Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-159/2021 22.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı X3n çağrılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəməyə müraciət edərək qarşılıqlı əlaqəli şəxslər olaraq “xxxx” ASC və “xxxx” MMC arasında bağlanmış icarə müqaviləsinin müzakirə edilməsi və sonuncunun icarə müddətində əldə etdiyi gəlirlərin araşdırılması, Cəmiyyətin 01.01.2019-cu il tarixdən 31.12.2019-cu il tarixə kimi dövrü əhatə edən maliyyə təsərrüfat fəaliyyətinin yekunlarının müzakirə edilməsi, “xxxx” ASC-nin İdarə heyətinin sədri X4 fəaliyyətini əhatə edən dövr üzrə hesabatların dinlənilməsi, “xxxx” ASC-nin Müşahidə Şurasina yeni üzvrlərin seçilməsi, cavabdeh “xxxx” ASC-nin X1 yığıncağının çağrılması vəzifəsinin cəmiyyətinin İdarə Heyətinin sədri X4 üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 65,47% səsli səhmlərinin sahibidir. X5 “xxxx” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olaraq öz vəzifə səlahiyyətlərini aşmış, cəmiyyətin müştərilərindən maksimum faydalanmaq məqsədi ilə təsisçisi və direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əmlakının icarəyə verilməsinə dair Müqavilə rəsmiləşdirmişdir. Qarşılıqlı əlaqəli şəxslər arasında bağlanan bu tip müqavilələr “xxxx” ASC-nin Nizamnaməsinin 6.3.10. maddəsinə əsasən mütləq qaydada cəmiyyətin Ümumi Yığıncağında təsdiq edilməlidir. Aralarında bağlanmış “İcarə müqaviləsi”-nin şərtlərinə görə “xxxx” MMC “xxxx” ASC-nin əmlakını icarəyə götürmüşdür. Lakin R.İ.Ağayevin eyni zamanda rəhbərlik etdiyi “xxxx” MMC Bərdə rayonu, Tərtərçay sahəsi ünvanında yerləşən və “xxxx” ASC-nin istifadəsində olan qum-çınqıl yatağını da uzun müddət qeyri-qanuni istismar etmişdir. Bununla da onun tərəfindən “xxxx” ASC-nin Nizamnaməsinin 6.4. maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. X4 yuxarıda qeyd edilən qeyri-qanuni fəaliyyəti nəticəsində “xxxx” ASC-nin Səhmdarlarına külli miqdarda ziyan vurulmuşdur. Dünyada başlanmış koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi qərarları nəzərə alaraq “xxxx” ASC-nin Səhmdarların 20 mart 2020-ci il tarixinə təyin edilmiş X3 qeyri-müəyyən müddətə təxirə salınmışdır. Bu səbəbə görə də “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 01.01.2019-cu il tarixindən 31.12.2019-cu il tarixinə kimi dövrü əhatə edən maliyyə təsərrüfat fəaliyyətinin yekunları ümumi yığıncaqda müzakirə edilməmişdir. Uzun zaman ərzində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasına yeni üzvlər seçilməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X1 Yığıncağının çağırılması barədə haqlı tələbləri “xxxx” ASC-nin İdarə Heyətinin sədri X5 tərəfindən dəfələrlə təmin edilməmişdir ki, bu da onun öz vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmədiyini sübut edir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X1 Yığıncağının çağırılmasına zərurət yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 6-cı bəndində Cəmiyyətin ildə bir dəfə səhmdarların illik yığıncağının keçirilməsi, illik yığıncaqla yanaşı növbədənkənar yığıncaqların da keçirilməsi, Cəmiyyətin növbədənkənar yığıncağının Cəmiyyətin sədri tərəfindən Maliyyə-təftiş komissiyasının üvzlərinin əksəriyyətinin və ya Cəmiyyətin adi səhmlərinin ən az 10 faizinə sahib olan səhmdarlarının yazılı formada verilmiş tələbi əsasında çağırıldığı qeyd edilmişdir. Nizamnamənin 6.3.10-cu bəndində qeyd edilmişdir ki, Cəmiyyət üçün öhdəlik yaradan və Direktorlar Şurasının səlahiyyətlərindən kənara çıxan müqavilələrin və digər əməliyyatların təsdiq edilməsi X2 müstəsna səlahiyyətindədir. 23 noyabr 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı MMC-nin adından nümayəndəsi Fazil Ləzgiyev “xxxx” ASC-nin İdarə Heyətinin sədri Rəfayıl Ağayevə müraciət edərən növbədən kənar iclasın keçirilməsini xahiş etmişdir. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “xxxx” ASC-nin səhmlərinin 65,4754%-i İddiaçınə məxsusdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi özündə əsaslıdır. “xxxx” ASC-nin nizamnaməsində birbaşa əksini tapan qaydaya uyğun olaraq iddiaçı “LVS Holdiq şirkəti” MMC növbədən kənar iclasın keçirilməsi üçün müraciət etmiş, ancaq müraciəti nəzərə alınmamışdır. Görünüyü kimi “xxxx” ASC-nin rərbərliyi qanuna və nizamnaməyə əsasən görülməli olan tədbirləri təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. X2 müstəsna səlahiyyətinə aiddir: cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin,cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək, cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. 107-1.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2-ci maddəyəyə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Həmin Məcəllənin 107-1.6-cı maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların X3 direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların X3 icra orqanının təşəbbüsü ilə çağırılır. Həmin Məcəllənin 107-1.7-ci maddəsinə əsasən səhmdarların X3nın çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır. Həmin Məcəllənin 107-1.8-ci maddəsinə əsasən səhmdarların X3nın çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: üç iş günü müddətində X2 vaxtmı və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir, beş iş günü müddətində X2 çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir,otuz gündən tez, qırx beş gündən gec olmayaraq X2 keçirilməsini təmin etməlidir. 107.4-cü maddəsinə əsasən cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər. Görünüyü kimi “xxxx” ASC-nin rərbərliyi qanuna və nizamnaməyə əsasən görülməli olan tədbirləri təmin etməmişdir. xxxx” ASC-nin nizamnaməsində birbaşa əksini tapan qaydaya uyğun olaraq “LVS Holdiq şirkəti” MMC növbədənkənar iclasın keçirilməsi üçün müraciət etmiş olsa da, müraciətdə göstərilən məsələlər həll edilməmişdir. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbində qeyd edilən borc məbləğini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməklə qarşılıqlı əlaqəli şəxslər olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsinin müzakirə edilməsi və sonuncunun icarə müddətində əldə etdiyi gəlirlərin araşdırılması, cəmiyyətin 01.01.2019cu il tarixdən 31.12.2019-cu il tarixinə kimi dövrü əhatə edən maliyyə təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyyəti sədri X4 fəaliyyətini əhatə edən dövr üzrə hesabatın dinlənilməsi, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının yeni üzvlərinin seçilməsi seçilməsi məsələlərinin daxil olunması və onların müzakirə edilməsi məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X1 Yığıncağının çağrılması vəzifəsi cəmiyyətin İdarə Heyyətinin sədri X4 üzərinə qoyulmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Qarşılıqlı əlaqəli şəxslər olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsinin müzakirə edilməsi və sonuncunun icarə müddətində əldə etdiyi gəlirlərin araşdırılması, cəmiyyətin 01.01.2019cu il tarixdən 31.12.2019-cu il tarixinə kimi dövrü əhatə edən maliyyə təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyyəti sədri X4 fəaliyyətini əhatə edən dövr üzrə hesabatın dinlənilməsi, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının yeni üzvlərinin seçilməsi məsələlərinin daxil olunması və onların müzakirə edilməsi məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X1 Yığıncağının çağrılması vəzifəsi cəmiyyətin İdarə Heyyətinin sədri X4 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-159/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-159/2021
22.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver