Məhkəmə qərarları › İş №e-2-2(115)-167/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-167/2020

10.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-167/2020 10.06.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Qasımov Qoca Nəbi oğlunun etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qasımov Qoca Nəbi oğlunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Qasımov Qoca Nəbi oğlu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” ASC tərəfindən əsassız hesablanmış 71442 manat məbləğində debitor borcunun abunə hesabından sillinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə baxış iclasında Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(104)-1693/2020 saylı qərardadını məhkəməyə təqdim edərək bildirmişdir ki, hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında eyni tərəflər aralında eyni predmet üzrə mülki mübahisə vardır. Məhkəmə aşağıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(104)-1693/2020 saylı qərardadının surətindən göründüyü kimi hazırkı iş üzrə iddiaçının bu iş üzrə cavabdehə qarşı aktın etibarasız hesab edilməsi və 71442 manat məbləğində debitor borcunun abunə hesabından sillinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Şəmkir Rayon Məhkəməsinin 21 yanvar tarixli qərardadı ilə iddianın təmin tədbiri seçilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv olunmuşdur. Hazırkı iş xx xxxxxx 2020-ci il tarixdən Gəncə Kommersiya Məhkəməsinin icraatındadır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəf olan subyektlər arasında eyni mübahisə predmeti üzrə yuxarı instansiya məhkəməsinin icraatında iş olduğundan hazırki mübahisə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinin tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 259.0.7, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Qasımov Qoca Nəbi oğlunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar