Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-171/2025 30.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X2 müştərək qaydada İddiaçı ASC-yə 9671 manat 54 qəpik əsas kredit borcu, 778 manat 46 qəpik kreditdən istifadəyə görə faiz borcu, 23 manat 31 qəpik penya, cəmi 10473 manat 31 qəpik, həmçinin 121 manat 42 qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh3 37 ay müddətinə illik 16 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli kredit razılaşması xx.xx.2024-cü il tarixində restruturizasiya olunaraq illik 22% haqq ödəmək şərtilə xx.xx.2027-ci il tarixinədək 10142.33 manat məbləğində kredit öhdəliyi yaranmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən, o kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 9671 manat 54 qəpik əsas kredit borcu, 778 manat 46 qəpik kreditdən istifadəyə görə faiz borcu, 23 manat 31 qəpik penya, cəmi 10473 manat 31 qəpik borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək bildirmişdir ki, iddia ərizəsində və sonda xahiş etdi hissəsində cavabdeh X6 cavabdeh qismində göstərilməli olmadığı halda, onun adı və məlumatları texniki səhv olaraq qeyd edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 9671 manat 54 qəpik məbləğində əsas kredit borcunun, 778 manat 46 qəpik məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 23 manat 31 qəpik cərimə borcunun, cəmi 10473 manat 31 qəpik məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 121 manat 42 qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, məhkəməyə ərizə veridlikdən sonra borcdan heç bir ödəniş olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, borca etirazı yoxdur. Əlavə olaraq bildirdi ki, heyvandarlıqla məşğul olmaq üçün ərinin adına kredit götürmüşdür. O, ərinə zamin dayanmışdır. Sonuncu ödəniş 2024-cü ilin may ayında olmuşdur. Hissə-hissə ödəniş edə bilər. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, heyvandarlıq faəliyyəti ilə məşğul olmaq üçün kredit müqaviləsi bağlamışlar. Heyvanlar sonradan xəstələnmiş və həmin xəstəlikdən ona da keçmişdir. Heyvanlar tələf olmuşdur. Buna görə də ödəniş edə bilməmişlər. Cavabdehlərdən Cavabdeh1 arvadı, Cavabdeh2 yeznəsi, Cavabdeh4 əmisinin gəlnidir. X6 azadlıqdan məhrum edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 nümayəndəsi X7 iştirak etmiş və məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, borcu qəbul edir. Belə ki, anası kredit borcu üzrə zamin qismində iştirak edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 16 % olmaqla, xx.xx.2024-cü il tarixədək, 9 ay güzəşt müddəti olmaqla dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 28010***-*******01R nömrəli restrukturizasiya razılaşmasından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit borcu üzrə 10142 manat 33 qəpik məbləğində əsas borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit üzrə faiz dərəcəsi 22 faiz və kreditin son icra müddəti xx.xx.2027-ci il müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka 9671 manat 54 qəpik məbləğində əsas borc, 778 manat 46 qəpik məbləğində faiz borcu, 23 manat 31 qəpik cərimə olmaqla, cəmi 10473 manat 31 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh3 İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6, xx.xx.2024-cü il tarixli restrukturizasiya razılaşmasından sonra bağlanmış zaminlik müqavilələri üzrə isə Cavabdeh2, X4 və Cavabdeh1 zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdürlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 121 manat 42 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 9671 manat 54 qəpik əsas borc, 778 manat 46 qəpik faiz borcu, 23 manat 31 qəpik cərimə olmaqla, cəmi 10473 manat 31 qəpik məbləğində borc və ödənilmiş 121 manat 42 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9671 manat 54 qəpik əsas borc, 778 manat 46 qəpik faiz borcu, 23 manat 31 qəpik cərimə olmaqla, cəmi 10473 manat 31 qəpik məbləğində borc və ödənilmiş 121 manat 42 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-171/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-171/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver