Məhkəmə qərarları › İş №e-2-2(115)-15/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-15/2022

10.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-15/2022 10.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı cavabdeh “Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən istifadəsində olan istilikxanada qaz istehlakına görə hesablanmış təbii qazdan istifadəyə görə yaranmış 164552 manat borcun silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxıllıb qurtaranadək ona məxsus Şəmkir rayonu, ərazisində yerləşən istixanaya (kod:**********) təbbi qazın verilməsi bərpa edilməklə, dayandırılmasının Cavabdehnə qadağan edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, e-2-2(115)-864/2020 nömrəli qərardadı ilə ərizə təmin edilərərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı məxsus Şəmkir rayonu ərazisində yerləşən istixanaya qazın verilişi bərpa edilərək, dayandırılmasının Cavabdehə qadağan edilmişdir. İş üzrə Cavabdeh tərəfindən 23 oktyabr 2020-ci il tarixdə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, e-2-2(115)-864/2020 nömrəli qərardadının ləğv edilməsi barədə şikayət verilmişdir. X1 26 oktyabr 2020-ci il tarixli, 2-2(115)-864/2020 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, e-2-2(115)-864/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 noyabr 2020-ci il tarixli 2-2(104)-137/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, X1 26 oktyabr 2020ci il tarixli, 2-2(115)-864/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatla bağladığı–09 oktyabr 2017-ci il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X2 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Sonradan isə qeyd edilən borc əlavə olaraq şişirdilməklə 164, 552 manat (yüz altım dörd min beş yüz əlli iki manat) borc hesablanmışdır. Bundan əlavə cavabdeh onunla bağlanmış qazın alğı-satqısı barədə” müqaviləyə istinad edərək borcun bir hissəsinin həmin müqavilə imzalandıqdan sonra yaranmış borc olduğunu bildirmişdir. Lakin borcun illər və aylar üzrə əmələ gəlməsini müəyyən edən hesab fakturalar ona təqdim edilməmişdir. Təbii qazdan aylar üzrə istifadə haqqı cavabdehin hesabına ödənilir. Cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, hər bir ay üzrə yaranmış və ödənilmiş məbləğ qeyd edilməklə qalıq borc göstərilməli idi. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçının cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, cavabdeh borcun hansı sayğaca və hansı tarixə hesablandığını, aylıq sərfiyyatın nə qədər olduğunu, borcun hansı abonent koduna hesablandığını, həmin borcun ödənişinə dair iddiaçıya (istehlakçıya) qaz dəyəri barədə hesabın təqdim edildiyini sübut etməlidir. İddiaçının hesablanmış borcuna görə hazırda onun istifadəsində olan istilikxanaya verilən qazın dayandırılması sahibkarın fəaliyyətinin iflic etməklə yanaşı müflisləşməsinə səbəb ola bilər. Cavabdeh məhkəməyə etiraz təqdim edərək İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən İddiaçı 168551.60 manat debitor borcu yaranmışdır. İddiaçıya pretenziya məktubu göndərilməsinə baxmayaraq tərəf borcu ödəməkdən yayınmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-77/2021 saylı və 23 dekabr 2021-ci il tarixli 2-2(115)-15/2020 saylı qərardadları ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizaları təyin edilmiş və ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İddiaçı və “Azəriqaz» İstehsalat Birliyinə məhkəmə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. İş materiallarında olan: 27 sentyabr 2019-cu il tarixli AMX-6100/19 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, qaz paylayıcısı olaraq Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı abonent saldosundan görünür ki, abonentin 2020-ci il iyul ayına 166551.60 manat debitor borcu qeyd edilmişdir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(115)-489/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 166551 manat 60 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış və hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin məbləğin 164552 manat hissəsi eyni dövrə aid olmaqla hazırkı iş üzrə mübahisə predmetidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasənb bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-ci il qərarın əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar