Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1727/2025 28.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda torpaq sahəsinin dəyəri, icarə haqqı olaraq əldən çıxmış fayda və maddi mənəvi zərərə görə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və ya pul tələbi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı “torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda torpaq sahəsinin dəyəri, icarə haqqı olaraq əldən çıxmış fayda və maddi mənəvi zərərə görə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda torpaq sahəsinin dəyəri, icarə haqqı olaraq əldən çıxmış fayda və maddi mənəvi zərərə görə pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, ********* qeydiyyat nömrəli Hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda 40000 (qırx min) manat torpaq sahəsinin dəyəri, 15600 (on beş min altı yüz) manat icarə haqqı olaraq əldən çıxmış fayda, maddi mənəvi zərərə görə 5000 (beş min) manat pul vəsaitinin, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun və ekspertiza üçün ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində pulun alınıb mənə verilməsi barədə qətnamə qəbul edəlməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********* qeydiyyat nömrəli, xx.xx.2007– ci il qeydiyyat tarixli Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyesrindən Çıxarışa əsasən onun mülkiyyətində Şəmkir rayonu, Çənlibel kəndi ərazisində 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsinin kənd təsərrüfatına yaralı olan hissəsinin üzərindən cavabdeh "xxxx" ASC tərəfindən 2014–cü ildə ondan icazə alınmadan 110 kV–lıq və 35 kV–lıq yüksək gərginlikli elektrik xətləri çəkilmişdir. Bununla bağlı iddiasına Gəncə İzibati Məhkəməsində baxılaraq xx.xx.2023–cü il tarixli 2–1(114)– 47/2023 saylı əsassız qətnamə ilə iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən vermiş olduğu apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2024–cü il tarixli qərardadı ilə işə aidiyyat qaydalarının pozulması ilə baxılması əsası ilə qətnamə ləğv edilmiş və aidiyyat məsələsinin müzakirə edilməsi üçün iş Gəncə İnzibati Məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsinin 16 may 2024–cü il tarixli qərardadı ilə mübahisənin mülki xarakterli olması səbəbindən iddia mümkün sayılmamışdır. Bundan sonra Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmədə də uzun çəkən proseslərdən sonra mülki iş aidiyyəti üzrə Gəncə Kommerisya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommerisya Məhkəməsinin 25 iyul 2025–ci il tarixli qərardadı ilə iddiası baxılmamış saxlanılmışdır. Dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsində qanunsuz inşa etdiyi elektrik dirəklərinin sökməsini tələb etsə də, o, bundan imtina etmişdir. Bu qədər uzun çəkən məhkəmə çəkişmələri zamanı onun vaxtı getmiş, gediş–gəlişə, ekspert rəyilərinə kifayət qədər vəsaitlər ödəmişdir. Bütün bu müddət ərzində torpaq sahəsindən istifadə edə bilməmişdir. Hesab edir ki, ********* qeydiyyat nömrəli Hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xətti cavabdehin hesabına sökülərək torpaq sahəsi boşaldılaraq təhvil verilməli, bu mümkün olmadıqda 40000 (qırx min) manat torpaq sahəsinin dəyəri, 15600 (on beş min altı yüz) manat icarə haqqı olaraq əldən çıxmış fayda və maddi mənəvi zərərə görə 5000 (beş min) manat pul vəsaitinin alınıb ona verilməlidir.
3. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə mürаciət edərək, ********* qeydiyyat nömrəli Hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda 40000 (qırx min) manat torpaq sahəsinin dəyəri, 15600 (on beş min altı yüz) manat icarə haqqı olaraq əldən çıxmış fayda, maddi mənəvi zərərə görə 5000 (beş min) manat pul vəsaitinin, ödənilmiş 275 (iki yüz yetmiş beş) manat məbləğində dövlət rüsumunun və ekspertiza üçün ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində pulun alınıb mənə verilməsi barədə qətnamə qəbul edəlməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
4. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, yüksək gərginlikli elektrik xəttinin altında iş görmək çox təhlükəlidir. Orda işləyəcək olan fəhlələrə də təhlükə yaradar. Xətt çəkiləndən sonra əkinlə məşğul olunmayıb. Dayaqlarla bağlı tələbləri isə yoxdur. Xətti çəkərkən sahibkar orda olub-olmadığından aslı olmayaraq, sahibkarla razılaşdırılmalı idi. Subsidiya məsələsinə gəlikdə isə qeyd etdi ki, subsidiya hüquqlarıdır və hüquqlarından istifadə etmədiklərinə görə ittiham edilə bilməzlər. Nazirlər Kabinetinin qərarı ilə də tanış olmuşdur. Orda elektrik xəttinin mühafizə zolaqları müəyyən edilib. Bir də ki, torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ konstitusiya ilə qorunduğu üçün öz xüsusi mülkiyyətində olan torpaqdan istifadə etmək üçün hansısa qrumdan icazə alınmamalıdır. Mühafizə zonası üçün də icazə alınmalı olduğu qeyd edilib. Dirəklərin nə qədər hündür olmasının heç bir fərqi yoxdur. Xəttin qırılması halında həmişə təhlükə yaradır. Cavabdehin dayaqlarla bağlı dedikləri xəttin torpaqdan keçməsini sübuta yetirir. Sübutların da əsaslı olub olmamasına məhkəmə qərar verir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, Bələdiyyədən verilən arayışda da qeyd edilir ki, dayaqlar bələdiyyə torpağındadır. Əvvəlki işdə də rəy var ki, dirəklər bələdiyyə torpağındadır. Bununla bağlı Nazirlər Kabinetinin qərarı da var . Qərara əsasən mühafizə zonasına düşən ərazidə də əkinlə məşğul oluna bilər. Dayaqlar da hündür olduğu üçün ordan keçən xəttin vətəndaşa heç bir problemi yoxdur. Torpaq əkilmədiyi halda əldən çıxmış fayda istəyirlər. Əgər ora əkilirdisə, dövlətdən subsidiya götürməli idi. Keçən işdə gətirdiyi şahid də dedi ki, xətt çəkiləndə kimin iradı var idisə, xətt onun torpağından çıxarılırdı. Xətt Azərenerji vaxtında çəkilib. Həmin vaxtı gəlib irad bildirmədiyi halda indi iddia qaldırır. Xətt çəkiləndə heç Azərişıq yox idi.xx.xx.2015-ci il tarixli fərmanla Azərişıq yaranıb. Onların çəkmədiyi xəttə görə məsuliyyəti qəbul etməzlər. Təhvil-təslim aktı olmadığı üçün həmin xətlərin kimə məxsus olduğunu bilmirlər. Azərenerjinin xətlə bağlı heç bir hüququ qalmayıb. Nazirlər Kbainetinin qərarına əsasən gedib əkinlə məşğul ola bilərlər. Əkinlə bağlı ziyanı sübuta yetirmək iddiaçının üzərinə düşür. Nazirlər Kabinetinin qərarına əsasən gedib əkinlə məşğul ola bilərlər. 110 kilovotluq xəttin çəkilməsi üçün ona uyğun dayaqlardan istifadə edilir. Dayaqların hündürlüyü 24 metrdir. 1 metr hissəsi yerə basdırılsa 23 metr hündürlükdə olur və o əkinə mane olmur. Dövlət əhəmiyyətli layihənin sökülməsi mümkün deyil. Tərəfin təqdim etdikləri sübutların heç bir əhəmiyyəti yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
II. Sübutların tədqiqi
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AA000164 №-li “torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1,379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibi İddiaçıdur.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, MH seriyalı ******* №-li “Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1,379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
8. xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, 110 kv-luq Gədəbəy-Zəyəm elektrik veriliş hava xətti sifarişçi “X4 Şəbəkə” MMC olmaqla podratçı təşkilat "xxxx" ASC tərəfindən 2013-cü ildə müqavilə əsasında inşa edilmişdir.
9. X6 Təchizatı və Satışı İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli 1/1173 №-li məktubundan görünür ki, 110 kv-luq Gədəbəy-Zəyəm elektrik veriliş hava xətti sifarişçi "xxxx" ASC olmaqla podratçı təşkilat "xxxx" ASC tərəfindən 2013-cü ildə müqavilə əsasında inşa edilmişdir. Həmin xətt Gədəbəy rayonunun elektrik təchizatı ilə təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Qeyd edilən hava xətti dövlət əhəmiyyətli strateji obyekt olmaqla Gədəbəy rayonunun işıqlandırılması üçün nəzərdə tutulmuşdur. Həmin hava xəttinə "xxxx" ASC tərəfindən qulluq göstərilir. Lakin sözügedən elektrik verilişi hava xətti "xxxx" ASC-yə təhvil verilməmiş və "xxxx" ASC-nin balansında deyildir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7924 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlqar Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********00 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərindən 95 metr uzunluğunda 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçir, lakin hər biri 11.03 kv.m ölçüdə olan həmin xəttin daşıyıcı dirəkləri bələdiyyə mülkiyyətində inşa edilmişdir. Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin və həmin xəttin daşıyıcı dirəklərinin mülkiyyətçisi "xxxx" ASC, "xxxx" Açıq Səhmdar Cəmiyyətidir.
11. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-234/25 №-li “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabından görünür ki, Şəmkir rayonu Çənlibel kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,379954 ha torpaq sahəsinin 2025-ci ilə orta bazar dəyəri: 40000.0 (qırx min) manat təşkil edir. İcarə dəyəri, 2025-cl il tarixinə - 1500,0 (bir min beş yüz) manat, 2024-cü il tarixinə - 1450,0 (bir min dörd yüz əlli) manat, 2023-cü il tarixinə - 1400,0 (bir min dörd yüz) manat, 2022-ci il tarixinə - 1350,0 (bir min üç yüz əlli) manat, 2021-ci il tarixinə - 1300,0 (bir min üç yüz) manat, 2020-ci il tarixinə - 1250,0 (bir min iki yüz əlli) manat, 2019-cu il tarixinə - 1200,0 (bir min iki yüz) manat, 2018-ci il tarixinə - 1150,0 (bir min bir yüz əlli) manat, 2017-ci il tarixinə - 1100,0 (bir min bir yüz) manat, 2016-cı il tarixinə - 1050,0 (bir min əlli) manat, 2015-ci il tarixinə - 1000,0 (bir min) manat, 2014-cü il tarixinə - 950,0 (doqquz yüz əlli) manat, 2013-cü il tarixinə - 900,0 (doqquz yüz) manat. Torpaq sahəsinin 2013 və 2025-ci illər üzrə illik orta icarə dəyəri 15600,0 (on beş min altı yüz) manat təşkil edir.
12. Şəmkir rayonu Çənlibel bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 09 №-li arayışından görünür ki, 110 kv-luq yüksək gərginlikli 2 dövrəli Zəyəm-Gədəbəy hava xəttinin 139 saylı və 140 saylı aralıq dayaqları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlqar Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Şəmkir rayonu Çənlibel bələdiyyə mülkiyyətində quraşdırılmışdır.
13. 30.07.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nə elektrik xəttinin sökülməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. "xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsindən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. III. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 169. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının ümumi müddəaları 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. 169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər.
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2008-ci il 3 noyabr tarixli, 7 saylı Qərarı
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2020ci il 24 aprel tarixli Qərarı
Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. ... Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.
IV. Məhkəmənin mövqeyi a) torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi ilə bağlı
19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
21. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halı ondan ibarətdir ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1,379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən 110 kvluq Gədəbəy-Zəyəm elektrik veriliş hava xətti sifarişçi “X4 Şəbəkə” MMC olmaqla podratçı təşkilat "xxxx" ASC tərəfindən 2013-cü ildə müqavilə əsasında inşa edilmişdir və ekspertizanın rəyinə əsasən həmin torpaq sahəsinin üzərindən 95 metr uzunluğunda 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçir.
22. Hazırda iddiaçı torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsini tələb edir.
23. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. Məhkəmə ilk öncə iddiaya cavab verməli olan şəxsi müəyyən etmək məqsədilə qeyd edir ki, X6 Təchizatı və Satışı İdarəsinin xx.xx.2025-ci il tarixli 1/1173 №-li məktubundan görünür ki, 110 kv-luq Gədəbəy-Zəyəm elektrik veriliş hava xətti sifarişçi "xxxx" ASC olmaqla podratçı təşkilat "xxxx" ASC tərəfindən 2013-cü ildə müqavilə əsasında inşa edilmişdir. Həmin xətt Gədəbəy rayonunun elektrik təchizatı ilə təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Qeyd edilən hava xətti dövlət əhəmiyyətli strateji obyekt olmaqla Gədəbəy rayonunun işıqlandırılması üçün nəzərdə tutulmuşdur. Həmin hava xəttinə "xxxx" ASC tərəfindən qulluq göstərilir. Lakin sözügedən elektrik verilişi hava xətti "xxxx" ASC-yə təhvil verilməmiş və "xxxx" ASC-nin balansında deyildir. "xxxx" ASCnin xx.xx.2025-ci il tarixli məktubundan isə görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsindən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. Hazırda iddiaçıya məxsus torpaq sahəsindən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmədiyindən, həmin hava xəttinə isə "xxxx" ASC tərəfindən qulluq göstərildiyindən, məhkəmə hesab edir ki, qeyd olunan elektrik verilişi xətti "xxxx" ASC-nin faktiki olaraq sahiblik və istifadəsindədir və həmin hava xəttinin "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur.
25. Məhkəmə elektrik xəttinin cavabdehin hesabına sökülməsi hissəsilə bağlı qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi qeyd olunan xətt Gədəbəy rayonunun elektrik təchizatı ilə təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Qeyd edilən hava xətti dövlət əhəmiyyətli strateji obyekt olmaqla Gədəbəy rayonunun işıqlandırılması üçün nəzərdə tutulmuşdur.
26. Bundan əlavə, Mülki Məcəllənin 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.
27. Göründüyü kimi maddənin məzmununa əsasən yerüstü elektrik xətlərinin çəkilməsi vətəndaşın torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Yəni qeyd olunan elektrik xəttinin çəkilməsi iddiaçının torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün olmadığından və ya hədsiz yüksək məsrəflər hesabına mümkün olduğundan, həmin elektrik xətti haqlı olaraq iddiaçının torpaq sahəsinin istifadə edilməklə çəkilmişdir. Buna görə də məhkəmə elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə iddiaçının tələbini əsaslı hesab etmir.
b) torpaq sahəsində inşa edilmiş 110 kv–luq yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi mümkün olmadıqda torpaq sahəsinin dəyəri, icarə haqqı olaraq əldən çıxmış fayda və maddi mənəvi zərərə görə pul tələbi ilə bağlı
28. Məhkəmə iddia tələbinin ikinci hissəsilə bağlı qeyd edir ki, hazırki iş üzrə yuxarıda da qeyd edildiyi kimi elektrik xəttinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi mümkün olmadığından, torpaq sahəsinin dəyəri, icarə haqqı olaraq əldən çıxmış fayda və maddi mənəvi zərərə görə pulun tutulması barədə tələbə qiymət vermək lazımdır.
29. Hazırki iş üzrə iddia tələbinin əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.3-cü maddəsi təşkil edir. Belə ki, qanunvericiliyə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın (bax &15).
30. Göründüyü kimi hazırda iddiaçıya məxsus torpaq sahəsi üzərindən 95 metr uzunluğunda 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçir və həmin xətt çəkilərkən mülkiyyətçi olaraq iddiaçının razılığı alınmamış, həm də iddiaçıya zərər qismində heç bir əvəz ödənilməmişdir. Cavabdehin nümayəndəsi həmin xəttin çəkilməsi zamanı iddiaçının özününü etiraz bildirməli olduğunu qeyd etsə də, məhkəmə cavabdehin nümayəndəsinin qeyd olunan dəlili ilə razılaşmır və hesab edir ki, həmin xətlər çəkilərkən üzərindən elektrik xətti keçən sahə müəyyən olunaraq torpaq sahəsinin mülkiyyətçisinin razılığı alınmalı və mülkiyyətçiyə dəyən zərərin əvəzi qabaqcadan tam ödənilməli idi. Hazırki halda mülkiyyətçiyə dəyən zərərin əvəzi qabaqcadan tam ödənilməlidiyi üçün iddiaçının Mülki Məcəllənin 169.3-cü maddəsinə əsasən həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsinin tam əvəzi ödənilməklə ondan ayrılması barədə iddia qaldırmaq hüququ yaranır.
31. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-234/25 №-li “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabından görünür ki, Şəmkir rayonu Çənlibel kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,379954 ha torpaq sahəsinin 2025-ci ilə orta bazar dəyəri: 40000.0 (qırx min) manat təşkil edir.
32. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesaba əsasən Şəmkir rayonu Çənlibel kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,379954 ha torpaq sahəsinin üzərindən elektrik xətti keçdiyindən və həmin sahənin 2025-ci ilə orta bazar dəyəri 40000 manat təşkil etdiyindən, həmin torpaq sahəsinin əvəzi olaraq 40000 manat məbləğində pul cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ödənilməklə həmin torpaq sahəsi cavabdeh "xxxx" ASC-nin xeyrinə İddiaçı ayrılmalıdır.
33. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən elektrik xəttinin çəkildiyi 2013-cü il tarixdən 2025-ci il tarixədək, elektrik xəttinin keçməsi səbəbilə torpaq sahəsindən istifadə edilməsi, yəni əkin-biçin işləri və s. aparılması mümkün olmadığından, həmin illər üzrə əldən çıxmış fayda da cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
34. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-234/25 №-li “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabından görünür ki, Şəmkir rayonu Çənlibel kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,379954 ha torpaq sahəsinin icarə dəyəri, 2025-cl il tarixinə - 1500,0 (bir min beş yüz) manat, 2024-cü il tarixinə - 1450,0 (bir min dörd yüz əlli) manat, 2023-cü il tarixinə - 1400,0 (bir min dörd yüz) manat, 2022-ci il tarixinə - 1350,0 (bir min üç yüz əlli) manat, 2021-ci il tarixinə - 1300,0 (bir min üç yüz) manat, 2020-ci il tarixinə - 1250,0 (bir min iki yüz əlli) manat, 2019cu il tarixinə - 1200,0 (bir min iki yüz) manat, 2018-ci il tarixinə - 1150,0 (bir min bir yüz əlli) manat, 2017-ci il tarixinə - 1100,0 (bir min bir yüz) manat, 2016-cı il tarixinə - 1050,0 (bir min əlli) manat, 2015-ci il tarixinə - 1000,0 (bir min) manat, 2014-cü il tarixinə - 950,0 (doqquz yüz əlli) manat, 2013-cü il tarixinə - 900,0 (doqquz yüz) manat. Torpaq sahəsinin 2013 və 2025-ci illər üzrə illik orta icarə dəyəri 15600,0 (on beş min altı yüz) manat təşkil edir.
35. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən torpaq sahəsinin 2013 və 2025-ci illər üzrə illik orta icarə dəyəri olaraq 15600 manat məbləğində əldən çıxmış fayda olaraq pul tutularaq İddiaçı ödənilməlidir.
36. Məhkəmə mənəvi zərərə görə 5000 manat pulun tutulması tələbilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır (bax &16).
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2020-ci il 24 aprel tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə görə mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir (bax &17)
38. Göründüyü kimi iddiaçı mənəvi zərər hissəsində tələbini əsaslandıra və bununla bağlı mötəbər sübutlarını, yəni mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. c) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı eləcə də 275 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli mədaxil qəbzləri ilə 276,2 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 256,80 manat pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 18,20 manat hissəsi İddiaçı özünə aid edilməlidir.
44. Bundan əlavə, iş materiallarından görünür ki, iş üzrə ekspertiza rəyinin alınması üçün iddiaçı tərəfindən 800 manat məbləğində pul "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, 800 manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Şəmkir rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, MH seriyalı ******* №-li Çıxarışla İddiaçı məxsus Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1,379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzi olaraq 40000 manat məbləğində pul cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ödənilməklə həmin torpaq sahəsi cavabdeh "xxxx" ASC-nin xeyrinə İddiaçı ayrılmalı, cavabdeh "xxxx" ASC tərəfindən 15600 manat məbləğində əldən çıxmış fayda olaraq pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
46. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Şəmkir rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********00 reyestr nömrəli, MH seriyalı ******* №-li Çıxarışla İddiaçı məxsus Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1,379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzi olaraq 40000 (qırx min) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ödənilməklə həmin torpaq sahəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı ayrılsın. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 15600 (on beş min altı yüz) manat məbləğində əldən çıxmış fayda olaraq pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi olaraq 256,80 (iki yüz əlli altı manat səksən qəpik) manat və ekspertiza rəyinin alınması üçün 800 (səkkiz yüz) manat olmaqla, cəmi 1056,80 (bir min əlli altı manat səksən qəpik) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 18,20 (on səkkiz manat iyirmi qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli