Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-146/2024 05.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh (üçüncü şəxslər X6, X2 və X4) qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14500 manat əsas borc, 3440,68 manat faiz borcu, 1865,67 manat cərimə borcu, 4114,47 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 23920,82 manat məbləğində kredit borcunun və ödənilmiş 200 manat mediasiya xərcin Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 81,9 kv.m ümumi, 45,8 kv.m yaşayış, 36,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2627 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 14500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx.xx.2014-cü il tarixli, 227 saylı ipoteka müqaviləsi bağlanmış, xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 81,9 kv.m ümumi, 45,8 kv.m yaşayış, 36,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 14500 manat əsas, 3440,68 manat faiz, 1865,67 manat cərimə, 4114,47 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 23920,82 manat məbləğində borcu vardır. Həmiçinin Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Ancaq Cavabdeh bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır. İş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə müqaviləni özü bağlayaraq 14500 manat kredit götürmüşdür. 18 ay faiz ödənişi etmiş, daha sonra borcundan hissə-hissə ödəmişdir. Sonra bank bağlanmış, borcu haraya ödəyəcəyini bilməmişdir. Bu günədək ondan borc tələb edilməmişdir. Məhkəmə əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddianı müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya, cavabdehə və üçüncü şəxslərə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh və üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin, cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2014-cü il tarixli 2627 saylı kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2014-cü il tarixli 227 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 81,9 kv.m ümumi, 45,8 kv.m yaşayış, 36,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyan tərəfindən kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayana ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 25000 manat müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 81,9 kv.m ümumi, 45,8 kv.m yaşayış, 36,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsi isə Cavabdeh, X5, X1 və X3 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydə alınmışdır. İş materiallarında olan hesabdan çıxarış vərəqindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcundan Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixdə ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 14500 manat əsas bоrcu, 3440 manat 68 qəpik faiz bоrcu, 1865 manat 67 qəpik cərimə borcu və 4114 manat 47 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 23920 manat 82 qəpik məbləğində borcu var. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 14500 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, 14500 manat məbləğində borcunun 60 ay müddətinə restrukturizasiya olunmasına və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə göstəriş verilməsini ləğv prosesində olan İddiaçı ASC xahiş etmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli 2(062)- 72/2020 saylı qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 04 iyul 2014-cü il tarixli 2627 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kreditin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı ktedit məbləğini iddiaçıya qaytarmamışdır. Problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışla müəyyən olunur ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 14500 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Bundan başqa kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixində ödəniş etmiş, xx.xx.2019-cu il tarixdə 14500 manat məbləğində borcunun 60 ay müddətinə restrukturizasiya olunması və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə dair ləğv prosesində olan İddiaçı ASC-yə müraciət etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2019-cu il tarixdə Tovuz Rayon Məhkəməsinə müraciət edərək borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad iddiaçının nümayəndəsinin iştirakı ilə çıxarılmışdır. Qərardadın qəbul edildiyi gündən 3 ildən artıq müddət keçdikdən sonra mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixdə təklif göndərilmiş, mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddia isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Tovuz Rayon Məhkəməsinə müraciət edərkən də müəyyənləşdirilmiş qaydada iddia ərizəsi ilə müraciət etməmişdir. Belə ki, iddia ərizəsi bir cavabdehə Cavabdeh qarşı qaldırılmış, həmin şəxs isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınan şəxs olmuşdur. Tərəflər arasında yaranan münasibətlər isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Buna baxmayaraq iddiaçı cavabdehə qarşı ümumi məhkəmədə iddia qaldırmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir. Bundan başqa iş materiallarında olan Tovuz 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və iddiaçı tərəfindən 200 manat mediasiya xərcinin ödənildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh (üçüncü şəxslər X6, X2 və X4) qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-146/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-146/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver