Məhkəmə qərarları › İş №e-2-2(115)-1768/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1768/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1768/2024 30.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 006R********** saylı krеdit razılaşması üzrə 2552.14 manat məbləğində krеdit bоrcu, 148.31 manat məbləğində faiz bоrcu və 230.94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2931.39 manat; - 034R********** saylı krеdit razılaşması üzrə 18942.32 manat məbləğində krеdit bоrcu, 2094.61 manat məbləğində faiz bоrcu və 919.96 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21956.89 manat; ümumilikdə cəmi 24888.28 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 164.67 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən 2/5 hissəsi Cavabdeh3, 1/5 hissəsi Cavabdeh1 və 2/5 hissəsi Cavabdeh2 məxsus torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tam mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus ümumi sahəsi 395.9 kv.m. olan evin açıq hərracdan satılması, 24888.28 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 164.67 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Ruslan Məmmədov məhkəməyə elektron qaydada vəsatət göndərərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işin baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 164 manat 67 qəpik dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar