Məhkəmə qərarları › İş №e-2-2(115)-1504/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1504/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1504/2025 09.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı müqaviləyə xitam verilməsi, tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaninda Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icarəyə verilmiş torpaq sahəsində tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağının sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması və xx.xx.2024-cü il tarixli 32 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 saylı X2 Mərkəzi ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 32 nömrəli istifadə müqaviləsi bağlamış, Mərkəzin Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədi ilə 0.80 ha sahəsi 6 ay müddətinə Cavabdeh verilmişdir. Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahələrinə xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən ərazidə 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağının olması faktları müəyyən edilmişdir. Aşkar edilmiş faktlar barədə xx.xx.2025-ci il tarixdə 2 saylı akt tərtib edilmişdir. İcarə müqaviləsinə əsasən istifadəçi istifadə üçün ayrılmış meşə fondu sahəsində və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsi ilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürür. İstifadəçi yüngül konstruksiyalı qurğuların, abadlaşdırma, yaşıllaşdırma işlərinin və təyinatına uyğun olaraq nəzərdə tutulan digər işlərin layihəsini xidmət, istifadəyə verən və aidiyyəti qurumlarlara razılaşdıraraq təsdiq etməlidir. Meşə fondu sahəsinin zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verməmək və tullantıların müvafiq qaydada daşınmasını təmin etmək istifadəçinin vəzifələrindəndir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü torpaq sahəsində tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağının cavabdehin hesabına sökülməsi, icarəyə verilmiş torpaq sahəsinin boşaldılması və xx.xx.2024-cü il tarixli 32 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Meşələrin İnkişafı Xidmətinin Göygöl X2 Mərkəzi (hazırda 10 saylı X2 Mərkəzi) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 32 nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, istifadəçi Cavabdeh Mərkəzin Hacıkənd meşəbəyliyinin 1-ci kvartalının 14-ci bölməsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 6 ay müddətinə 0.80 ha sahə ayrılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün müəyyən olunmuş sahədə onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya gigiyena qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 0.80 ha sahə üçün 640 manat illik istifadə (icarə) haqqı nəzərdə tutulmuşdur. İş materallarında olan 10 saylı X2 Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 2 nömrəli aktdan görünür ki, 10 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında Cavabdeh icarəyə verilmiş 0.80 ha meşə fondu torpağında aparılan araşdırma zamanı, ərazidə 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı müəyyən edilmişdir. İstifadə olunan ərazi hal-hazırda 0.80 ha-dır. Baxış zamanı rekreasiya obyekti mövsümlə əlaqədar fəaliyyət göstərmirdi. Yanğın əleyhinə şiti yoxdur. Ərazi təmiz saxlanır, məişət tullantıları gündəlik xüsusi qutulara yığılaraq ərazidən daşınır. Çirkab sularının axıdılması üçün ərazidə şambo quyusu qazılmışdır. Sözügedən ərazidə heç bir ekoloji pozuntuya, qırıntı, ağac kəsmə və digər meşə pozuntusu hallarında rast gəlinməmişdir. Meşə təsərrüfatının təşkili və inkişafı layihəsinə əsasən həmin ərazidə heç bir təsərrüfat işlərinin aparılması nəzərdə tutulmamışdır. İş materallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə dair daxil olmuş iş materiallarında mövcud olan Google Earth proqramından çıxarış sənədində əks olunmuş 0.80 ha torpaq sahəsinin yerləşdiyini ərazi TEKUİS məlumatlarında Göygöl rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan meşə fondu torpaqları kateqoriyasına aid meşə ilə örtülü sahə olaraq göstərilmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (bundan sonra Meşə Məcəlləsinin) 14cü maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Meşə Məcəlləsinin 16-cı maddəsinin 2-ci bəndinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Meşə Məcəlləsinin 20-ci maddəsinin 2-ci bəndinə əsasən meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra Torpaq Məcəlləsinin) 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir. Torpaq Məcəlləsinin 112-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından görünür ki, Meşələrin İnkişafı Xidmətinin Göygöl X2 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə 6 ay müddətinə bağlanmış, xx.xx.2025-ci ildə müqavilənin müddəti bitmiş və yeni müqavilə bağlanmamışdır. Müqavilə müddətində icarəçi ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin ərazidə tikililər mövcuddur. Hal-hazırda ərazi cavabdehin istifadəsində və sahibliyindədir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verildiyindən, buna baxmayaraq hal-hazırda torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olduğundan cavabdeh tərəfindən həmin ərazi boşaldılmalıdır. Həmçinin qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı tikililəri sökülməli, ərazi boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, istifadə, icarə hüquqlarına xitam verilə bilər, müqaviləyə deyil. Tərəflər arasında müqavilə xx.xx.2024-cü il tarixli olmaqla 6 ay müddətinə bağlanmış, xx.xx.2025-ci il tarixdə müqaviləni müddəti bitmiş, hazırda müqavilə qüvvədə deyildir. Müqavilənin qüvvədən düşməsi ilə cavabdehin istifadə hüquqlarına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı büdcə təşkilatı olduğundan dövlət rüsumunu ödəməkdən azad edilmişdir, ona görə də iddia qismən təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tikdiyi 8.0 x 2.5 m ölçüdə mətbəx kimi istifadə edilən 1 ədəd daşına bilən dəmir konteyner və qarşısında 5 m enində talvar, 4.0 x 4.0 m ölçüdə əl damı kimi istifadə olunan dəmir butka, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları taxta və lambrinlə üzlənmiş kətəxana, 4.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 6 ədəd söhbəgah, 6.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 4 ədəd söhbəgah, 12.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd talvar və 1.6 x 2.0 m ölçüdə taxtadan düzəldilmiş 1 ədəd sanitariya qovşağı tikililəri Cavabdeh hesabına sökülsün və ərazi boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar