Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1752/2021 19.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019-cu il tarixdə 03/0050/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC məxsus “SHACMAN SX3255DR354” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən yaranmış 18786 manat 20 qəpik əsas borc, 7513 manat 44 qəpik mükafat borcu, gecikdirilmiş 355 manat 46 qəpik cərimə məbləği cəmi 26655 manat 10 qəpik lizinqi borcu məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Bu halda, iddianın qiyməti, həmçinin iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. İddiaçı ərizəsində iddianın qiymətini göstərməmiş, iddia tələbinin yalnız 26655 manat 10 qəpik lizinqi borcunun tutulması hissəsi üzrə dövlət rüsumu ödəyərək, yük avtomobilinin tələb edilməsi tələbi üzrə dövlət rüsumu ödəməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinə əlavə olunmuş iddianın təmin etmə tədbiri haqqında ərizə ilə bağlı iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ayrıca icraatda ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1752/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1752/2021
19.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver