Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1635/2024 23.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu, İddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 117510,70 ABŞ dolları məbləğində pul vəsaitinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 90 manat məbləğində dövlət rüsumunun tutularaq “X1 Və Ticarət Anonim Şirkəti” nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2608/2024 nömrəli qərardadı ilə Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İş materiallarında olan Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti ilə Cavabdeh arasında bağlanılması iddia olunan xx.xx.2021-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən müqavilədən irəli gələn və ya ona aid olan, yaxud onun pozulması, xitam olunması və ya etibarsızlığı ilə bağlı istənilən mübahisə, fikir ayrılığı və ya tələb danışıqlar vasitəsi ilə həll edilməlidir. Danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda Bakı şəhər 1 saylı inzibatiiqtisad məhkəməsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2608/2024 nömrəli qərardadında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə izahatında xx.xx.2021-ci il tarixli müqavilədə həqiqətən də, Cavabdeh imzasının olmadığını bildirdiyini əsas götürsə də, 26 iyul 2024-cü il tarixli məhkəmə iclas protokolunda iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında elektron sənəd mübadiləsi zamanı cavabdehin müqavilənin nüsxəsini imzalamayıb təmsil etdiyi şirkətə göndərmədiyini bildirmişdir. Bu isə tərəflər arasında həmin müqavilənin və qeyd edilən razılaşmanın mövcud olmadığı anlamına gəlmir. Ona görə də kommersiya işi Bakı Kommersiya Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməli deyildi. Bundan başqa işin faktiki hallarından göründüyü kimi, iddiaçı sözügedən müqavilədən irəli gələn mübahisə ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, araşdırılan işin mahiyyəti həmin müqavilədən irəli gələn mübahisələr olmuşdur. Belə ki, ilkin olaraq məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Sonradan ərazi aiddiyyətinin dəyişməsi halı mahiyyəti üzrə işin baxılması üçün başqa məhkəməyə göndərilməsinə əsas vermir. Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1635/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1635/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver