Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-159/2023 30.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas, 1917,18 manat faiz, 378,23 manat cərimə borcu olmaqla cəmi 28782,66 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 37473,58 manat əsas, 1687,38 manat faiz, 388,68 manat cərimə borcu olmaqla cəmi 39549,64 manat olmaqla, cəmi 68 332,3 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 295,44 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 165 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına, tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 5i yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızına məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına, tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 5i yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızına məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas məbləğ sabit qalmaqla, 5163,65 manat faiz, 2367,75 manat cərimə borcu olmaqla cəmi 34018,65 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,4 manat əsas, 6367,87 manat faiz, 2607,53 manat cərimə borcu olmaqla cəmi 47440,8 manat olmaqla, cəmi 81459,45 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 295,44 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 165 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına, tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 5i yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızına məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına, tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 5i yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızma məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə illik 30% dərəcəsi ilə 60 aylıq müddətə 150 000 manat (USD və ya EUR ekvivalenti) manat kredit limiti ayrılmışdır. 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 16,5% dərəcəsi ilə 36 ay müddətinə 75000 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 15% dərəcəsi ilə 36 ay müddətinə 58000 manat kredit verilmişdir. 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh1 ilə 25 dekabr 2020-ci il tarixli 004REAL20000019 nömrəli, Cavabdeh4 ilə 25 dekabr 2020-ci il tarixli 004REAL20000018 nömrəli, Cavabdeh3 ilə 22 aprel 2021-ci il tarixli 004REAL21000017 nömrəli ipoteka müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqavilələri üzrə aşağıda göstərilən əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir: 1. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi. 2. ünvan 5i yaşayış evi və yaşayış məntəqələrinin torpaqları. 3. ünvan 6 ünvanında yerləşən mənzil. xx.xx.2022-ci il tarixinə Borcalan Cavabdeh2 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas, 1917,18 manat faiz, 378,23 manat cərimə olmaqla cəmi 28782,66 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 37473,58 manat əsas, 1687,38 manat faiz, 388,68 manat cərimə olmaqla, cəmi 39549,64 manat olmaqla cəmi 68 332,3 manat borcu vardır. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılması və həmin əmlakların boşaldılması hissəsi üzrə xitam verilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən 14 000 manat ödənildiyi halda, qalan məbləğin restrukturizasiya olunması mümkünlüyü cavabdehə bildirilmişdir. Lakin cavabdeh hazırda həmin pulu ödəmək imkanı olmadığını bildirmiş, ona görə də müvafiq razılaşma olmamışdır. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, yenidən müqavilə bağlayıb hazırkı borcun hissə-hissə ödənilməsi üçün banka müraciət etmiş, lakin razılaşma olmamışdır. Bank ondan əlavə olaraq cərimə tələb edir. Odur ki, iddianın həmin hissədə təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh2 ilə İddiaçı ASC arasında 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə əsasən cavabdehə illik 30% dərəcəsi ilə 60 aylıq müddətə 150 000 manat (USD və ya EUR ekvivalenti) manat kredit limiti ayrılmışdır. 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşmadan görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 16,5% dərəcəsi ilə 36 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşmadan görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 15% dərəcəsi ilə 36 ay müddətinə 58000 manat kredit verilmişdir. 25 dekabr 2020-ci il tarixli 004REAL20000019 nömrəli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. 25 dekabr 2020-ci il tarixli 004REAL20000018 nömrəli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh4 məxsus ünvan 5i yaşayış evi və torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. 22 aprel 2021-ci il tarixli 004REAL21000017 nömrəli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh3 məxsus ünvan 3 ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh4 məxsus ünvan 5i yaşayış evi İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus ünvan 3 İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekspert rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 53 000 manat, likvid dəyəri isə 45 000 manat, Cavabdeh4 məxsus ünvan 5i yaşayış evi və yaşayış məntəqələrinin torpaqlarının bazar dəyəri 65 000 manat, likvid dəyəri isə 55 000 manat, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 66 000 manat, likvid dəyəri isə 60 000 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində «Məhkəmə Ekspertizası Mərkəzi» tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixə 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas borc, 4059,02 manat faiz borcu, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,4 manat əsas, 5087,19 manat faiz borcu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə banka olan borcu 26487,25 manat əsas borc, 5163,65 manat faiz, 2367,75 manat cərimə olmaqla cəmi 34018,65 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,4 manat əsas, 6367,87 manat faiz, 2607,53 manat cərimə olmaqla, cəmi 47440,8 manat təşkil edir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli MŞG/1-06001 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya zamanı 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə əsasən cavabdehə illik 30% dərəcəsi ilə 60 aylıq müddətə 150 000 manat (USD və ya EUR ekvivalenti) manat kredit limiti ayrılmışdır. 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşmaya əsasən Cavabdeh2 75000 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşmaya əsasən isə Cavabdeh2 58000 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə 25 dekabr 2020-ci il tarixli 004REAL20000019 nömrəli, Cavabdeh4 ilə 25 dekabr 2020-ci il tarixli 004REAL20000018 nömrəli, Cavabdeh3 ilə 22 aprel 2021-ci il tarixli 004REAL21000017 nömrəli ipoteka müqavilələri bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin məcəllənin 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 600 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 800 manat məbləğində tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26491,91 manat əsas borc, 4059,02 manat faiz borcu və 600 manat olmaqla, cəmi 31150,93 manat borc, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38636,82 manat əsas borc, 5087,19 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 44524,01 manat borc olmaqla, ümumilikdə 75674,94 manat məbləğində borc və 400 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Borc tələbi ipotekaya qoyulmuş 45 000 manat olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və likvid dəyəri 60 000 manat olan Cavabdeh3 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə və likvid dəyəri 55 000 manat olan Cavabdeh4 məxsus olan ünvan 5i yaşayış evinə və yaşayış evlərinin həyətyanı torpaq sahələrinə yönəldilsin, həmin mənzil, fərdi yaşayış evi və yaşayış evlərinin həyətyanı torpaq sahələri açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26491,91 manat əsas borc, 4059,02 manat faiz borcu və 600 manat cərimə olmaqla, cəmi 31150,93 manat borc, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38636,82 manat əsas borc, 5087,19 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 44524,01 manat borc olmaqla, ümumilikdə 75674,94 manat məbləğində borc və 400 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc tələbi ipotekaya qoyulmuş 45 000 manat olan Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və likvid dəyəri 60 000 manat olan Cavabdeh3 məxsus olan ünvan 8 ünvanında yerləşən mənzilə və likvid dəyəri 55 000 manat olan Cavabdeh4 məxsus olan ünvan 5i yaşayış evinə və yaşayış evlərinin həyətyanı torpaq sahələrinə yönəldilsin, həmin mənzil, fərdi yaşayış evi və yaşayış evlərinin həyətyanı torpaq sahələri açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 600(altı yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************,VÖEN**********,AZ90AİİB******************** saylı hesaba ödənilsin. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh2 “Məhkəmə Ekspertizası Mərkəzi”, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Cavabdeh2 317,02 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.
Hakim Kənan Vəliyev