Məhkəmə qərarları › İş №e-2-2(115)-1541/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1541/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1541/2025 30.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı tikilinin sökülməsi və müqavilənin ləğv edilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzi Cavabdeh qarşı tikilinin sökülməsi və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Aşıqlı kəndində yaşayan Mustafayev X4 Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında özbaşına tikdiyi 1.5x1.5m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində taxtadan düzəldilmiş kətəxana, 3.2x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 3 ədəd yemək otağı, 3.0x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 2 ədəd yemək otağı, 3.2x3.4m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 4 ədəd yemək otağı, 3.1x4.0m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 2.8x2.7m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 4.8x5.3m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 1.8x1.9m ölçüdə dəmir dirəklər üzərində plastik-şüşəbənd otaq, 2.8x5.6m ölçüdə ətrafı 1 metrəyədək hörülmüş və dəmir listlə üzlənmiş manqalxana, 6.1x3.5m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd mətbəx və qarşısında 3 metr talvar, 8.3x4.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş dəmir listlə üzlənmiş 1 ədəd anbar-əl damı, 3.0x3.4m ölçüdə dəmir dirəklər üzərində yanları dəmir listlə üzlənmiş 1 ədəd yemək otağı və qarşısında 4m talvar, 2.8x4.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.6x2.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 5 ədəd söhbətgah, 5.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.5x2.6m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 4.6x5.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 6.0x11.7m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgahın sökülməsi, ərazinin boşaldılması və xx.xx.2022-ci il tarixli 53 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 saylı X2 Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində Dövlət Meşə fondu torpaqlarından istifadə vəziyyəti araşdırlarkən, Göygöl rayonu, Aşıqlı kəndində yaşayan Cavabdeh ilə Mərkəzin Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında istirahət-rekreasiya məqsədi ilə xx.xx.2022-ci il tarixli 53 qeydiyyat nömrəli 0.30 ha sahədə 2 il müddətinə bağlanmış müqavilənin qüvvədən düşməsinə baxmayaraq ərazidə 1.5x1.5m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində taxtadan düzəldilmiş kətəxana, 3.2x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 3 ədəd yemək otağı, 3.0x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 2 ədəd yemək otağı, 3.2x3.4m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 4 ədəd yemək otağı, 3.1x4.0m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 2.8x2.7m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 4.8x5.3m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 1.8x1.9m ölçüdə dəmir dirəklər üzərində plastik-şüşəbənd otaq, 2.8x5.6m ölçüdə ətrafı 1 metrəyədək hörülmüş və dəmir listlə üzlənmiş manqalxana, 6.1x3.5m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd mətbəx və qarşısında 3 metr talvar, 8.3x4.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş dəmir listlə üzlənmiş 1 ədəd anbar-əl damı, 3.0x3.4m ölçüdə dəmir dirəklər üzərində yanları dəmir listlə üzlənmiş 1 ədəd yemək otağı və qarşısında 4m talvar, 2.8x4.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.6x2.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 5 ədəd söhbətgah, 5.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.5x2.6m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 4.6x5.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 6.0x11.7m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah mövcuddur. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə xx.xx.2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir.. Mərkəz tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi barədə vətəndaşın ünvanına xx.xx.2025-ci il tarixli 3-14-27-11/2-096/2025 nömrəli məktubun göndərilmiş, lakin bu günədək məktubda göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Aşıqlı kəndində yaşayan Mustafayev X4 Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında özbaşına tikdiyi 1.5x1.5m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində taxtadan düzəldilmiş kətəxana, 3.2x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 3 ədəd yemək otağı, 3.0x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 2 ədəd yemək otağı, 3.2x3.4m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 4 ədəd yemək otağı, 3.1x4.0m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 2.8x2.7m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 4.8x5.3m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 1.8x1.9m ölçüdə dəmir dirəklər üzərində plastik-şüşəbənd otaq, 2.8x5.6m ölçüdə ətrafı 1 metrəyədək hörülmüş və dəmir listlə üzlənmiş manqalxana, 6.1x3.5m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd mətbəx və qarşısında 3 metr talvar, 8.3x4.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş dəmir listlə üzlənmiş 1 ədəd anbar-əl damı, 3.0x3.4m ölçüdə dəmir dirəklər üzərində yanları dəmir listlə üzlənmiş 1 ədəd yemək otağı və qarşısında 4m talvar, 2.8x4.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.6x2.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 5 ədəd söhbətgah, 5.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.5x2.6m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 4.6x5.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 6.0x11.7m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgahın cavadehin hesabına sökülməsi, cavadehin hesabına ərazinin boşaldılması və xx.xx.2022-ci il tarixli 53 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 03 avqust 2022-ci il tarixdə Göygöl X2 Mərkəzi ilə müqavilə bağlamışdır. Müqavilənin müddəti bitdikdən sonra yenidən müqavilə bağlanması ilə bağlı ərizə vermişdir, lakin yeni müqavilə bağlanmamışdır. İddia ərizəsində göstərilib ki, tikintilər var, ancaq əsaslı tikili yoxdur, hamısı yüngül konstruksiyalıdır. İddia ərizəsində qeyd edilən digər tikililər hamsı var. İcarə haqqı 130 manatdır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X5 və Bərpası Müəssisəsi (hazırda 10 saylı X2 Mərkəzi) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 06 nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, istifadəçi Cavabdeh Hacıkənd meşəbəyliyinin 1-ci kvartalının 8-ci bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahətrekreasiya məqsədi ilə 2 il müddətinə 0.30 ha sahə ayrılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün müəyyən olunmuş sahədə onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyen qaydalarına əməl etmək, çirkab suların təmizləyici qurğular vasitəsi ilə axıdılmasını, məişət tullantılarının toplanmasını və daşınmasını təmin etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 0.30 ha sahə üçün 130 manat illik istifadə (icarə) haqqı nəzərdə tutulmuşdur. İş materallarında olan 10 saylı X2 Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 57 nömrəli aktdan görünür ki, ərazidə 1.5x1.5m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində taxtadan düzəldilmiş kətəxana. 3.2x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 3 ədəd yemək otağı 3.0x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 2 ədəd yemək otağı, 3.2x3.4m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 4 ədəd yemək otağı, 3.1x4.0m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı. 2.8x2.7m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 4.8x5.3m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 1.8x1.9m ölçüdə dəmir dirəklər üzərində plastik-şüşəbənd otaq, 2.8x5.6m ölçüdə ətrafı 1 metrəyədək hörülmüş və dəmir listlə üzlənmiş manqalxana, 6.1x3.5m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd mətbəx və qarşısında 3 metr talvar, 8.3x4.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş dəmir listlə üzlənmiş 1 ədəd anbar-əl damı, 3.0x3.4m ölçüdə dəmir dirəklər üzərində yanları dəmir listlə üzlənmiş 1 ədəd yemək otağı və qarşısında 4m talvar, 2.8x4.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.6x2.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.0x4.Om ölçüdə dəmir dirəklər üzərində yanları açıq 5 ədəd söhbətgah, 5.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.5x2.6m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 4 6x5.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 6.0x11.7m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah mövcuddur. İstifadə olunan ərazi hal-hazırda 0,30 ha-dır. Yanğın əleyhinə şiti var, Ərazi təmiz saxlanır, məişət tullantıları gündəlik xüsusi qutulara yığılaraq ərazidən daşınır. Çirkab sularının axıdılması üçün ərazidə şambo quyusu qazılmışdır.Sözügedən ərazidə heç bir ekoloji pozuntuya, qırıntı, ağac kəsmə və digər meşə pozuntusu hallarında rast gəlinməmişdir. Meşə təsərrüfatının təşkili və inkişafı layihəsinə əsasən həmin ərazidə heç bir təsərrüfat işlərinin aparılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (bundan sonra Meşə Məcəlləsinin) 14cü maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Meşə Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Meşə Məcəlləsinin 20-ci maddəsinin 1-ci bəndinə əsasən meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra Torpaq Məcəlləsinin) 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından görünür ki, X5 və Bərpası Müəssisəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə 2 il müddətinə bağlanmış, 2024-cü ildə müqavilənin müddəti bitmiş və yeni müqavilə bağlanmamışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə istifadə (icarə) hüququna xitam verildiyindən, o cümlədən torpaq sahəsi hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, cavabdeh tərəfindən həmin ərazi boşaldılmalıdır. Qanunvericliyin tələbindən də göründüyü kimi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmçinin qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Hacıkənd meşəbəyliyinin 1ci kvartalında tikdiyi 1.5x1.5m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində taxtadan düzəldilmiş kətəxana, 3.2x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 3 ədəd yemək otağı, 3.0x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 2 ədəd yemək otağı, 3.2x3.4m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 4 ədəd yemək otağı, 3.1x4.0m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 2.8x2.7m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 4.8x5.3m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 1.8x1.9m ölçüdə dəmir dirəklər üzərində plastik-şüşəbənd otaq, 2.8x5.6m ölçüdə ətrafı 1 metrəyədək hörülmüş və dəmir listlə üzlənmiş manqalxana, 6.1x3.5m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd mətbəx və qarşısında 3 metr talvar, 8.3x4.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş dəmir listlə üzlənmiş 1 ədəd anbar-əl damı, 3.0x3.4m ölçüdə dəmir dirəklər üzərində yanları dəmir listlə üzlənmiş 1 ədəd yemək otağı və qarşısında 4m talvar, 2.8x4.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.6x2.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 5 ədəd söhbətgah, 5.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.5x2.6m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 4.6x5.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 6.0x11.7m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah Cavabdeh hesabına sökülərək ərazi boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli müqavilə 2 il müddətinə bağlandığından və hazırda müqavilə qüvvədə olmadığından, qüvvədən düşmüş müqavilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Hacıkənd meşəbəyliyinin 1-ci kvartalında tikdiyi 1.5x1.5m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində taxtadan düzəldilmiş kətəxana, 3.2x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 3 ədəd yemək otağı, 3.0x3.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 2 ədəd yemək otağı, 3.2x3.4m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 4 ədəd yemək otağı, 3.1x4.0m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 2.8x2.7m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 4.8x5.3m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd yemək otağı, 1.8x1.9m ölçüdə dəmir dirəklər üzərində plastikşüşəbənd otaq, 2.8x5.6m ölçüdə ətrafı 1 metrəyədək hörülmüş və dəmir listlə üzlənmiş manqalxana, 6.1x3.5m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş ətrafı taxta ilə bağlanmış 1 ədəd mətbəx və qarşısında 3 metr talvar, 8.3x4.2m ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş dəmir listlə üzlənmiş 1 ədəd anbar-əl damı, 3.0x3.4m ölçüdə dəmir dirəklər üzərində yanları dəmir listlə üzlənmiş 1 ədəd yemək otağı və qarşısında 4m talvar, 2.8x4.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.6x2.5m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.0x4.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 5 ədəd söhbətgah, 5.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 2 ədəd söhbətgah, 3.5x2.6m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 3.0x3.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 4.6x5.0m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah, 6.0x11.7m ölçüdə dəmir dirəklər üzərində yanları açıq 1 ədəd söhbətgah Cavabdeh hesabına sökülərək ərazi boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar