Məhkəmə qərarları › İş №e-2-2(115)-1610/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1610/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1610/2025 21.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh6 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 22605,28 manat krеdit bоrcu, 2435,93 manat faiz bоrcu və 944,88 manat cərimə borcu olmaqla cəmi 25986,09 manat, xx.xx.2024-cü il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 4724,25 manat krеdit bоrcu, 622,47 manat faiz bоrcu və 213,55 manat cərimə borcu olmaqla cəmi 5560,27 manat, xx.xx.2024-cü il tarixli 17E**********69 saylı kart krеditi razılaşması üzrə 2618,84 manat krеdit bоrcu, 1432,23 manat faiz bоrcu, 379,49 manat cərimə olmaqla cəmi 4430,56 manat, üç kredit razılaşması üzrə ümumilikdə 35976 manat 92 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 197 manat 95 qəpik məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh6 və zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016L**********12 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh6 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 016R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 31000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh6 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu borcu xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 8394,72 manat ödəmiş, onun 22605,28 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 226 gün üçün hesablanmış faiz borcu 2435,93 manat, hеsablanmış cərimə 944,88 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh6 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu borcu xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 275,75 manat ödəmiş, onun 4724,25 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 226 gün üçün hesablanmış faiz borcu 622,47 manat, hеsablanmış cərimə 213,55 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 17E**********69 kredit sazişi-kart krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, 3000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh6 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödəməli olduğu borcu banka qaytarmamışdır. Krеdit bоrcundan 381,16 manat ödəmiş, onun 2618,84 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh6 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 234 gün üçün hesablanmış faiz borcu 1432,23 manat və hesablanmış cərimə borcu 379,49 manat təşkil edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 016R********** saylı kredit razılaşması üzrə 22605,28 manat kredit borcu, 2435,93 manat faiz borcu və 944,88 manat cərimə borcu olmaqla, cəmi 25986,09 manat, xx.xx.2024-cü il tarixli 016R********** saylı kredit razılaşması üzrə 4724,25 manat kredit borcu, 622,47 manat faiz borcu və 213,55 manat cərimə borcu olmaqla, cəmi 5560,27 manat, iki kredit razılaşması üzrə ümumilikdə 31546 manat 36 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 197 manat 95 qəpik məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 izahatında göstərdi ki, bankdan əvvəllər kredit götürmüş və vaxtı-vaxtında ödəniş etmişdir. Ticarətlə məşğul olurdu. İşləri yaxşı getmədiyi üçün borcunu ödəyə bilmədi. Hazırda maddi vəziyyəti yaxşi deyil. Məhkəmədən qanunamüvafiq qaydada ona kömək edilməsini, cərimə məbləğinin azaldılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016L**********12 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə və qoşma barədə sazişlərə əsasən 120 ay müddətinə kreditin faiz dərəcəsini yuxarı həddi 28% olmaqla 800000 manat məbləğində krеdit хətti açılmışdır. Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona 36 ay müddətinə, illik faiz dərəcəsi 19% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 31000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 016R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, ona 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh6 016R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 22605,28 manat əsas, 2435,93 manat faiz və 944,88 manat cərimə borcu olmaqla, ümumilikdə 25986,09 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh6 016R********** saylı xx.xx.2024-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 4724,25 manat əsas, 622,47 manat faiz və 213,55 manat cərimə borcu olmaqla, ümumilikdə 5560,27 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2025-ci il tarixli 9/4252 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli 016R********** saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh6 (sual üzrə tarixə) xx.xx.2025-ci il tarixə "xxxx" QSC-yə olan borcu 25386,03 manat məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh6 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla, 120 ay müddətinə 800000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra "xxxx" QSC ilə Cavabdeh6 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən ona illik faiz dərəcəsi 19% оlmaqla 36 ay müddətinə 31000 manat, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən ona aylıq faiz dərəcəsi 2% оlmaqla 22 ay müddətinə 5000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya xx.xx.2023-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən 22605,28 manat krеdit bоrcu, 2435,93 manat faiz bоrcu və 944,88 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən 4724,25 manat krеdit bоrcu, 622,47 manat faiz bоrcu və 213,55 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğlərini, kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdеhlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğlərinin, həmin məbləğlərə hesablanmış faiz və cərimə borclarının ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh6 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh6 zaminliklə təmin edilmiş pul öhdəliklərini icra etmədiyindən Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, xx.xx.2023-cü il tarixli krеdit razılaşması üzrə 22605 manat 28 qəpik krеdit bоrcu, 2435 manat 93 qəpik faiz bоrcu və 944 manat 88 qəpik cərimə borcu olmaqla, cəmi 25986 manat 09 qəpik borc, xx.xx.2024-cü il tarixli krеdit razılaşması üzrə 4724 manat 25 qəpik krеdit bоrcu, 622 manat 47 qəpik faiz bоrcu və 213 manat 55 qəpik cərimə borcu olmaqla, cəmi 5560 manat 27 qəpik borc, iki kredit razılaşması üzrə ümumilikdə 31546 manat 36 qəpik borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 191,95 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 191,95 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 22605 manat 28 qəpik krеdit bоrcu, 2435 manat 93 qəpik faiz bоrcu və 944 manat 88 qəpik cərimə borcu olmaqla, cəmi 25986 manat 09 qəpik borc, xx.xx.2024-cü il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 4724 manat 25 qəpik krеdit bоrcu, 622 manat 47 qəpik faiz bоrcu və 213 manat 55 qəpik cərimə borcu olmaqla, cəmi 5560 manat 27 qəpik borc, iki kredit razılaşması üzrə ümumilikdə 31546 (otuz bir min beş yüz qırx altı) manat 36 (otuz altı) qəpik məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 197 (bir yüz doxsan yeddi) manat 95 (doxsan beş) qəpik məbləğində dövlət rüsumu cavabdеhlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutlaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar