Məhkəmə qərarları › İş №e-2-2(115)-1586/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1586/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1586/2022 21.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh, X1, X5, X2, X3, X6, X7, X9, X10 və X8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh, X1, X5, X2, X3, X6, X7, X9, X10 və X8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 124/15 saylı kredit müqaviləsi üzrə 12784.06 ABŞ dolları əsas borc, 11012.16 ABŞ dolları hesablanmış faiz, 19456.71 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 43252.93 ABŞ dolları kredit borcunun, 200 manat mediasiya xərcinin və ödənilmiş 111 manat dövlət rüsumunun tutulması; xx.xx.2015-ci il tarixli, 124/15 saylı kredit müqavilələri üzrə tələbin X11 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52.3 kv.m yaşayış, 54.8 kv.m yardımçı sahə olmaqla 107.1 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Fərdi yaşayış evinin 24 000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi; Fərdi yaşayış evində yaşayanların X12, X15, X16, X13, Cavabdeh Qəhraman oğlu, X17, X18, X20, X21, X4 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin məcburi boşaldılamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin surətinin cavabdehlər Cavabdeh, X12, X15, X14, X13, X17, X18, X20, X21 və X19 tərəfindən alınmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Eyni zamanda cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması ilə bağlı cavabdehə müraciət olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.0.4-cü maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, iddia ərizəsinə əlavə edilməlidir. 152.1.4-ci maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçıya izah olunur ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.1.6, 152, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh, X1, X5, X2, X3, X6, X7, X9, X10 və X8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar