur ki, hazırda mübahisələndirilən 3743,40 manat borcun 2779.40 manat hissəsi 2011-2017-ci illər, 964 manat hissəsi isə 2018-ci ilə aid olmaqla 2018-ci ilin sonuna olan 4.391.40 manat borcun tərkib hissədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Həmin qərarda göstərilir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduğu hallarda, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Ona görə də iddiaçı icra etmədiyi, yəni ödəmədiyi 3743,40 manat borcun silinməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.1-ci maddsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. 554.2. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. 3743,40 manat borc iddiaçı X2 hesabından silinsin. Cavabdeh "xxxx" Törəmə Səhmdar Cəmiyyətindən 57.43 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1426/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1426/2023
26.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver