Məhkəmə qərarları › İş №e-2-2(115)-146/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-146/2020

16.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-146/2020 16.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh nümayəndəsi X2 iştiraklarıilə İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdeh “Cavabdeh “İstehsalat qarşı məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 972 manat borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən Gədəbəy rayonu, Zəhmət kəndində iaşə obyekti (çayxana) işlədir, Cavabdeh İB ilə iaşə obyekti arasında qazın satışı ilə bağlı müqavilə təzələnərək onunla xx.xx.2019-cu il tarixdə müqavilə imzalanmışdır. Müqavilə bağlanmamışdan təxminən 20 gün əvvəl iaşə obyektinin sayğacı çıxarılmış, laboratoriyaya göndərilmiş, yerinə isə müvəqqəti sayğac quraşdırılmışdır. Laboratoriyadan iaşə obyektinin sayğacı qüsursuz qayıtmışdır. xx.xx.2019-cu il tarixdə3659497 saylı akt tərtib edilərəkmüvəqqəti sayğac çıxarılmış, iaşə obyektinin öz sayğacı yerinə quraşdırılmışdır. Müvəqqəti sayğac quraşdırıldıqdan 4 ay sonra, yəni xx xxxxxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən ona ******* saylı akt təqdim edilərək bildirilmişdir ki, işlətdiyi iaşə obyektinə quraşdırılmış müvəqqəti sayğac çıxarıldıqdan sonra laboratoriyaya göndərilmiş, onda müdaxilə izləri aşkar edilmişdir. Həmin akta əsasən 972 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh məhkəmə araşdırması zamanı ilkin iddiaya qarşılıqlı iddia ərizəsi təqdim edərək Gədəbəy rayon sakini X1 Şəmkir RQİİ-nə borclu olduğu 972 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN **********, İBAN AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətanmə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini,qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək iddia tələbi əsassız olduğundan qəbul etmədiklərini bildirmiş, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonentin obyektində olan qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təyziq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir. xx xxxxxxx 2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh İBnin 29/1640-01960-42 nömrəli aktına əsasən G-4 ******* nömrəli sayğacın plasmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında cızıx izləri vardır, xətalar normaya uyğun deyildir. İşin məhkəmə araşdırması nəticəsində məlum olur ki, abonentə məxsus sayğac yoxanış üçün çıxarıldığından əvəzinə bir neçə ay müddətinə müvəqqəti olaraq başqa sayğac quraşdırılmışdır. xx.xx.2019-cu il tarixdə əvvəlki sayğac qaytarılaraq yerinə quraşdırılmışdır. Onda heç bir nasazlıq aşkar olunmamışdır. Lakin, xx xxxxxxx 2019-cu il tarixdə müvəqqəti quraşdırılmış sayğaca baxış keçirilməklə onda nöqsan aşkar olunması qeyd olunmuşdur. Buna görə də istehlakçının iştirakı olmadan akt tərtib edilməklə 972 (doqquz yüz yemiş iki) manat əlavə borc hesablanmışdır. Göründüyü kimi sayğac istehlakçının obyektindən açılıb götürüldükdən 4 ay sonra akt tərtib edilərək həmin nasazlığa görə itirilmiş sərfiyyatın əvəzinin ödənilməsi ondan tələb olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi sayğac müvəqqəti olaraq abonentin istifadəsinə verilmiş və akt tərtib olunmamışdan 4 ay öncə onun nəzarətindən çıxmışdır. Aktda yazılan qüsurların sayğacın iddiaçının obyektində olduğu müddətdə, həmçinin bunun istehlakçının təqsiri nəticəsində baş verməsi halı müəyyən olunmamışdır. Halbuki, baş vermiş qüsurun əsasında istehlakçının təqsirli hərəkəti dayandığı halda təbii qazın itkisinə görə yaranan borc ondan tələb edilə bilər. Məhkəmə qeyd edir ki, aktı tərtib etmiş təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Qəbul edilmiş aktın qanuni və əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. Məhkəmə araşdırması zamanı aydın şəkildə müəyyən olunmuşdur ki, qazlaşdırılmış obyektə quraşdırılmış əsas sayğac baxışa gedərkən onda hər hansı bir nasazlıq aşkar edilməmişdir. Habelə, qaz təmin edən orqan sayğaca müdaxilə olunmasını hər hansı əsaslı sübutlarla sübut edə bilməmişdir. İstehlakçının fəaliyyəti təbii qazın verilişindən asılı olduğundan cavabdeh orqan istehlakçıya münasibətdə daha güclü tərəf sayılır. Ona görə də qaz təchizatı müəssisəsinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Qeyd olunanlardan göründüyü kimi keçirilmiş təftiş zamanı müvəqqəti sayğaca müdaxilə olunması halı digər sübutlarla təsdiqini tapmır. Cavabdeh orqan xidməti vəzifəsindən irəli gələrək mövcud qaydalara əməl etmədən,vəziyyəti yetərincə araşdırmadan, yararlı və zəruri sübutları toplamadan, istehlakçının təqsirini müəyyən etmədən onun barəsində akt tərtib edərək üzərinə əsassız olaraq borc hesablamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat borc istehlakçının hesabından silinməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə mübahisənin birlikdə həlli, prosessual qənaət baxımından qarşılıqlı iddianı icraata qəbul etməyi məqsədəuyöun saymışdır. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 972 (doqquz yüz yemiş iki) manat borc X3 abonenet hesabından silinsin. İddiaçı Cavabdeh İddiaçı qarşı Gədəbəy rayon sakini X1 Şəmkir RQli-nə borclu olduğu 972,00 manat (doqquz yüz yetmiş iki manat) vəsaitin və ödənilmiş dövlət rüsumunun (30,00 manat) cavabdeh tərəfindən Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ.********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************bank hesabına ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar