Məhkəmə qərarları › İş №e-2-2(115)-1573/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1573/2021

12.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1573/2021 12.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı MMC-nin cavabdehlər X2 və Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdehlər X2 və Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X3 arasında bağlanmış 23.05.2019-cu il tarixdə 03/0050/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC məxsus “SHACMAN SX3255DR354” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə X3 arasında bağlanmış 23.05.2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən yaranmış 18786 manat 20 qəpik əsas borc, 7513 manat 44 qəpik mükafat borcu, gecikdirilmiş 355 manat 46 qəpik cərimə məbləği cəmi 26655 manat 10 qəpik lizinqi borcu məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər X1 və Cavabdeh müştərək qaydada İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Bu halda, iddianın qiyməti, həmçinin iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. Bundan başqa, ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəyərək, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, iddia tələbinin yalnız 26655 manat 10 qəpik lizinqi borcunun tutulması hissəsi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı MMC-nin cavabdehlər X2 və Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər X2 və Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar