Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-157/2025 21.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində Cəmiyyətə dəymiş 22162,56 manat maddi ziyanın ödənilməsi və Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 292 Yeni qaydalarla: AZ 2011, Gəncə şəhəri, Azərbaycan bayrağı prospekti, 292 A ünvanında yerləşən, ümumi ölçüsü 336,1 kvadratmetr olan qeyri-yaşayış sahəsininin 318,7 kvadratmetr hissəsi boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, cavabdehlə təmsil etdiyi qurum arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, Cəmiyyət mülkiyyətində olan Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 292 Yeni qaydalarla : AZ 2011, Gəncə şəhəri, Azərbaycan bayrağı prospekti, 292 A ünvanında yerləşən, ümumi ölçüsü 336,1 kvadratmetr olan qeyri-yaşayış sahəsininin 318,7 kvadratmetr hissəsi onun müddətli istifadəsinə vermişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 2855,55 manat (2632,46 manat icarə haqqı, 223,09 manat xidmət haqqı (kommunal) ödənişi) ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlamışıq. Belə ki, onun müqaviləyə görə, 22162,56 manat (19881,08 manat icarə haqqı (ƏDV ilə birlikdə), 1684,84 manat kommunal xidmət haqqı, 596,64 manat elektrik enerjisindən istifadəyə görə haqq) icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyri-yaşayış sahəsinin (icarə obyekti) təxirə salınmadan qaytarılması və borc məbləğinin ödənilməsi barədə cavabdehə elektron sistem üzərindən bildiriş ünvanlanmışdır. Obyekt hazırda mebel satışı dükanı kimi fəaliyyət göstərir. Ona ödənişin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də bu günə kimi müraciətlərə məhəl qoyulmamış, habelə yaranmış borc ödənilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində Cəmiyyətə dəymiş 10508,71 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıya borcu vardır. Həmin borcdan 4000 manat ödəniş etmiş, 8975 manat isə depozitdə pulu vardır. Həmin məbləğ də nəzərə alınmaqla hazırda iddiaçı tərəf borcunu düzgün hesablamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 292, Yeni qaydalarla: AZ 2011, Gəncə şəhəri, Azərbaycan bayrağı prospekti, 292 A ünvanında yerləşən, ümumi ölçüsü 336,1 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 318,7 kvadratmetr hissəsi icarəçiyə icarəyə verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçinin ödəyəcəyi məbləğ, icarə haqqı, vergi və digər ödənişlər daxil ümumi olaraq 2855,55 (ƏDV daxil) manat, o cümlədən icarə haqqı 2632,46 (ƏDV daxil) manat və xidmət haqqı 223,09 (ƏDV daxil) manat təşkil edir. İş materiallarından olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 292, Yeni qaydalarla: AZ 2011, Gəncə şəhəri, Azərbaycan bayrağı prospekti, 292 A ünvanında yerləşən, ümumi ölçüsü 336,1 kvadratmetr olan qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarından olan 29 yanvar 2024-cü il tarixli icarə obyektinin təhvil-təslimi barədə aktdan görünür ki, Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 292, Yeni qaydalarla: AZ 2011, Gəncə şəhəri, Azərbaycan bayrağı prospekti, 292 A ünvanında yerləşən, ümumi ölçüsü 336,1 kvadratmetr olan qeyri-yaşayış sahəsi icarəyəverən tərəfindən icarəçiyə təhvil verilmişdir. İş materiallarından olan 19 noyabr 2024-cü il tarixli icarə obyektinin təhvil-təslimi barədə aktdan görünür ki, Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 292, Yeni qaydalarla: AZ 2011, Gəncə şəhəri, Azərbaycan bayrağı prospekti, 292 A ünvanında yerləşən, ümumi ölçüsü 336,1 kvadratmetr olan qeyri-yaşayış sahəsi icarəçi tərəfindən icarəyəverənə təhvil verilmişdir. İş materiallarından olan borc məbləği barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nə icarə müqaviləsi üzrə 19483,71 manat borcu var. Həmin məbləğin 17697,51 manatı icarə haqqı üzrə, 1279,56 manatı kommunal xidmət haqqı və 596,64 manatı isə elektirik enerjisindən istifadəyə görə hesablanmışdır. Müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə ödədiyi 8975 manat depozit qədər borcunu azaltdıqlarına görə xx.xx.2024-cü il tarixə yekun qalıq borcu 10508,71 manat təşkil edir. İş materiallarından olan hesabdan çıxarışdan görünür k, Cavabdeh İddiaçı MMC-nə 10508,71 manat borcu var. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 26 yanvar 2024-cü il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyəverən xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 292, Yeni qaydalarla: AZ 2011, Gəncə şəhəri, Azərbaycan bayrağı prospekti, 292 A ünvanında yerləşən, ümumi ölçüsü 336,1 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 318,7 kvadratmetr hissəsini icarəyə verilmişdir. İcarəyəverən icarə müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra etmiş, lakin icarəçi müqavilə ilə üzərinə düşən öhdəlikləri tam olaraq icra etməmişdir. Nəticədə onun icarəyəverənə 10508,71 manat məbləğdə icarə haqqı üzrə borcu qalmışdır. Buna görə iddiaçı icarə haqqı olan 10508,71 manat borc məbləğini tələb etməkdə haqlıdır. Odur ki, müqavilə üzrə yaranmış 10508,71 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir, ona görə də 156,49 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2024-cü il tarixli icarə müqaviləsinə əsasən 10508 (on min beş yüz səkkiz) manat 71 (yetmiş bir) qəpik borc Cavabdeh tutularaq iİddiaçınə ödənilsin. Cavabdeh 156 (bir yüz əlli altı) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-157/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-157/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver