Məhkəmə qərarları › İş №e-2-2(115)-153/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-153/2021

17.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-153/2021 17.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat qarşı məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 42.508 manat borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Şəmkir rayonunda özünə məxsus olan torpaq sahəsində 3 hektar istixanası var.Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2020-ci ilin oktyabr ayının 29-da Cavabdeh İBnin əməkdaşları heç bir əsas olmadan qaz sayğacını çıxarıb və yoxlanılmağa göndəriblər. Həmin tarixdə sayğac çıxarılarkən onun iştirakı olmamışdır. Şəmkir Xidmət Sahəsinin nümayəndələri onu idarəyə dəvət edərək sayğaca müdaxilə olunduğunu bildiriblər və bu barədə tərtib etdikəri aktı ona təqdim edərk imza etməyini tələb ediblər. O ,onlara həmin aktla razılaşmadığını, sayğaca heç bir müdaxilə etmədiyini onlara bildirdib və həmin akta imza etməyib. 29.10.2020-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt əsasında Cavabdeh İB tərəfindən onun hesabına 42508 manat əsassız borc yazılmışdır. Həmçinin bildiririr ki, sayğac çıxarılmamışdan bir neçə gün əvvəl sayğacın aylıq hesabatı götürülmüş və həmin vaxt heç bir nöqsan olmamışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsə məxsus olan istixanada 2020-ci ilin oktyabr ayının 29-da Cavabdeh İB-nin əməkdaşları heç bir əsas olmadan qaz sayğacını çıxarıb və yoxlanılmağa göndəriblər. Həmin tarixdə sayğac çıxarılarkən müvəkillinin iştirakı olmamışdır. Şəmkir Xidmət Sahəsinin nümayəndələri İddiaçı idarəyə dəvət edərək sayğaca müdaxilə olunduğunu bildiriblər və bu barədə tərtib etdikəri aktı ona təqdim edərk imza etməyini tələb ediblər. Lakin akt İddiaçı tərəfindən imzalanmayıb, iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğundan qəbul etmədiklərini bildirmişdir. Belə ki, Bakı-Qazax yolunun 378-ci km-də yerləşən İddiaçı adına olan istixanada quraşdırılmış G-400 markalı ********** nömrəli turbin tipli “Elster”qaz sayğacı 12.08.2020-ci il tarixdə ünvandan çıxarılaraq Metrologiya Departamentinin Sayğacların müyinəsi laboratoriyasında texniki baxış keçirilmiş və yoxlama nəticəsində aşağıdakılar məlum olmuşdur ki,

1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb

2. Sayğac yuyuldu təmizləndi mexaniki hissə işləkdir.

3. Ehtiyat batareya quraşdırıldı, korrektor 09.12.2019-cu il tarixdə sönüb, Pbaza=1,01 325, Tbaza=20°C. Göstəricilər Vpt=1274558, Vt=958029 m3 əks olundu, mexaniki hissədən keçən 120783 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır.Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı.Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Bundan sonra İddiaçı adına olan istixanaya dəymiş ziyan hesabatı (itirilmiş qazın bərpası üçün) aparılmış sənədləşdirilirərk abonent hesabına daxil edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən istehlak edilmiş qazın dəyərini də vaxtında ödənilməmiş, nəticədə 01.04.2021-ci il tarixədək 43 532,60 (qırx üç min beş yüz otuz iki manat 60 qəpik) manat debitor borcu yaranmışdır.Borc düzgün hesablanmışdır və abonent tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli edilməlidir. İş materiallarında olan: 29 oktyabr 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, Bakı-Qazax yolunun 378-ci kilometrliyində yerləşən istixanaya baxış zamanı nöqsan kimi, korrektorun sönməsi mexaniki hissədən keçən 120783 m3 qaz həcmi elektron hissədə qeydə alınmaması qeyd olunub. Lakin protokol abonentin özü tərəfindən imzalanmamışdır. 30 oktyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 120783 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Cəmi 212540 m3 sərfiyyatın əvəzi olaraq 43 532,60 manat istehlakçı tərəfindən vurulmuş zərər kimi ondan tələb edilmişdir. . Məhkəmə qeyd edir ki, qazdan istifadə qaydalarının pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsələlərdə ilk öncə itkinin mövcudluğu və həmin itkinin onun yaranmasına səbəb olan şəxsə aid edilməsi araşdırma predmeti olmalıdır. Vurulmuş zərərə görə əlavə hesablama, öz qanunazidd davranışı ilə itkinin yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki baş vermiş nasazlığın əsasında istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o, zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisə üzrə borc məbləğininn hesablanmasının əsasında qaz sayğaçının korrektorunun sönməsi nəticəsində sərfiyyatın düzgün aparılmaması dayanır. Lakin korrektorun sönməsində istehlakçının hər hansı bir hərəkət və ya hərəkətsizliyi dayanması aşkar olunmur. Buna baxmayaraq itirilmiş sərfiyyat qismində zərər istehlakçıdan tələb olunur. Abonentin saldosundan göründüyü kimi 2020-ci ilin yanvar ayından etibarən sayğacın elektron hissəsinin göstəriciləri dəyişilməz qalmışdır. Nəzərə alsaq ki, Cavabdeh İB-nin əməkdaşı sayğacın sərfiyyatını yoxlamaq üçün ən azından hər ayda bir dəfə obyektə gələrək borcu müəyyən edib bu barədə bildiriş təqdim edir. Belə olan halda Cavabdeh İB-nin əməkdaşları korrektorun sönməsini və bu səbəbdən sayğacın elektron hissəsininvaxtında bilməli və bunun səbəblərini araşdırmalı idi. Buradan belə nəticəyə gəlmək mümkündür ki, zərərin yaranmasına Cavabdeh İB-nin əməkdaşları şərait yaratmışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən,zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 29.10.2020-cu il tarixli akta əsasən hesablanmış 43 532,60 (qırx üç min beş yüz otuz iki manat 60 qəpik) manat borc istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən 29.10.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış 43.532,60 (qırx üç min beş yüz otuz iki manat 60 qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar