Məhkəmə qərarları › İş №e-2-2(115)-1532/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1532/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1532/2025 28.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli SHBO- 0272 saylı razılaşma üzrə əsas borca görə 10555,52 manat, faiz borcuna görə 208,53 manat, cərimə borcuna görə 114,8 manat olmaqla, cəmi 10878,85 manat borcun və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli SHBO-0317 saylı kredit razılaşmasına əsasən əsas borca görə 14103,17 manat, faiz borcuna görə 1167,31 manat olmaqla, cəmi 15270,48 manat borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 169 manat dövlət rüsumunun tutulması, tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m,çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməklə hərracda satılması və əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun müvafiq olaraq cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHBO-0272 saylı kredit müqaviləsinə əsasən illik 5% dərəcəsi olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli SHBO-0272 saylı zaminlik müqaviləsi bağlanılmış, həmçinin Cavabdeh2 məxsus olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0,13 ha torpaq sahəsində ümumi sahəsi 83,1 kv.m, yardımçı sahəsi 38,9 kv.m, yaşayış sahəsi 44,2 kv.m olan 1 mərtəbəli, 2 otaqlı (tərkibi: tövlə 220.6 kv.m, çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evi iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli SHBO-0272 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHBO0317 saylı kredit verilməsinə dair əsas şərtlər üzrə razılaşmaya əsasən müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən bağlanacaq ayrıca razılaşmalar üzrə verilə biləcək kreditin maksimal məbləği 100000 manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 84 ayadək təşkil edir. xx.xx.2023-cü il tarixli SHBO-0317 nömrəli razılaşmaya əsasən illik 20% dərəcəsi olmaqla, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Razılaşmaya əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli SHBO-0317 saylı zaminlik müqavilələri bağlanılmışdır. Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m, çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evi iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Kredit verilməsinə dair əsas şərtlər üzrə razılaşmanın şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı ASC iddia tələbinin azaldırlması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli SHBO- 0272 saylı razılaşma üzrə əsas borca görə 8815,52 manat, faiz borcuna görə 516,33 manat, cərimə borcuna görə 999,7 manat olmaqla, cəmi 10331,55 manat borcun və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli SHBO-0317 saylı kredit razılaşmasına əsasən əsas borca görə 14103,17 manat, faiz borcuna görə 2929,06 manat olmaqla, cəmi 17032,23 manat borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 173 manat dövlət rüsumunun, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ödənilmiş xərcin tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m,çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün xidmət haqqı olaraq 370 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini nəzərə alaraq, həmin məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulması məsələsinin yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq oğlu Cavabdeh3 müalicə üçün xarici ölkəyə getdiyini bildirmiş, 2026-cı ilin fevral ayının axırlarında gələcəyini nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmədən qanuna müvafiq qaydada ona kömək edilməsi, maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHBO-0272 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 36 ay müddətinə illik 5% olmaqla 15000 manat məbəğində kredit verilməsi nəzərə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli SHBO-0272 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarında xx.xx.2023-cü il tarixli SHBO-0272 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0,13 ha torpaq sahəsində ümumi sahəsi 83,1 kv.m, yardımçı sahəsi 38,9 kv.m, yaşayış sahəsi 44,2 kv.m olan 1 mərtəbəli, 2 otaqlı (tərkibi: tövlə 220.6 kv.m, çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evi iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHBO0317 saylı kredit limitinin ayrılmasına dair müqaviləsindən görünür ki, Cavabdeh3 84 ay müddətinə illik 30%-dən olmaqla 100000 manat məbəğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli SHBO-0317 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında xx.xx.2023-cü il tarixli SHBO0317 saylı ipoteka müqaviləsindən görünür ki, kredit limitinin ayrılmasına dair müqvilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m, çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evi iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli SHBO-0317 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh3 36 ay müddətinə illik 20% olmaqla 20000 manat məbəğində kredit verilməsi nəzərə tutulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m, çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2026-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2026-ci il tarixinə banka 8815,52 manat əsas, 516,33 manat faiz, 999,70 manat cərimə borcu olmaqla, cəmi 10331,55 manat borcu var. İş materiallarında olan xx.xx.2026-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2026-ci il tarixinə banka 14103,17 manat əsas, 2929,06 manat faiz olmaqla, cəmi 17032,23 manat borcu var. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun 28 noyabr 2025-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m, çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evinin bazar dəyərinin 68,130 manat, likvid dəyərinin 57,900 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan 26 dekabr 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Mərkəzi Ekspertiza Bürosunun hesabına 370 manat pul ödənilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlərə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona illik 5% olmaqla 36 ay müddətinə 15000 manat məbəğində, xx.xx.2023-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən ona illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi və razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi və razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 10555,52 manat, faiz borcuna görə 208,53 manat, cərimə borcuna görə 114,8 manat olmaqla, cəmi 10878,85 manat borcun, xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən əsas borca görə 14103,17 manat, faiz borcuna görə 1167,31 manat olmaqla, cəmi 15270,48 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 8815,52 manat, faiz borcuna görə 516,33 manat, cərimə borcuna görə 999,7 manat olmaqla, cəmi 10331,55 manat borcun, xx.xx.2023-cü il tarixli razılaşması üzrə əsas borca görə 14103,17 manat, faiz borcuna görə 2929,06 manat olmaqla, cəmi 17032,23 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həm müqavilə, həm də razılaşma üzrə əsas borc məbləğlərinin tutulması hissəsində iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. İddiaçı verdiyi kredit üzrə əsas borc məbləğlərini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçı iddia tələbində müqavilə üzrə 516,33 manat və razılaşma üzrə 2929,06 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə faiz borcunun tutulması ilə bağlı bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi və razılaşması üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2025ci il tarixli xəbərdarlıq məktublarında ifadə etmişdir. Həmin xəbərdarlıq məktublarında xx.xx.2023-cü il tarixli müqavilə üzrə faiz borcunun 208,53 manat, xx.xx.2023-cü il tarixli razılaşma üzrə faiz borcunun 1167,31 manat təşkil etdiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xəbərdarlıq məktublarında göstərilən məbləğdə faiz borclarının tutulması qanuni və əsaslıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, borcundan ödəniş edilməsini, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 999,70 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 450 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi və razılaşması üzrə alınmış kreditlərə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini, həmin məbləğlərə hesablanmış faizləri və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi və razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 və zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 və Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 8815 manat 52 qəpik əsas borc, 208 manat 53 qəpik faiz borcu, 450 manat cərimə borcu olmaqla, cəmi 9474 manat 05 qəpik borc cavabdehlər Cavabdeh3 və Cavabdeh2, xx.xx.2023cü il tarixli kredit razılaşmasına əsasən 14103 manat 17 qəpik əsas borc, 1167 manat 31 qəpik faiz borcu olmaqla, cəmi 15270 manat 48 qəpik borc cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində yerləşən 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m,çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evinə tərkib hissələri ilə birgə yönəldilməli, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 57900 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müvafiq olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 169 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 164,24 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün 102 manat rüsum, həmçinin ekspertiza keçirilməsi ilə bağlı xidmət haqqı olaraq 370 manat pul ödəmişdir. Ona görə də bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 manat rüsum və ekspertiza keçirilməsi ilə bağlı ödənilmiş 370 manat ekspertiza xərci müvafiq olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHBO-0272 saylı kredit müqaviləsinə əsasən 8815 manat 52 qəpik əsas borc, 208 manat 53 qəpik faiz borcu, 450 manat cərimə borcu olmaqla, cəmi 9474 (doqquz min dörd yüz yetmiş dörd) manat 05 (beş) qəpik borc və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHBO-0317 saylı kredit razılaşmasına əsasən 14103 manat 17 qəpik əsas borc, 1167 manat 31 qəpik faiz borcu olmaqla, cəmi 15270 (on beş min iki yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik borc, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 164 (bir yüz altmış dord) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu, ekspertiza keçirilməsi üçün ödənilmiş 370 (üç yüz yetmiş) manat xidmət haqqı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində yerləşən 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m,çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın, əmlakın ilkin satış qiyməti 57900 (əlli yeddi min doqquz yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğləri xx.xx.2023-cü il tarixli SHBO-0272 saylı razılaşmasına əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2, xx.xx.2023-cü il tarixli SHBO-0317 saylı kredit razılaşmasına əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar