Məhkəmə qərarları › İş №e-2-2(115)-1426/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1426/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1426/2025 09.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzinin Cavabdeh oğluna qarşı müqavilənin ləğv edilməsi, tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaninda Meşələrin İnkişafı Xidmətinin 10 Saylı X3 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlunun Hacıkənd meşəbəyliyinin 13a kvartalında özbaşına tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə şüşəbən qapalı talvar 2 ədəd, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış plastik pəncərəli zal 1 ədəd, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağının cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və xx.xx.2022-ci il tarixli 99 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 X5 X1 meşəbəyliyinin ərazisində dövlət meşə fondu torpaqlarından istifadə vəziyyəti araşdırlarkən, ünvan 1 ünvanda yaşayan Cavabdeh oğlu ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 13a kvartalında istirahət-rekreasiya məqsədi ilə xx.xx.2022-ci il tarixli 99 qeydiyyat nömrəli 0.30 ha sahədə 2 il müddətinə bağlanmış müqavilənin qüvvədən düşməsinə baxmayaraq ərazidə 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə şüşəbən qapalı talvar 2 ədəd, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış plastik pəncərəli zal 1 ədəd, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı mövcuddur. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə xx.xx.2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir.. Mərkəz tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi barədə vətəndaşın ünvanına xx.xx.2025-ci il tarixli 3-14-27-11/2- 098/2025 nömrəli məktubun göndərilmiş, lakin bu günədək məktubda göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh oğlu ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 13a kvartalında özbaşına tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə şüşəbən qapalı talvar 2 ədəd, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış plastik pəncərəli zal 1 ədəd, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağının cavabdehin hesabına sökülməsi və ərazinin cavabdehin hesabına boşaldılması və xx.xx.2022-ci il tarixli 99 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək izahatında bidirdi ki, onun həmin torpaq sahəsində heç bir qeyri-qanuni tikilisi yoxdur, 1 ədəd qaya daşlarının üzərində tikilmiş tikilini isə aradan qaldırmışdır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Meşələrin İnkişafı Xidmətinin Göygöl X3 Mərkəzi (hazırda 10 saylı X3 Mərkəzi) ilə Cavabdeharasında bağlanmış xx.xx.2022-ci il tarixli 99 nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, istifadəçi Cavabdeh Meşələrin İnkişafı Xidmətinin X4 X1 meşəbəyliyinin 13a kvartalının 17-ci bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahətrekreasiya məqsədi ilə 2 il müddətinə 0.30 ha sahə ayrılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün müəyyən olunmuş sahədə onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya gigiyena qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 0.30 ha sahə üçün 130 manat illik istifadə (icarə) haqqı nəzərdə tutulmuşdur. İş materallarında olan 10 saylı X3 Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 54 nömrəli aktdan görünür ki, 10 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin Hacıkənd meşəbəylilyinin 13a kvartalında Cavabdeh icarəyə verilmiş 0.30 ha meşə fondu torpağında aparılan araşdırma zamanı, ərazidə 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə şüşəbən qapalı talvar 2 ədəd, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış plastik pəncərəli zal 1 ədəd, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı müəyyən edilmişdir. İstifadə olunan ərazi hal-hazırda 0.30 ha-dır. Baxış zamanı rekreasiya obyekti mövsümlə əlaqədar fəaliyyət göstərmirdi. Yanğın əleyhinə şiti yoxdur. Ərazi təmiz saxlanır, məişət tullantıları gündəlik xüsusi qutulara yığılaraq ərazidən daşınır. Çirkab sularının axıdılması üçün ərazidə şambo quyusu qazılmışdır. Sözügedən ərazidə heç bir ekoloji pozuntuya, qırıntı, ağac kəsmə və digər meşə pozuntusu hallarında rast gəlinməmişdir. Meşə təsərrüfatının təşkili və inkişafı layihəsinə əsasən həmin ərazidə heç bir təsərrüfat işlərinin aparılması nəzərdə tutulmamışdır. İş materallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə dair daxil olmuş iş materiallarında mövcud olan Google Earth proqramından çıxarış sənədində əks olunmuş 0.30 ha torpaq sahəsinin yerləşdiyini ərazi TEKUİS məlumatlarında Göygöl rayonu ərazisində yerləşən dövlət mülkiyyətində oaln meşə fondu torpaqları kateqoriyasına aid meşə ilə örtülü sahə olaraq göstərilmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (bundan sonra Meşə Məcəlləsinin) 14cü maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Meşə Məcəlləsinin 16-cı maddəsinin 2-ci bəndinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Meşə Məcəlləsinin 20-ci maddəsinin 2-ci bəndinə əsasən meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra Torpaq Məcəlləsinin) 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir. Torpaq Məcəlləsinin 112-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından görünür ki, Meşələrin İnkişafı Xidmətinin Göygöl X3 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə 2 il müddətinə bağlanmış, 2024-cü ildə müqavilənin müddəti bitmiş və yeni müqavilə bağlanmamışdır. Müqavilə müddətində icarəçi ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin ərazidə tikililər mövcuddur. Hal-hazırda ərazi cavabdehin istifadəsində və sahibliyindədir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verildiyindən, buna baxmayaraq hal-hazırda torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olduğundan cavabdeh tərəfindən həmin ərazi boşaldılmalıdır. Həmçinin qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Əkbərov X2 meşəbəyliyinin 2-ci kvartalında tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə şüşəbən qapalı talvar 2 ədəd, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış plastik pəncərəli zal 1 ədəd, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı Cavabdeh hesabına sökülərək, ərazi boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli müqavilə 2 il müddətinə bağlandığından və hazırda müqavilə qüvvədə olmadığından, qüvvədən düşmüş müqavilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı büdcə təşkilatı olduğundan, cavabdeh isə məcburi köçkün olduğundan dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlunun Hacıkənd meşəbəyliyinin 13a kvartalında tikdiyi 3.0 x 11.0 m ölçüdə dəmir dirəklər arasında taxtadan quraşdırılmış 1 ədəd mətbəx, 3.0 x 5.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd anbar, 3.0 x 3.0 m ölçüdə taxta dirəklər üzərində 1 ədəd manqalxana, 3.0 x 6.0 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd söhbətgah, 3.0 x 2.0 m ölçüdə 3 ədəd söhbətgah, 3.0 x 4.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd yeməkxana, önündə 3.0 x 3.0 m ölçüdə talvar, 2.0 x 2.2 m ölçüdə 1 ədəd səyyar söhbətgah, 3.0 x 3.0 m ölçüdə 2 ədəd şüşəbəd qapalı talvar, 3.0 x 3.0 m ölçüdə 1 ədəd söhbətgah, 4.0 x 9.0 m ölçüdə taxtadan quraşdırılmış 1 ədəd plastik pəncərəli zal, 3.0 x 4.0 m ölçüdə 1 ədəd kətəxana, 5.0 m diametrdə çoxbucaqlı şəklində alt hissəsi qaya daşı ilə hörülmüş plastik pəncərələrlə bağlanmış yemək otağı tikililəri Cavabdeh oğlunun hesabına sökülsün və ərazi boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar