Məhkəmə qərarları › İş №e-2-2(115)-1748/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1748/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1748/2022 12.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 qarşı pul tələbinə dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 xx.xx.2014-cü il tarixli 304-14B-PK saylı müqavilə üzrə 4859.60 manat əsas, 886 manat faiz borcu olmaqla cəmi 5745.60 manatın, xx.xx.2015-ci il tarixli, 033-15B saylı kredit müqaviləsi üzrə 3202.58 ABŞ dolları əsas, 790 ABŞ dolları faiz, 920 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 4912.58 ABŞ dollarının, xx.xx.2011-ci il tarixli, 728B saylı kredit müqaviləsi üzrə isə 717.19 manat əsas, 1293 manat faiz, 190 manat dəbbə pulu olmaqla cəmi 2200.19 manatın, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı kredit müqaviləsi 10433.09 manat əsas, 3347 manat faiz, 2900 manat dəbbbə pulu olmaqla 16680.09 manatın, Cavabdeh5 xx.xx.2015-ci il tarixli, 091-15B-03 saylı kredit müqaviləsi üzrə 11930.18 manat əsas, 3926 manat faiz, 3400 manat dəbbə pulu borcu olmaqla 19256.18 manatın, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 091-15B-05 saylı kredit müqaviləsi üzrə 11 431.46 manat əsas, 3348 manat faiz, 3100 manat dəbbə pulu olmaqla cəmi 17879.46 manatın, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 091-15B-04 saylı kredit müqaviləsi üzrə 11 431.46 əsas, 3348 manat faiz, 3170 manat dəbbə pulu borcu olmaqla cəmi 17949.46 manatın, Cavabdeh6 xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3349 manat faiz, 3180 manat dəbbə pulu borcu olmaqla cəmi 17 960.46 manatın və Mediasiya üçün ödənilmiş 400 manatın mtutulması, kredit müqavilələri üzrə tələbin X1 özünə məxsus olan Bərdə şəhəri Nizmi küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin 100 000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, qeyriyaşayış sahəsinin məcburi boşaldılamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır ... qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İddia ərizəsindən görünür ki, hazırki mübahisə tərəflər arasında bağlanmış xx.xx.2014cü, xx.xx.2015-ci xx.xx.2015 və xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 24 aprel 2014-cü il tarixli 304-14B-PK saylı kredit müqaviləsinin 2.6-cı bəndindən görünür ki, kredit borcalana istehlak tələblərinin ödənilməsi məqsədilə verilmişdir. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, hazırki mübahisə üzrə tərəflər sahibkarlıq fəaliyyəti subyektləri olsalar da, tərəflər arasındakı hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Belə ki, Cavabdeh4 krediti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil, istehlak tələblərinin ödənilməsi məqsədilə götürmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə Ümumi Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 4-cü bəndinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 qarşı pul tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar