Məhkəmə qərarları › İş №e-2-2(115)-16/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-16/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-16/2021 26.01.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx” MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə : əsas məbləğ - ******* manat 02 qəpik, hesablanmış faiz – 61555 manat 12 qəpik, cərimə borcu - 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 318222 manat 06 qəpik, cəmi - ******* manat 20 qəpik və xx xxxx 2015-ci il tarixli 28 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 5727 manat 64 qəpik, hesablanmış faiz - 349 manat 67 qəpik, cərimə borcu - 112 manat 47 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 616 manat 04 qəpik, cəmi – 6805 manat 82 qəpik məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2013-cü il və xx xxxx 2015-ci il tarixlərdə İddiaçı ASC və "xxxx” MMC-nin rəhbəri X2 arasında müvafiq olaraq 07 və 28 saylı kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə “xxxx” MMCyə bank tərəfindən 07 saylı kredit müqaviləsi üzrə illik 8 % olmaqla, 60 ay müddətinə, 24 aylıq güzəştlə, ******* manat, 28 saylı kredit müqaviləsi üzrə illik 6 faiz olmaqla, 18 aylıq güzəştlə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir, qeyd olunan kredit müqavilələrinə əsasən “xxxx" MMC kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlləri üzrə ödəməli idi. Amma borclu “xxxx” MMC krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. xx xxxx 2019-cu il tarixinə “xxxx” MMC-nin, xx xxxx 2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə LPO "İddiaçı” ASC-nə olan borcu aşağıdakı kimi olmuşdur: əsas məbləğ - ******* manat 02 qəpik, hesablanmış faiz - 61555 manat 12 qəpik, cərimə borcu - 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 318222 manat 06 qəpik, cəmi - ******* manat 20 qəpik xx xxxx 2019-cu il tarixinə “xxxx” MMC -nin, xx xxxx 2015-ci il tarixli 28 saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASCnə olan borcu aşağıdakı kimi olmuşdur: əsas məbləğ - 5727 manat 64 qəpik, hesablanmış faiz - 349 manat 67 qəpik, cərimə borcu - 112 manat 47 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 616 manat 04 qəpik, cəmi - 6805 manat 82 qəpik. Daha sonra, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə : əsas məbləğ - ******* manat 02 qəpik, hesablanmış faiz - 179776 manat 06 qəpik, cərimə borcu – 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 493888 manat 64 qəpik, cəmi - ******* manat 72 qəpik və xx xxxx 2015-ci il tarixli 28 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 0, hesablanmış faiz - 1145 manat 35 qəpik, cərimə borcu - 0, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 0, cəmi -1145 manat 35 qəpik məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ekspertin rəyi ilə razı deyil. Tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsini məhkəməyə təqdim edə bilmirlər. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinə həmin müqavilənin surəti təqdim edilmişdir. Həmin müqavilə üzrə əsas borc ödənilsə də, faiz borcu ödənilməmişdir. Məhkəmədən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, cavabdeh hüquqi şəxsin rəhbəri kimi məhkəməyə dəvət edilsə də, o heç vaxt hüquqi şəxsin rəhbəri olmamışdır. Onun “xxxx” MMC ilə heç bir bağlılığı yoxdur və oranın işçisi olmamışdır. O, bankdan kredit götürməmiş, onun tərəfindən heç bir müqaviləyə imza edilməmişdir. Müqavilədəki imza ona məxsus deyildir. Təxminən 2013-cü ildə ipoteka ilə bağlı banka müraciət etsə də ona kredit verilməmişdir. Həmin sənədlərdə olan imza ona məxsus deyildir. Kredit müqaviləsində ona dair məlumatlar, həmçinin ona məxsus telefon nömrəsi qeyd edilsə də, bankla onun arasında heç bir müqavilə imzalanmamışdır. İddiaçı ASC-nin İdarə Heyətinin sədr əvəzi X4 ilə “xxxx” MMC-nin rəhbəri X2 arasında bağlandığı iddia olunan xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 60 ay müddətinə, illik 8 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Kredit departamentinin müdiri X3 ilə “xxxx” MMC-nin rəhbəri X2 arasında bağlandığı iddia olunan xx.xx.2015-ci il tarixli 28 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 36 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixə olan maliyyə arayışında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə ******* manat 02 qəpik məbləğində əsas borcu, 179776 manat 06 qəpik faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunun 493888 manat 64 qəpik olması qeyd edilmişdir. Həmin tarixə olan digər maliyyə arayışında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2015-ci il tarixli 28 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1145 manat 35 qəpik faiz borcu olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddianın əsası kimi xx xxxx 2013-cü il və xx xxxx 2015-ci il tarixlərdə İddiaçı ASC və "xxxx” MMC-nin rəhbəri X2 arasında imzalandığı iddia edilən müvafiq olaraq 07 və 28 saylı kredit müqavilələrinə istinad etmişdir. Məhkəmədə dindirilən X2 qeyd olunan kredit müqavilələrini imzalamadığını, iddiaçıdan kredit götürmədiyini, ümumiyyətlə cavabdeh hüquqi şəxslə heç bir bağlılığının olmadığını bildirərək, iddia tələbinin əsası kimi çıxış edən sübutları mübahisələndirmişdir. Məhkəmə tərəfindən işin qeyd olunan halına aydınlıq gətirilməsi, işə obyektiv baxılması, sübutlara müvafiq hüquqi qiymət verilməsi məqsədi ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən təyin edilərərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 29405 nömrəli rəyinə əsasən pretenziya məktubunun çatdırılması barədə xx.xx.2019-cu il tarixli xəbərnamədə “Şəxsən” qrafasındakı imza və qarşısındakı əlyazmalar – Mikayılov Rəfail Ayaz oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ASC ilə “xxxx” MMC-nin rəhbəri X2 arasında olan xx.xx.2015-ci il tarixli 28 saylı kredit müqaviləsində “borcalan” qrafasındakı imzanın X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması barədə xx.xx.2017-ci il 21512 nömrəli ekspert rəyi (Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsi, müstəntiq Asəf Sarıkişiyev) verilmişdir. Ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/1043 nömrəli rəyinə əsasən İddiaçı ASC ilə “xxxx” MMC adlarından olan xx xxxx 2013-cü il tarixli 07 saylı kredit müqaviləsində “Borcalan” qrafasındakı imza – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil etmişdir. Göründüyü kimi, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün xx xxxx 2013-cü il tarixli 07 nömrəli kredit müqaviləsi bağlanmamış, tərəflər üzərlərinə hüquq və vəzifələr, öhdəliklər götürməmiş, cavabdeh həmin müqaviləyə imza etməmiş və ******* manat məbləğində kredit cavabdehə verilməmişdir. Bundan başqa, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanması qeyd olunan xx xxxx 2015-ci il tarixli 28 saylı kredit müqaviləsinə istinad etsə də, müqavilənin əslini təqdim etməmişdir. İddiaçının nümayəndəsinə məhkəmə iclasında qeyd olunan müqavilənin əslinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi kredit müqaviləsinin əslini məhkəməyə təqdim edə bilmədiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilənin əsli məhkəməyə təqdim edilmədiyindən, iş matareriallarına əlavə olunmuş maliyyə arayışı və digər sənədlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddiası təmin edilməməlidir. 262 manat məbləğində ekspertiza xərci ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddiası təmin edilməsin. 262 manat məbləğində ekspertiza xərci ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar