Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-15/2021 04.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” X5 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx” MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas borc, 380.878,05 (üç yüz səksən min səkkiz yüz yetmiş səkkiz manat, 05 qəpik) manat müqavilə müddətinin sonuna faiz borcu, 403.750,00 (dörd yüz üç min yeddi yüz əlli) manat isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü İİ tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla cəmi 3.784.628,05 (üç milyon yeddi yüz səksən dörd min altı yüz iyirmi səkkiz manat, 05 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosessində olan “xxxx” X5 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “xxxx” X5 Səhmdar Cəmiyyəti ilə cavabdeh “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 41 nömrəli kredit müqaviləsinə əsasən Cəmiyyətə 24 ay müddətinə illik 12 % dərəcəsi ilə 3.000.000 (üç milyon) manat məbləğində kredit verilmişdir. Cavabdeh “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyəti kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazıda xx xxxx 2019-cu il tarixə “xxxx Firması" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3.784.628,05 (üç milyon yeddi yüz səksən dörd min altı yüz iyirmi səkkiz manat, 05 qəpik) manat məbləğində borcu vardır. Həmin borcun 3.000.000 (üç milyon) manatını əsas borc, 380.878,05 (üç yüz səksən min səkkiz yüz yetmiş səkkiz manat, 05 qəpik) manatını müqavilə müddətinin sonuna faiz borcu, 403.750,00 (dörd yüz üç min yeddi yüz əlli) manatını isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” KB ASC-nin İdarə Heyətinin sədri X3 ilə “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 arasında bağlanmış xx.xx.2014cü il tarixli 41 saylı kredit müqaviləsindən görünür ki, “xxxx”xxxx“xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinə 24 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixə ******* manat məbləğində əsas borc, 380878 manat 05 qəpik faiz borcu və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunun 455833 manat 33 qəpik olması qeyd edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Ləğv prosesində olan “xxxx” Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx Firması” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/899 nömrəli rəyinə əsasən e-2-2(115)-25/2020 nömrəli işin 175ci vərəqəsində olan xx xxxxxx 2014-cü il tarixli hüquqi şəxsin kredit almaq üçün ərizə blankında ““xxxx” MMC-nin direktoru X4 imza” qrafasındakı imza, i/v 176-178-də olan "xxxx" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 41 saylı kredit müqaviləsinin 1-ci, 2-ci, 3-cü vərəqələrində "Borc alan" qrafalarındakı imzalar, həmçinin 3-cü vərəqədə ““xxxx” MMC-nin direktoru X6İu İmza” qrafasındakı imza, iş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 696305 saylı kassa məxaric orderinin üz tərəfində “İmzalar” qrafasında soldan sağa istiqamətdə 1-ci imza, arxa tərəfində “İmzalar” qrafasında soldan sağa istiqamətdə 1-ci imza – X4 tərəfindən icra oİunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı Ləğv prosesində olan «xxxx» KB ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Ləğv prosesində olan «xxxx» KB ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ******* manat əsas borc, 380878 manat 5 qəpik faiz borcu, cəmi ******* manat 05 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Ləğv prosesində olan “xxxx” X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxxxx 2014-cü il tarixli 41 saylı kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanmış 403750 manat faizin tutulmasına dair heç bir sübut təqdim etmədiyindən, bu hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3000000 manat əsas borc, 380878 manat 5 qəpik faiz borcu, cəmi ******* manat 05 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Ləğv prosesində olan “xxxx” X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 126 manat ekspertiza xərci cavabdeh “xxxx Firması” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-15/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-15/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver