Məhkəmə qərarları › İş №e-2-2(115)-172/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-172/2025

07.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-172/2025 07.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1104457,76 manat zərər, 481.543,58 manat faiz, 1584 manat dövlət rüsumu və 500 manat hüquqi yardıma görə ödənilən pul alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Turan Akla Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli birgə fəaliyyət haqqıda müqavilənin 1.2-ci bəndinə əsasən Tərəflər birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədilə İddiaçı MMC adlı hüquqi şəxs təsis edib dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirmişlər. Turan Ak Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləyə uyğun olaraq (həmin müqavilənin 3.1.1-3.1.3-cü bəndləri), birgə istehsalat sahəsi yaratmaq üçün əvəzsiz olaraq avadanlıqları Azərbaycan Respublikasına Cavabdeh adına göndərmişdir. Cavabdeh həmin avadanlıqları Gömrük orqanlarından təhvil almışdır. Cavabdeh mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqları Turan Akın adından "xxxx" MMCnin Nizamnamə kapitalına və balansına qoymaq əvəzində 2017-2020-ci illər ərzində ünvan 1 ünvanında hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi, mebel istehsalı ilə məşğul olmuşdur. Cavabdeh xx.xx.2017-ci il tarixdə Turan Akla aralarında bağlanmış xx.xx.2017ci il tarixli birgə ortaqlıq haqqında müqaviləyə zidd olaraq, Turan Aka məxsus dəzgah və avadanlıqlara görə İqtisadiyyat Nazirliyindən öz adına investisya təşviqi sənədləri almış və istifadə etmişdir. Cavabdeh mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah avadanlıqları mebel istehsalatında istifadə edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsindən alınan xx.xx.2021-ci il tarixli, **********564200 saylı arayışdan göründüyü kimi, vergi ödəyicisi Cavabdeh olu 2018-ci il üzrə 17002,88 manat, 2019-cu il üzrə 1083373,3 manat və 2020ci il üzrə isə 4081,58 manat gəlir əldə etmişdir. Turan Akın Cavabdeh qarşı Gəncə kommersiya məhkəməsində qaldırdığı iddiada mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah avadanlıqların Cavabdeh tərəfindən istifadəsi nəticəsində əldə etdiyi mənfəətin ona ödənilməsi ilə bağlı iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2- 2(104)-70/2024 saylı qətnaməsinə əsasən, məhkəmənin mövqeyi ondan barət olmuşdur ki, “İddia tələbinin dəymiş zərərin ödənilməsinə dair hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının bu hissədə əsas dəlili ondan ibarətdir ki, göndərilmiş avadanlıqlar cavabdeh tərəfindən "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş olsa da, balansına daxil edilməmiş, cavabdeh tərəfindən Təşviqedici sənəd "xxxx" MMC-nin adına alınmalı olduğu halda öz adına almışdır. Belə olan halda kollegiya hesab etmişdir ki, bu xüsusatla bağlı zərər dəymişdirsə də bu zərər iddiaçıya yox, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından "xxxx" MMC-yə dəymişdir. Ona görə də kollegiya bu hissədə iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası istər iddiaçı tərəfin, istərsə də cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və apellyasiya şikayətlərində irəli sürülən dəlilləri şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsinin ləğvi edilməsi üçün əsas saymamışdır.” Göründüyü kimi, məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqların istifadəsindən yaranmış gəliri tələb hüququ Turan Aka yox "xxxx" MMC-yə verilmişdir. Cavabdeh 2018-ci il üzrə əldə etdiyi 17002,88 manat, 2019-cu il üzrə əldə etdiyi 1083.373,3 manat və 2020-ci il üzrə isə əldə etdiyi 4081,58 manat gəlir olmaqla, cəmi ümumilikdə 1.104.457,76 (bir milyon yüz dörd min dörd yüz əlli yeddi manat yetmiş altı qəpik) manat məbləğində gəliri "xxxx" MMC-yə qaytarmalıdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin http://www.azstat.org/pr03101011/ elektron saytından İstehlak qiymətləri indeksinin hesablanmasına əsasən 2024-cü ilin oktyabr ayında 2018-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 143.6 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 43.6 faiz artmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin http: //www. azstat.org /pr03101011/ elektron saytından İstehlak qiymətləri indeksinin hesablanmasına əsasən 2024-cü ilin oktyabr ayında 2018-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi qiymətlərinin səviyyəsinin 43.6 faiz artmasını nəzərə alsaq, Cavabdeh tərəfindən "xxxx" MMC-yə 481.543,58 (iki yüz doqquz min yüz doxsan) manat (1.104.457,76 X43.6%=481.543,58) ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə vəsatət təqdim edərək, Cavabdeh əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh 1.104.457,76 (bir milyon yüz dörd min dörd yüz əlli yeddi manat yetmiş altı qəpik) manat zərər, 481.543,58 (dörd yüz səksən bir min beşyüz qırx üç manat əlli səkkiz qəpik) manat faiz, 1584 manat dövlət rüsumu və 500 manat hüquqi yardıma görə ödənilən pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Turan Akla Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli birgə fəaliyyət haqqıda müqavilənin 1.2-ci bəndinə əsasən Tərəflər birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədilə İddiaçı MMC adlı hüquqi şəxs təsis edib dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirmişlər. Həmin müqavilənin 3.1-ci bəndində birinci Təsisçi kimi Cavabdeh "xxxx" MMC-nin dövlət orqanlarından müvafiq güzəşt və imtiyazların alınmasını təmin etmək, o cümlədən yeni yaradılacaq istehsal müəssisənin avadanlıqlarını idxalı zamanı gömrük və vergi rüsumlarından azad olunması üçün müvafiq qaydada müəssisənin adına "İnvestisiya təşviqi" sənədinin alınmasını təmin etmək və bu müqavilənin mahiyyətindən, "xxxx" MMCnin təsis sənədlərindən, Azərbaycan Respublikasının mülki qanunvericiliyindən irəli gələn digər vəzifələri yerinə yetirməyi öhdəsinə götürür. Ona görə də Turan Ak Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləyə uyğun (həmin müqavilənin 3.1.1-3.1.3-cü bəndləri), birgə istehsalat sahəsi yaratmaq üçün dəzgah və avadanlıqları əvəzsiz olaraq, Azərbaycan Respublikasına Cavabdeh adına göndərmişdir. Cavabdeh mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqları Turan Akın adından İddiaçıMMC-nin Nizamnamə kapitalına və balansına qoymaq əvəzində 2017-2020-ci illər ərzində ünvan 1 ünvanında hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi, mebel istehsalı ilə məşğul olmuşdur. Cavabdeh xx.xx.2017-ci il tarixdə Turan Akla aralarında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlı haqqaında müqaviləyə zidd olaraq, Turan Aka məxsus dəzgah və avadanlıqlara görə İqtisadiyyat Nazirliyindən öz adına investisya təşviqi sənədləri almış və istifadə etmişdir. Göründüyü kimi Cavabdeh məqsədi həmin avadanlıqları Gömrük orqanlarından təhvil almaq, öz adına İnvestisiya təşviqi sənədi almaq və özü üçün istifadə edərək gəlir əldə etmək olmuşdur. Cavabdeh mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah avadanlıqları mebel istehsalatında istifadfə edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsindən alınan xx.xx.2021-ci il tarixli, **********564200 saylı arayışdan göründüyü kimi, vergi ödəyicisi Cavabdeh olu 2018-ci il üzrə 17002,88 manat, 2019-cu il üzrə 1083.373,3 manat və 2020-ci il üzrə isə 4081,58 manat gəlir əldə etmişdir. Bu əldə etdiyi gəlirdən Turan Ak hər hansı məbləğdə pul verməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət məsuliyyəti yaradır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmənin Pelnumunun Qərarının 4-cü bəndində əsasən, Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Qərarın 19-cu bəndinə əsasən, Dəlduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma hallarından fəqləndirilməli və bu zaman nəzərə alınmalıdır ki, bu cür ziyan vurmanı zərərin miqdarından asılı olaraq cinayət və yaxud inzibati xəta kimi təsnif edən müvafiq olaraq Cinayət Məcəlləsinin 184-cü maddəsi və İnzibati Xətalar Məcəlləsinin 227-1-ci maddəsi Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə ləğv edildiklərinə görə, artıq belə əməllər vurulmuş ziyanın nə qədər təşkil etməsindən asılı olmayaraq mülki məsuliyyətə səbəb olan hüquq pozuntusu kimi nəzərdən keçirilməlidir. Nəzərə almaq lazımdır ki, dələduzluqdan fərqli olaraq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma zamanı dələduzluğun mütləq əlaməti olan nəticə – özgə əmlakının və ya əmlaka olan hüququn ələ keçirilməsi baş vermir, əmlak mülkiyyətçinin və ya onun sahibinin sərəncamından çıxmır, lakin bununla belə ona maddi zərər vurulur, yaxud da şəxs əmlakın adi şəraitdə mülki dövriyyəsi nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsinə əsasən zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh 2018-ci il üzrə əldə etdiyi 17002,88 manat, 2019-cu il üzrə əldə etdiyi 1083.373,3 manat və 2020-ci il üzrə isə əldə etdiyi 4081,58 manat gəlir olmaqla, cəmi ümumilikdə 1.104.457,76 (bir milyon yüz dörd min dörd yüz əlli yeddi manat yetmiş altı qəpik) manat məbləğində gəliri "xxxx" MMC-yə qaytarmalıdır. Cavabdehin İqtisadiyyat Nazirliyinə göndərdiyi ərizədə "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvanı qeyd edib. Birgə fəaliyyət haqqında müddətsiz müqavilə var və burada "xxxx" MMC-nin təsis olunması cavabdehin öhdəliyi kimi qeyd olunub. Bundan başqa avadanlıqlar balansa əlavə edilsəydi, daşınmaz əmlakına kapital qoyulsaydı, tərəflər arasında problem yaranmazdı. Hal-hazırda nə daşınar, nə də daşınmaz əmlak balansda yoxdur. "xxxx" MMC-nin daşınmaz əmlakı yoxdur. 2017-ci ildən 2020-ci ilədək cavabdeh tərəfin iddiaçıya məxsus avadanlıqlardan istifadə edərək gəlir əldə etmiş, "xxxx" MMC-nin dövriyyəsinin yalnız xammal şəklində alıb-satdığı mallardan əldə olunan vəsaitdən ibarət olmuş, avadanlıqların istismarından əldə olunan gəlirin, yəni həmin avadanlıqlarla istehsal olunan məhsulun alqı-satqısından əldə olunan gəlirin "xxxx" MMC-yə aidiyyətinin olmamışdır. Onların mübahisəsi məhz dəzgahdan istifadə edərək əldə olunan gəlirlə bağlıdır. Səyyar vergi yoxlamasında 8.1-ci-11-ci bəndlərindən görünür ki, sahibkarın ümumi gəliri mebellərin istehsalında əldə etdiyi gəlir demək olar ki, eynidir. 2017-2020-ci illər ərzində işçilər Cavabdehlə 1 ay, 20 gün ərzində işləyib çıxıblar, sonra geri qayıdıblar. 2017-ci ilin oktyabrındakı aktda qeyd olunur ki, təşviq-təsdiqedici sənədlər əsasında daxil olan avadanlıqlar Cavabdeh tərəfindən istifadə olunur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun adından 400 000 manat məbləğində kredit götürüblər, o, hələ də həmin krediti ödəyir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qarşı tərəf lazımi sənədləri təqdim etsə, məhkəmə üçün əsaslı sübut ola bilər. Qarşı tərəfin iddiası tamamilə əsassızdır. "xxxx" MMC-nin idxalı xammal, ixracı isə hazır məhsullardır. "xxxx" MMC-nin fəaliyyəti yoxdursa, bəyannamə niyə verilib və ya bu qədər işçilər niyə var idi? Vergi orqanı tərəfindən Cavabdeh məhz nmebel istehsalından əldə etdiyi gəliri və "xxxx" MMC-nin həqiqətən də həmin avadanlıqlardan məhrum olunub-olunmaması araşdırılmalıdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ak Turan 19 fevral 2025-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, Cavabdeh oğlu Babayev Rəşadı tanımış və onunla mebellərin alğı-satqısı ilə bağlı münasibətləri olmuşdur. Daha sonra Rəşad Babeyev ona birgə işləməyi təklif etmiş və o da onunla razılaşmışdır. Babayev Rəşadın atası Cavabdehlə “Birgə (ortaqlıq) fəaliyyət haqqında” 01 mart 2017-ci il tarixli müqavilə bağlamışdır. Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Türkiyə Respublikasından göndərmiş olduğu avadanlıqları yeni yaradılmış "xxxx" MMC-nin nizamnamə kapitalına daxil etdiyini göstərmiş olsa da, müəssisənin balansına daxil etməmiş və “İnvestisiya təşviqi sənədini” müəssisənin adına yox, öz adına almış, göndərdiyi avadanlıqları işlətməklə əldə etdiyi gəlirdən ona heç nə ödənilməmişdir. Ona görə də sonradan "xxxx" MMC yaradılaraq avadanlıqlar yeni yaradılmış MMC-nin nizamnamə kapitalına və balansına daxil edilmişdir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: birgə fəaliyyətə dair müqavilə, nizamnamə, hüquqi şəxsin balansı, ixrac və idxal əməliyyatları haqqında məlumatlar, məhkəmə qərarları, investiya təşviqi sənədi, təsdiqedici sənədlər, vergi orqanının qərarları, tələbnamə, əmək müqaviləsi bildirişləri, vergi ödəyicisinin gəlirləri barədə arayış, mütəxəssis rəyi, baxış aktı, vergi bəyannamələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasəm delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsassən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 48. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə Ak Turan arasında bağlanılmış 01 mart 2017-ci il tarixli birgə fəaliyyətə dair müqavilədən görünür ki, tərəflər özlərinin mülkiyyət istifadə, icarə və sahibkarlıq fəaliyyətlərindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədi ilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət göstərmək qərarına gəlmişlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər bu müqaviləni bağlayıb birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxs idarə etmək üçün öz qüvvələrini birləşdirmişlər. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət orqanlarından müvafiq güzəşt və imtiyazların alınmasını təmin etmək, o cümlədən yeni yaradılacaq istehsal müəssisənin avadanlıqlarını idxalı zamanı gömrük və vergi rüsumlarından azad olunması üçün müvafiq qaydada müəssisənin adına investisiya təşviqi sənədinin alınmasını təmin etmək Cavabdeh öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən Ak Turan "xxxx" MMC-nin fəaliyyətini təşkil etmək üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına bu müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı avadanlıqlarını göndərməklə idxal etmək və həmin avadanlıqları hüquqi şəxsin balansında onun bütün fəaliyyəti dövründə saxlanılacağını, hüquqi şəxsi idarə edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə “X4 X3 sanaye və Ticaret LTD” şirkəti arasında bağlanmış 30 mart 2017-ci il tarixli 1 nömrəli müqavilədən görünür ki, tərəflər cavabdehin mülkiyyətində olan əmlak kompleksində birgə istehsal sahəsi yaradılmasına dair razılaşmışlar. Həmin müqaviləyə əsasən cavabdeh investisiya olaraq onun mülkiyyətində olan 1,844 ha torpaq sahəsində, ünvan 2 ünvanında yerləşən dəyəri 1.100.000 manat olan Əmlak Kompleksini investisiya olaraq qoymağı, üçüncü şəxs isə ümumi dəyəri 650.450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı əlavə) investisiya olaraq, mebel istehsal etmək məqsədi ilə yaradılmış həmin ünvanında yerləşən birgə mebel istehsal sahəsinə göndərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 aprel 2017-ci il tarixli “İnvestisiya təşviqi sənədi”ndən və ona əlavə edilmiş təsdiqedici sənədlərdən görünür ki, cavabdehə ünvan 3 ünvanında mebel istehsalı sahəsində investisiyaya görə avadanlıqların və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, nizamnamə kapitalı 2 200 000 manat olan "xxxx" MMC yaradılmışdır. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC 12 dekabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş idarəsinin 23 dekabr 2021-ci il tarixli, **********564200 nömrəli arayışından görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN **********) 2017-2020-ci illər üzrə qüvvədə olan (o cümlədən vergi nəzarəti tədbirləri ilə əhatə olunmuş) gəlir vergisi bəyannamələrinə əsasən vergiyə cəlb olunan gəlirləri 2018-ci il üzrə 17002,88 manat, 2019-cu il üzrə 1083373,3 manat və 2020-ci il üzrə 4180,58 manat təşkil etmişdir. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş idarəsinin 23 dekabr 2021-ci il tarixli, **********564200 nömrəli arayışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN **********) 2018-2020-ci illər üzrə qüvvədə olan (o cümlədən vergi nəzarəti tədbirləri ilə əhatə olunmuş) gəlir (mənfəət) vergisi bəyannamələrinə əsasən vergiyə cəlb olunan gəlirləri (mənfəti) 2018-ci il üzrə 8741,58 manat, 2019-cu il üzrə 231788,86 manat və 2020-ci il üzrə 145631,86 manat təşkil etmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 aprel 2025-ci il tarixli, 3-21-2-18/2-47271/2025 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Cavabdeh aid gəlir vergisi bəyannamələrinə əsasən Cavabdeh vergiyə cəlb olunan gəlirləri 2018-ci il üzrə 17002,88 manat, 2019-cu il üzrə 1083373,3 manat və 2020ci il üzrə 4180,58 manat təşkil etmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 aprel 2025-ci il tarixli, 3-21-2-18/2-47356/2025 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş "xxxx" MMC-yə aid mənfəət vergisi bəyannamələrinə əsasən "xxxx" MMC-nin vergiyə cəlb olunan gəlirləri 2018-ci il üzrə 8741,58 manat, 2019-cu il üzrə 231788,86 manat və 2020-ci il üzrə 145631,86 manat təşkil etmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli, **********142461 nömrəli Səyyar vergi yoxlaması aktına əsasən vergi ödəyicisi Cavabdeh 2017-2019-cu illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. İş materialalrında olan İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş təsdiqedici sənədlər üzrə vəziyyətin yerində qiymətləndirilməsinə dair 24 oktyabr 2017-ci il tarixli Akta əsasən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS-329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS- 549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlər əsasında idxal edilmiş texnoloji avadanlıqlar investisiya layihəsində göstərilən ünvanda yerləşdirildiyi və təyinatı üzrə istifadə olunduğu müəyyən edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddiaçı Ak Turanın Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 1 mart 2017-ci il tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs “X4 X3 Sanaye Və Ticaret Ltd” şirkətinin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer dəzgahı "net MAK 2000” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası və həmin avadanlıqlar olmadıqda onların dəyəri olaraq 785.222 manat və 30 manat dövlət rüsumunun Cavabdehdan alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs “X4 X3 Sanaye Və Ticaret Ltd” şirkətinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 fevral 2022-ci il tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Loğman Süleymanov və İslam Həsənov) Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-2(115)-99/2021 nömrəli qətnaməsindən iddiaçı Turan Ak və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2- 2(115)-99/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı Turan Akın iddiasının qismən təmin edilməsi, Cavabdeh əldən çıxmış fayda qismində 497068,58 manat zərər məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 497098,58 (dörd yüz doxsan yeddi min doxsan səkkiz manat, 58 qəpik) manatın alınaraq, iddiaçı Turan Aka verilməsi, iddiaçı Turan Akın iddiasının qalan hissədə təmin edilməməsi, “X4 X3 Sanaye və Ticaret LTD” şirkətinin iddiasının və apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli 2-2(102)-511/2022 nömrəli qərarı ilə (hakimlər Bəhram Məmmədli - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Bəhman Qəribov) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 saylı qətnaməsinin iddiaçı Ak Turanın iddiasına münasibətdə ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 fevral 2023-cü il tarixli 2-2(104)-37/2023 nömrəli 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Aygül İsgəndərova) iddiaçı Ak Turanın apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)- 99/2021 nömrəli qətnaməsinin tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi və iddianın qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmışdır. İddiaçı Ak Turanın Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, avadanlıqların qaytarılması və iddiaçıya vurulmuş 497068,58 manat dəyərində zərərin cavabdehdən tutulub iddiaçı Ak Turana verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2-2(102)-604/2023 nömrəli qərarı ilə (hakimlər Çingiz Əsgərov - sədrlik edən və məruzəçi, Kəmalə Abiyeva və Abiddin Hüseynov) iddiaçı Ak Turan tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 fevral 2023-cü il tarixli 2-2(104)-37/2023 saylı qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 may 2024-cü il tarixli 2-2(104)-70/2024 nömrəli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev - sədrlik edən və məruzəçi, Azər Bayramov və Rəşad Mamedov) iddiaçı Ak Turan və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi tərəflər arasında bağlanmış 01 mart 2017-ci il tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi, həmçinin iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2-2(102)-557/2024 nömrəli qərarı ilə (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Əhliman Xıdırov və Elşanə Vəliyeva) iddiaçı Ak Turan tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 may 2024-cü il tarixli 2-2(104)-70/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 01 mart 2017-ci il tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqaviləyə əsasən tərəflər mülkiyyət, istifadə, icarə, sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər. Tərəflər birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib, dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirməyi öhdələrinə götürmüşlər. Daha sonra Ak Turan ilə cavabdeh arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan Gəncə Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi ilə iddiaçı Ak Turanın Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 1 mart 2017-ci il tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2024-cü il tarixli qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi tərəflər arasında bağlanmış 01 mart 2017-ci il tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi, həmçinin iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2024-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, işin məhkəmə iclasında araşdırılmış hallarından, həmçinin iş materiallarından göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etməklə birgə faydalanmaq məqsədi ilə birgə fəaliyyət göstərmək üçün “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilə bağlamış və həmin müqavilə şərtlərinə uyğun olaraq "xxxx" MMC adlı müəssisə yaratmağı, müəssisənin nizamnamə kapitalını formalaşdırmağı, bunun üçün Cavabdeh özünə məxsus olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksini, Ak Turan isə müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı avadanlığını birinci tərəfə, yəni Cavabdeh təhvil verilməsini öhdəsinə götürmüş, iddiaçı Ak Turan üzərinə düşən öhdəliyi yerinə yetirib mebel istehsalı üçün zəruri olan avadanlığı Cavabdeh təhvil vermiş olsa da, sonuncu müqavilə şərtlərinə tam şəkildə əməl etməmiş, "xxxx" MMC öncədən, yəni mebel istehsalı üçün istifadə edilən avadanlıq gətirilməmişdən əvvəl yaradılmalı və təşviqedici sənəd yeni yaradılmış MMC-nin adına alınmalı olduğu halda, MMC sonradan – avadanlıq gətirildikdən və təşviqedici sənəd Cavabdeh adına alındıqdan sonra təsis edilmiş, gətirilmiş avadanlıq MMC-nin nizamnamə kapitalına daxil edilmiş olsa da, MMC-nin balansına daxil edilməmişdir. Belə ki, iş materiallarındakı Azərbaycan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin arayışından görünür ki, "xxxx" MMC ilə bağlı təqdim edilmiş 2017- 2020-ci illər üzrə mənfəət və əmlak vergisi bəyannamələrinin müvafiq sətirlərində hər hansı əmlak aşkar edilməmiş və şəxsi hesab vərəqəsindəki ödənişlərin tərkibində Cəmiyyət tərəfindən ödənilmiş əmlak vergisi müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin müqaviləni ləğv edərək tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verməkdə haqlı olmuşdur. İddia tələbinin dəymiş zərərin ödənilməsinə dair hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, iddiaçının bu hissədə əsas dəlili ondan ibarətdir ki, göndərilmiş avadanlıqlar cavabdeh tərəfindən "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş olsa da, balansına daxil edilməmiş, cavabdeh tərəfindən Təşviqedici sənəd "xxxx" MMC-nin adına alınmalı olduğu halda öz adına almışdır. Belə olan halda kollegiya hesab edir ki, bu xüsusatla bağlı zərər dəymişdirsə də bu zərər iddiaçıya yox, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından "xxxx" MMC-yə dəymişdir. Bundan sonra iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 1104457,76 manat zərər, 481543,58 manat faiz, 1583 manat dövlət rüsumu və 500 manat hüquqi yardıma görə ödənilən pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı edilmiş iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqları Turan Akın adından "xxxx" MMC-nin Nizamnamə kapitalına və balansına qoymaq əvəzində 2017-2020-ci illər ərzində ünvan 1 ünvanında hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi, mebel istehsalı ilə məşğul olmuşdur. Cavabdeh xx.xx.2017-ci il tarixdə Turan Akla aralarında bağlanmış xx.xx.2017ci il tarixli birgə ortaqlıq haqqında müqaviləyə zidd olaraq, Turan Aka məxsus dəzgah və avadanlıqlara görə "xxxx" MMC-nin adına İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi almalı olduğu halda öz adına investisya təşviqi sənədləri almış və istifadə etmişdir. Cavabdeh mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah avadanlıqları mebel istehsalatında istifadə edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsindən alınan xx.xx.2021-ci il tarixli, **********564200 saylı arayışdan göründüyü kimi 2018-ci il üzrə 17002,88 manat, 2019-cu il üzrə 1083373,3 manat və 2020-ci il üzrə isə 4081,58 manat gəlir əldə etmişdir. Ona görə də Cavabdeh 2018-2020-ci illər ərzində ümumilikdə 1104457,76 (bir milyon yüz dörd min dörd yüz əlli yeddi manat yetmiş altı qəpik) manat məbləğində gəliri "xxxx" MMCyə qaytarmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi Ak Turan 01 mart 2017-ci il tarixli birgə fəaliyyətə dair müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirib mebel istehsalı üçün zəruri olan avadanlığı Cavabdeh təhvil vermiş olsa da, sonuncu müqavilə şərtlərinə tam şəkildə əməl etməmiş, "xxxx" MMC öncədən, yəni mebel istehsalı üçün istifadə edilən avadanlıq gətirilməmişdən əvvəl yaradılmalı və təşviqedici sənəd yeni yaradılmış MMC-nin adına alınmalı olduğu halda, MMC sonradan – avadanlıq gətirildikdən və təşviqedici sənəd Cavabdeh adına alındıqdan sonra təsis edilmiş, gətirilmiş avadanlıq MMC-nin nizamnamə kapitalına daxil edilmiş olsa da, MMC-nin balansına daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, Ak Turan tərəfindən tərəflər arasında bağlanılmış müqaviləyə əsasən göndərilmiş avadanlıqlarla bağlı Cavabdeh tərəfindən öz adına investisiya təşviqi sənədi və təsdiqedici sənədlər alınsa da, Cavabdeh fərdi sahibkar kimi məhz həmin avadanlıqlardan istifadə edərək gəlir əldə etməsini müəyyən etmək mümkün deyildir. Belə ki, Cavabdeh barəsində aparılmış səyyar vergi yoxlaması aktından göründüyü kimi yoxlanılan dövrdə, yəni 2017-2019-cu illər üzrə Cavabdeh faktiki olaraq mebellərin istehsalı ilə məşğul olmuşdur. Eyni zamanda aktda qeyd olunmuşdur ki, yoxlanılan dövr üzrə sahibkarın ümumi gəliri mebellərin istehsalından əldə etdiyi gəlirdən ibarət olmuşdur. Eyni zamanda həmin aktda qeyd olunmuşdur ki, Cavabdeh təsərrüfat subyektləri aşağıdakılardır.

1. Gəncə şəhəri, Nərimanov Nərimanov 42 b ünvanında yerləşən icarə obyekti;

2. Gəncə şəhəri, Dədə Qorqud 21 ünvanında yerləşən mağaza;

3. Gəncə şəhəri, M.C.Paşayev 72A ünvanında yerləşən istehsalat sexi;

4. Gəncə şəhəri, M.C.Paşayev 72 ünvanında yerləşən istehsalat sexi. Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş təsdiqedici sənədlər üzrə vəziyyətin yerində qiymətləndirilməsinə dair 24 oktyabr 2017-ci il tarixli Akta əsasən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS-329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS- 549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlər əsasında idxal edilmiş texnoloji avadanlıqlar investisiya layihəsində göstərilən ünvanda yerləşdirildiyi və təyinatı üzrə istifadə olunduğu müəyyən edilmişdir. Göründüyü kimi xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS-329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS- 549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlər əsasında idxal edilmiş avadanlıqlar investisiya layihəsində göstərilən ünvanda, yəni Gəncə şəhəri, M.C.Paşayev 72A ünvanında yerləşdirilmişdir. Həmçinin Cavabdeh məxsus Gəncə şəhəri, M.C.Paşayev 72 ünvanında da istehsalat sexi fəaliyyət göstərmişdir. Belə olan halda Cavabdeh məhz həmin avadanlıqlardan istifadə edərək gəlir əldə etməsini müəyyən etmək mümkün deyildir. Eyni zamanda Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 aprel 2025-ci il tarixli, 3-21-2-18/2-47356/2025 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş "xxxx" MMC-yə aid mənfəət vergisi bəyannamələrinə əsasən "xxxx" MMC-nin vergiyə cəlb olunan gəlirləri 2018-ci il üzrə 8741,58 manat, 2019-cu il üzrə 231788,86 manat və 2020-ci il üzrə 145631,86 manat təşkil etmişdir. Göründüyü kimi 2018-2019- 2020-ci illər üzrə "xxxx" MMC-nin fəaliyyəti olmuş və gəlirlər əldə etmişdir. Habelə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal və ixrac əməliyyatları haqqında məlumata əsasən "xxxx" MMC-nin idxal əməliyyatları 64024,96 ABŞ dolları, ixrac əməliyyatları isə 215340 ABŞ dolları olmuşdur. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal və ixrac əməliyyatları haqqında məlumata əsasən "xxxx" MMC-nin idxal əməliyyatları 215936,58 ABŞ dolları, ixrac əməliyyatları isə 376877,50 ABŞ dolları olmuşdur. Göründüyü kimi "xxxx" MMC fəaliyyət göstərərək gəlir əldə etmişdir. Belə olduğu təqdirdə iddiaçı Cavabdeh məhz həmin avadanlıqlardan istifadə edərək gəlir əldə etməsini sübuta yetirə bilməmişdir. Zərərin vurulması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız qeyd olunan üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlar və eyni zamanda məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində toplanan materiallar iddianın təmin edilməsi üçün əsas vermir. Ona görə də iddia tələbi rədd edilməlidir. İddia tələbi rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamandan məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsi barədə vəsatəti rədd edilməlidir. Belə ki, dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 11 iyun 2015-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Hazır ki işin məhkəmə araşdırması zamanı isə məlum olmuşdur ki, Cavabdeh ilə Ak Turan arasında bağlanılmış 01 mart 2017-ci il tarixli birgə fəaliyyətə dair müqaviləyə əsasən, tərəflər özlərinin mülkiyyət istifadə, icarə və sahibkarlıq fəaliyyətlərindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədi ilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət göstərmək qərarına gəlmişlər. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi pozduğundan məhkəmə qərarı ilə birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmişdir. İddiaçı Cavabdeh məhz həmin avadanlıqlardan istifadə edərək gəlir əldə etdiyini sübuta yetirə bilməmiş və məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Belə olan halda Cavabdeh əməlində talama, o cümlədən dələduzluq cinayətinin əlamətləri olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar