Məhkəmə qərarları › İş №e-2-2(115)-1607/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1607/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1607/2022 22.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, X2 qarşı pul tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, X2 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 304-14B- PK saylı müqavilə üzrə 4859.60 manat əsas, 886 manat faiz borcu olmaqla cəmi 5745.60 manatın, xx.xx.2015-ci il tarixli, 033-15B saylı kredit müqaviləsi üzrə 3202.58 ABŞ dolları əsas, 790 ABŞ dolları faiz, 920 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 4912.58 ABŞ dollarının, xx.xx.2011-ci il tarixli, 728B saylı kredit müqaviləsi üzrə isə 717.19 manat əsas, 1293 manat faiz, 190 manat dəbbə pulu olmaqla cəmi 2200.19 manatın, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 091-15B-01 saylı kredit müqaviləsi 10433.09 manat əsas, 3347 manat faiz, 2900 manat dəbbə pulu olmaqla 16 680.09 manatın, Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 091-15B-03 saylı kredit müqaviləsi üzrə 11930.18 manat əsas, 3926 manat faiz, 3400 manat dəbbə pulu borcu olmaqla 19 256.18 manatın, Cavabdeh5 xx.xx.2015-ci il tarixli, 091-15B-05 saylı kredit müqaviləsi üzrə 11 431.46 manat əsas, 3348 manat faiz, 3100 manat dəbbə pulu olmaqla cəmi 17879.46 manatın, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 091-15B-04 saylı kredit müqaviləsi üzrə 11 431.46 əsas, 3348 manat faiz, 3170 manat dəbbə pulu borcu olmaqla cəmi 17949.46 manatın, Cavabdeh6 xx.xx.2015-ci il tarixli, 091-15B-02 saylı kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3349 manat faiz, 3180 manat dəbbə pulu borcu olmaqla cəmi 17 960.46 manatın və Mediasiya üçün ödənilmiş 400 manatın mtutulması, Kredit müqavilələri üzrə tələbin X1 özünə məxsus olan Bərdə şəhəri, Nizmi küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli Qeyri-yaşayış binasına yönəldilməsi, Qeyri-yaşayış sahəsinin 100 000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi; Qeyri-yaşayış sahəsinin məcburi boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin surətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, X3 tərəfindən alınmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Eyni zamanda cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması ilə bağlı cavabdehə müraciət olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.0.4-cü maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, iddia ərizəsinə əlavə edilməlidir. 152.1.4-ci maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçıya izah olunur ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.1.6, 152, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, X2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar