Məhkəmə qərarları › İş №e-2-2(115)-17/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-17/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-17/2025 18.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 İddiaçı ASC-in xeyrinə 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 7208.17 manat əsas, 12.51 manat faiz, 8.47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7229.15 manat borcun və 110 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızının Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 27 fevral tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti verilmişdir. 2015-ci il 06 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən borcalanınn kreditor qarşısındakı əsas öhdəliyinin 10000 manat qalıq məbləği illik faiz dərəcəsi 1% olmaqla müqavilənin müddəti xx.xx.2026-cı ilədək uzadılmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il noyabrın 11-dək Cavabdeh5 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 7208.17 manat əsas, 12.51 manat faiz, 8.47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7229.15 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh5 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova(Balakişiyeva) Turan Zabil qızı arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh5 İddiaçı ASC-in xeyrinə 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3080,81 manat əsas, 83,71 manat faiz, 129,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3294,24 manat borcun və 110 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızının Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi və olaraq bildirdi ki, ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti aşağı müəyyən olduğundan və məbləğlər zidiyyət təşkil etdiyindən ekspert rəyində göstərilən qiymətlə razı deyildirlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: əsas kredit müqaviləsi, əlavə kredit müqaviləsi, əlavə kredit müqaviləsinə 1 nömrəli əlavə saziş, maliyyə arayışı, ipoteka müqaviləsi, ipoteka müqaviləsinə 1 nömrəli əlavə saziş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan 2014-cü il 27 fevral tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan 2015-ci il 06 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı əsas öhdəliyinin 10000 manat qalıq məbləği illik faiz dərəcəsi 1% olmaqla müqavilənin müddəti xx.xx.2026-cı ilədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh5 xx.xx.2025-ci il tarixinə 3080,81 manat əsas, 83,71 manat faiz, 129,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3294,24 manat borcu olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanılmış kredit müqaviləsinə əsasən öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehə verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş cədvəllərinə əsasən aylıq ödənilməli kredit məbləğlərini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 3080,81 manat əsas, 83,71 manat faiz borcu Cavabdeh5 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin 129,72 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 27 fevral 2014-cü il tarixli 12-SKMF-1-0-174-14 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh5 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. 10 may 2023-cü il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ASC ipotekaqoyan Cavabdeh5 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 67400 manat, likvid dəyəri 53900 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 53900 manat həddində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızının fərdi yaşayış evindən çıxarılması və həmin mənzilin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılır. Göründüyü kimi məhkəmə tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi qənaətinə gəldiyindən Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızı fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Məmmədova (Balakişiyeva) Turan Zabil qızının fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçının fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbini irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, bu hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur ki, iddiaçı ipoteka predmetinin hazırki vəziyyətdə mülkiyyətçisi deyildir. Ona görə də iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin banka təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması zamanı yeni alıcının qabaqcadan müəyyənləşdirilməsi mümkün olmadığı səbəbindən iddia tələbi bu hissədə də rədd edilməlidir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi cavabdehlər mediasiya sessiyasında iştirak etməmiş, lakin "xxxx" ASC–nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, "xxxx" ASC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 110 manat medasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 52,95 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də tutmanın ipoteka predmetinə yönəldilməsinin DƏDRXdə qeydiyyata alınması üçün ödənilmiş 45 manat da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün təyin edilmiş məhkəmə ekspertizası üzrə 200 manat ekspertiza xərci cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Uniprice MMC-nin 23 aprel 2024-cü il tarixli rəyi üzrə tədqiqatın dəyəri 250 təşkil etmişdir. Həmin xərclə bağlı bildirilir ki, Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli e-2-2(115)-381/2024 nömrəli qərardadından görünür ki, ekspert qarşısında Cavabdeh4 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m. yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar və likvid qiyməti nə qədərdir? sualı qoyulmuşdur. Ekspert isə təmamilə fərqli bir yaşayış sahəsinin qiymətləndirilməsini aparmışdır. Yalnış qiymətləndirmə aparıldığı üçün həmin rəy üzrə xərc tərəflərdən tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh5 3080,81 manat əsas, 83,71 manat faiz, 129,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3294,24 manat borc və 110 manat ödənilmiş mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh5 52,95 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 101.6 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 53900 manat həddində müəyyən edilsin. Həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılsın. Fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh5 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslər fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh5 200 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar