Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1589/2023 28.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hİddiaçı Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X1, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi, cavabdehin mağazadan çıxarılması və mağazanın iddiaçının istifadəsinə qaytarılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun icarəsində olan mağazanı ondan xəbərsiz zəbt etməsi, mağazanı dağıdılması ilə ona dəymiş 15800 manatın və keçən müddət ərzində əldən çıxmış fayda kimi 5000 manatın alınması, icarə müqaviləsi ilə istifadəsinə verilmiş mağazadan cavabdehin çıxarılması və mağazanın istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzində mağaza tikdirmək üçün yer almış və orada bir mağaza inşa etdirmişdir. Lakin ona mülkiyyət hüququnu təsdiq edən sənədlər verilməmişdir. Ona hər bir halda həmin mağazanın onun mülkiyyətimdə olduğunu və sənədləşdirmə çətin olduğundan onunla icarə müqaviləsi bağlanacağını demişlər. İddiaçı həmin mağazanın tikintisi üçün cavabdehin ailəsindən yer almaq üçün onlara 8000 ABŞ dolları pul ödəmişdir. Mağazada anası Kərimova Xoşqədəm işləmişdir. X.Kərimova 2021-ci ilin sentyabr ayından Covid-19 virusuna yoluxmuş və bir müddət işə gedə bilməmişdir. İşə qayıdanda isə mağazanın cavadeh tərəfindən zəbt edildiyini və bütün malların, o cümlədən xəzinədə olan 2000 manat pulun cavabdeh tərəfindən mənimsədildiyini bilmişdir. Bununla bağlı dəfələrlə müxtəlif orqanlara şikayətlər ünvanlanmışdır. Hazırda cavabdeh onu mağazadan istifadə etməyə imkan vermir, ona dəymiş ziyanı ödəmir. Mağazanın ərsəyə gəlməsi üçün o, 2005ci ildə 20000 ABŞ dollar məbləğində pul xərcləmişdir. Vaxtaşırı olaraq mağazanı cari təmir etdirmişdir. Onun əlindən çıxmış 400 manatlıq kassa aparatının, otaqda olan 400 manat stol-stul dəstinin, 3000 manatlıq video kameranın, 10.000 manat satış üçün nəzərdə tutulmuş malların və kassadakı 2000 manat pulun cəmi 15800 manatdır. Həmçinin işsiz qaldığına görə 5000 manat ziyan çəkmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, mağazada o, fəaliyyət göstərmişdir və qadın paltarları satmışdır. 2021-ci ildə Covid-19 virusuna yoluxduğuna görə bir müddət işə gedə bilməmişdir. Sonradan həmin obyektə gələndə cavabdeh tərəfindən mağazanın kilidi qırılaraq içindəki bütün malların götürüldüyü məlum olmuşdur. Onunla aparılmış danışıqlar nəticəsiz qalmışdır. Odur ki, onlara vurulmuş ziyan ödənilməli və mağaza onlara qaytarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, mağaza iddiaçı tərəfindən 2009-cu ildə alınmışdır və müqavilədən də göründüyü kimi həmin mağaza iddiaçının öz vəsaiti hesabına tikilmişdir. İcarə müqaviləsinin müddəti bitməmiş iddiaçı oradan çıxarılmışdır. Həmin mağazada 400 manat dəyərində kassa aparatı, 400 manat stol-stul dəsdi, 3000 manatlıq video kamera, 10.000 manatlıq satış üçün nəzərdə tutulmuş paltarlar və kassada olan 2000 manat pul götürülmüşdür. Həmçinin mağaza işləmədiyi müddət ərzində iddiaçı 5000 manat gəlirdən də məhrum olmuşdur. Odur ki, yekun olaraq iddiaçıya vurulmuş ziyan ödənilməli və mağaza iddiaçının istifadəsinə geri qaytarılmalıdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır və ona görə də rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, icarə müqaviləsinin vaxtı bitib və həmin müqavilədə tərəf kimi “Gəncə ABAD” İstehsal Ticarət Mərkəzi olmuşdur. İddiaçı tərəfindən cavabdeh seçilməmişdir. Mübahisəli obyektə görə hər hansı bir ödəniş edilməmişdir. Həmçinin iddiaçı tərəfindən vurulmuş ziyan barədə polisə şikayət olunmuşdur və müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində iddiaçının qeyd etdiyi faktların heç biri öz təsdiqini tapmamaışdır. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, X3 bir bazarda işləmişdir və o, həmin bazarda meyvə-tərəvə satmışdır, iddiaçı isə paltar mağazası işlətmişdir. Pandemiya vaxtı onlar ailəliklə xəstələndiyindən xəstəxanada müalicə olunmuşdurlar. Onlar sağaldıqdan sonra isə işə çıxıb-çıxmamaları barədə soruşduqda, mağazanın onların əlindən alınaraq başqa şəxsə icarəyə verildiyini bilmişdir. Həmin bazara gələndə də həqiqətən mağazanın başqa şəxs tərəfindən istifadə olunduğunu görmüşdür. Xoşqədəm xanım mağazanın səkkiz min dollara aldığını ona demişdir, lakin pulun verilməsini görməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, hər iki tərəfin fərdi sahibkar statusu vardır. xx.xx.2018-ci il tarixli icarə müqaviləsində əsasən icarəyə verən “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi olan uzunluğu 6 metr, eni 4 metrdən ibarət olan 24 m2 mağazanı icarəçi İddiaçı beş il müddətinə icarəyə vermişdir. İddiaçı tələbində mağaza binasının onun öz vəsaiti hesabına əldə etmiş olmasını bidirsə də, bu hal sübutlarla təsdiqini tapmamışdır. “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi ilə onun arasında bağlanmış icarə müqaviləsinin 1.2-ci bəndindinin məzmununda mağazanın İddiaçı aid olması və mağazanın sahibinin şəxsi vəsaiti hesabına tikilməsi barədə ifadələr yer almışdır. Məhkəmə bu ifadələrlə bağlı qeyd edir ki, yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsir deyildir. Həmin söz və ifadələr müqavilənin bütövlükdə olan mənası ilə müqayisə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məzmunundan göründüyü kimi mağazanı icarəyə verən “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzidir, İddiaçı müqavilədə icarəyə götürən tərəfdir və eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən əsasən İddiaçı hər ay üçün 60 manat icarə haqqı ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin müqavilədə 5 il müddət müəyyən olunmuşdur. Müqavilənin ümumi məzmunu İddiaçı mağazanın sahibi deyil, icarəçisi olmasını aşkara çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqaviləsi yalnız icarə hüququnun yaranması üçün əsas sayılır, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların yaranmasının mühüm əsasları müəyyən edilmişdir. Belə k, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qanunvericilikdə göstərilən əsasların hər hansı biri İddiaçı münasibətdə mövcud deyildir Məhkəmə iddia tələbinin mağazanın zəbt edilməsi, dağıdılması və iddaiaçının mağazada olan daşınar əyşyalardan məhrum olması nəticəsində və ordan istifadə edə bilmədiyindən zərərə məruz qalması hissəsi ilə bağlı qeyd edir ki, bu hallar sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin cavabdehin mağazadan çıxarılması hissəsinə minasibət olaraq bildirir ki, “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə 5 il müddətinə bağlanmış və icarə müddəti 01 oktyabr 2023-cü il tarixədək müəyyən edilmişdir. Hazırkı vəziyyətdə müqavilənin qüvvədə olması müddəti bitmişdir. Müqavilənin qüvvədə olduğu müddət bitdiyindən və müqavilə tərəfləri arasında icarə hüquq münasibətləri davam etdirilmədiyindən, müqavilə üzrə hüquqlara xitam verildiyindən, iddiaçı hazırda həmin binada fəaliyyət göstərən şəxsin çıxarılmasını tələb etmək hüququna malik deyildir. Digər tərəfdən zəbt olunma faktının sübutlarla təsdiqinin tapmaması çıxarılma tələbinin də əsassızlığına gətirib çıxarır. Məhkəmə iddia tələbinin mağaza binasının iddiaçının istifadəsinə qaytarılması hissəsinə barədə belə qənaətə gəlir ki, iddia tələbinin məzmunundan göründüyü kimi, iddiaçı öz tələbində həmin oyektin yeni müqavilənin bağlanması yolu ilə onun istifadəsinə verilməsini tələb etmədiyindən, bu məsələdə “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzi mübahisə tərəfi hesab edilmir. Bu halda, mağazanın yenidən istifadəyə verilməsinə müqavilə azadlığlı prinsipinə əsasən müqavilə tərəfinin iradəsindən asılı olan məsələ kimi yanaşıla bilərdi. Lakin, iddiaçı tələbində, Cavabdeh tərəfindən obyektin zəbt olunduğunu və həmin şəxsin hərəkətləri nəticəsində mağazanın istifadəsindən çıxdığını bildirir və həmin şəxsi obyektdən çıxarmaqla, yəni yaranmış maneəni aradan qaldırmaqla mağazanı istifadəsinə qaytarılmasını tələb edir. Cavabdeh tərəfindən obyektin zəbt olunması və həmin şəxsin hərəkətləri nəticəsində obyetin istiadədən çıxması sübutlarlarla təsdiqini tapmamışdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1589/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1589/2023
28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver