Məhkəmə qərarları › İş №e-2-2(115)-1563/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1563/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1563/2024 18.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə q̇arşı borc tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə q̇arşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 415484 manat 92 qəpik borc olmaqla, bundan 390228 manat 43 qəpik əsas, 10893 manat 92 qəpik faiz borcun və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 14362 manat 57 qəpik, iş üzrə ödənilmiş 706 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi məhkəməyə vəsatət verib, tərəflər arasında bağlanmış 07 oktyabr 2024-cü il tarixli barışıq sazişini təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X2, borclu Cavabdeh1 və zamin Cavabdeh2 direktoru X1 arasında bağlanmış 07 oktyabr 2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:

1. Tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə borclunun iddiaçı qarşısında 390228 manat 43 qəpik əsas borc, 10893 manat 92 qəpik faiz borcu, AR Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən hesablanmış 14362 manat 57 qəpik illik 5% borclu olmaqla, ümumilikdə 415484 manat 92 qəpik icra edilməmiş borc öhdəlikləri mövcuddur;

2. Borclu bu Sazişin 2.1-ci bəndində qeyd olunan əsas borc məbləğindən 10230 manat, faiz borcu məbləğindən isə 9770 manat olmaqla, bu saziş imzalandığı gündən 30 iş günü müddətində 20000 manat ödənilməsi öhdəliyini öz üzərinə götürür;

3. Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi icra edildikdən sonra 379998 manat 43 qəpik əsas borcun bərabər hissələrə bölünməklə 24 ay müddətinə ödənilməsi öhdəliyini borclu öz üzərinə götürür;

4. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2 və 2.3-cü bəndləri borclu tərəfindən ardıcıl olaraq 2 (iki) dəfə və ya 1 (bir) il ərzində hər hansı ardıcıllıqla 3 (üç) dəfə vaxtında və lazımi qaydada icra edilmədikdə verilmiş güzəştlər ləğv ediləcək və bu Sazişin 2.1-ci bəndi üzrə qalıq borc məbləğləri cavabdehlərdən tutulacaqdır;

5. Zamin bu Sazişin şərtləri ilə tam razıdır və borclu şəxslə birgə məsuliyyət daşıdığını təsdiq edir;

6. Bu Sazişin 2.2 və 2.3-cü bəndləri borclu tərəfindən 24 ay müddətində tam icra edildikdən sonra bank əməliyyat sistemi üzrə hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür; Məhkəmə barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X2, borclu Cavabdeh1 və zamin Cavabdeh2 direktoru X1 arasında bağlanmış 07 oktyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə borclunun iddiaçı qarşısında 390228 manat 43 qəpik əsas borc, 10893 manat 92 qəpik faiz borcu, AR Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən hesablanmış 14362 manat 57 qəpik illik 5% borclu olmaqla, ümumilikdə 415484 manat 92 qəpik icra edilməmiş borc öhdəlikləri mövcuddur;

2. Borclu bu Sazişin 2.1-ci bəndində qeyd olunan əsas borc məbləğindən 10230 manat, faiz borcu məbləğindən isə 9770 manat olmaqla, bu saziş imzalandığı gündən 30 iş günü müddətində 20000 manat ödənilməsi öhdəliyini öz üzərinə götürür;

3. Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi icra edildikdən sonra 379998 manat 43 qəpik əsas borcun bərabər hissələrə bölünməklə 24 ay müddətinə ödənilməsi öhdəliyini borclu öz üzərinə götürür;

4. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2 və 2.3-cü bəndləri borclu tərəfindən ardıcıl olaraq 2 (iki) dəfə və ya 1 (bir) il ərzində hər hansı ardıcıllıqla 3 (üç) dəfə vaxtında və lazımi qaydada icra edilmədikdə verilmiş güzəştlər ləğv ediləcək və bu Sazişin 2.1-ci bəndi üzrə qalıq borc məbləğləri cavabdehlərdən tutulacaqdır;

5. Zamin bu Sazişin şərtləri ilə tam razıdır və borclu şəxslə birgə məsuliyyət daşıdığını təsdiq edir;

6. Bu Sazişin 2.2 və 2.3-cü bəndləri borclu tərəfindən 24 ay müddətində tam icra edildikdən sonra bank əməliyyat sistemi üzrə hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür; İş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar