Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-178/2021 15.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədirliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndələri X5, X6 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə qarşı xammal, material, avadanlıq və pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsində olan 249242,85 (iki yüz qırx doqquz min iki yüz qırx iki manat səksən beş qəpik) manat dəyərində xammal, materiallar və 1 ədəd arka aparatının (avadanlığın), bu mümkün olmadıqda xammal və materialın, avadanlığın 7000 (yeddi min) manat tam dəyərinin, cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 3350 (üç min üç yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə, cavabdeh və digər şəxslər tərəfindən mülkiyyətindən sərbəst istifadəsinə yaratdığı maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar İddiaçı əvvəllər bacısı X1 və hazırda isə özünə məxsus Gəncə şəhəri, M.Şeyxzamanov küçəsi, ev 10A ünvanında illərdir ki, sahibkarlıq fəaliyyəti göstərir. Qanunla müəyyən edilmiş qaydada vergi və digər icbari ödənişlərini vaxtlı vaxtında ödəmiş və hesabatlarını vermişdir. Həmin tavandakı yerləşən qeyri yaşayış sahəsinin bir hissəsində həm də cavabdeh fəaliyyət göstərir. Fəaliyyəti plastik ayna-qapı istehsalı və onun aksessuarlarının satışını həyata keçirməkdir. Cavabdeh MMC-nin rəhbərliyi zor tətbiq edərək onu hazırda mülkiyyətində olan və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektinə buraxmırlar. Ona şər və böhtan atacağı ilə hədələyirlər. İddiaçı ora gedən zaman onu təhqir edirlər ki, o, onlara hər hansı bir fiziki zor tətbiq etsin və onun barəsində hüquq mühafizə orqanlarına şikayət etsinlər. Bundan başqa həmin obyektdə hazırda 249242,85 manat (iki yüz qırx doqquz min iki yüz qırx iki manat 85 qəpik) dəyərində istehsalda istifadə üçün xammal və onun aksesuarları, istehsalda istifadə etdiyi cihaz (arka avadanlığı), obyektdə quraşdırdığı müşahidə kameralari mövcuddur. Cavabdehin rəhbərliyinin iddiaçını öz obyektinə buraxmaması, özünün isə sərbəst şəkildə həmin obyektdə hərəkəti iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə maneədir. Belə olan halda cavabdeh və digər şəxslər ona məxsus malları, avadanlıqları və sairə məhsulları dağıtmaq ehtimalı vardır. Belə olan halda ünvan 2 ünvanında yerləşən obyektdə yerləşən iddiaçıya və cavabdebə məxsus mallar məhkəmə qaydasında müəyyən edilməli və bölünməlidir. 02.12.2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək hazırkı iddia ərizəsində qeyd edilən tələbi yerinə yetirilməsi tələb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədiyini bildirdi. Cavabdehin nümayəndəsi X12 izahat verərək iddia tələbinin əsassız olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır, belə ki, ünvan 3 ünvanda həmçinin Cavabdeh MMC də fəaliyyət göstərir, iddiaçı isə həmin ünvanda fəaliyyət göstərməmiş, vergi orqanlarının məlumatına əsasən mal qalığı 2016 və 2019-cu illərdə sıfır göstərilmişdir, iddiaçının tələb etdiyi mallar həmin ünvanda deyildir. Binada olan əmlaklar cavabdehə məxsusdur. 15 iyul 2021-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində X7 ifadə verərək bildirmişdir ki, 2016-cı həmin yerdə fəhlə işləyir, gələn malların boşaldılmasını həyata keçirir, orada Cavabdeh MMC-nin mallarını yükləmişlər, İddiaçı həmin obyektə həftədə bir-iki dəfə gəlib-getdiyini görmüşdür. Onu Cavabdeh MMC-nin müdiriyyətinin qohumu kimi tanımışdır. 15 iyul 2021-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində ifadə verən X11 ifadə verərək bildirmişdir ki, 2016-cı ildən həmin obyektdə, yəni Cavabdeh MMC-də fəhlə işləyir, həmin obyektə dair malları maşından boşaltmışlar, İddiaçı həmin obyektə həftədə bir dəfə gəlib-getdiyini görmüşdür. Onu Cavabdeh MMC-nin müdirinin qohumu kimi tanımışdır. 15 iyul 2021-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində X9 ifadə verərək bildirmişdir ki, 2016-cı ildən həmin obyektdə gözətçi işləyir, iddiaçının həmin obyektə ayda bir-iki dəfə gəlib-getdiyini görmüş, ancaq həmin obyektdə iddiaçının fəaliyyəti barədə heç bir məlumatı yoxdur, iddiaçını işlədiyi obyektin sahibinin kürəkəni kimi tanıyır. İş materiallarında olan: Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh MMC hüquqi şəxsin payları hər birinə 100 pay olmaqla X3 və Əmirov Arzu azər oğluna məxsusdur. Sadələşmiş vergi bəyənnaməsinin surətindən görünür ki, İddiaçı sadələşdirilmiş vergi ödəyicisidir və hər rübə uyğun vergi ödənişlərini etmişdir. 23.09.2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, M.Şeyxzamanov 10 a ünvanda yerləşən əmlak icarədar X2 tərəfindən icarəçi İddiaçı icarəyə verilmişdir. 01 mart 2016-cı il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC alıcı İddiaçı müqavilədə göstərilən məbləğdə plastik profilləri, boruları, lambirləri, PVC profilləri və PVC aksessuarları satmağı, alıcı isə müəyyənləşmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. 01 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında malların alğı-satqısı barədə razılaşma olmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 1206.6 kv.m olan əmlak kompleksinin 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. 02.12.2020-ci il tarixli “mal qalığı və ünvan barədə” vergi orqanın məlumatından görünür ki, İddiaçı 01.01.2020-05.11.2020-ci il dövrü ərzində elektron qaimə-faktura ilə 65475,6 manat dəyərində mal alınmış, 2020-ci ilin 1-ci,2-ci,3-cü rüblərində ümumilikdə 10 500 manat məbləğində dövriyyə bəyan edilmiş, faktiki fəaliyyət ünvanı kimi Gəncə şəhəri, M.Şeyxzamanov 10 a qeyd edilmişdir. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX 001396 seriya və nömrəli aktın surətindən görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 02.02.2021-ci il tarixdə saat 11:00-da Gəncə şəhəri, M.Şeyxzamanov 10A ünvanda yerləşən və Cavabdeh MMC-yə məxsus olan anbarda keçirilən OVN zamanı obyektdə alış dəyəri ilə 156 175,50 manat dəyərində malların olması, 151588,78 manat dəyərində olan hissəsinin alış sənədlərinin olması, 4586,72 manat dəyərində olan hissəsinin isə heç bir sənədinin olmaması aşkar olunmuşdur. Həmçinin iş üzrə iddianın təmin tədbiri barədə qərardadın icrası üzrə tərtib edilmiş akta obyektə müxtəlif adda materialların mövcud olması qeyd edilmişdir. 05 aprel 2021-ci il tarixli “mal qalığı barədə” vergi orqanın məlumatından görünür ki, İddiaçı 31.12.2019-cu il vəziyyətinə 182 481,64 manat dəyərində ehtiyat göstərilmiş, 01.01.2020-05.11.2020-ci il dövrü ərzində elektron qaimə-faktura ilə ƏDV ilə birlikdə 77647,23 manat dəyərində mal alınmış, 2020-ci il ərzində sair ehtiyatlar üzrə ümumilikdə 12 978 manat məbləğində dövriyyə bəyan edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı fərdi sahibkar olaraq 05.10.2016-cı il tarixdən Gəncə şəhəri, M.Şeyxzamanov küçəsi, ev 10a ünvanında sahibkarlıq fəaliyyəti göstərmiş, qanunamüvafiq qaydada həmin ünvanda nəzarət kassa aparatı qeydiyyata alınmışdır. Habelə, sahibkar kimi həmin ünvanda fəaliyyət göstərərk ayrı-ayrı hüquqi şəxslər olan "xxxx" MMC və "xxxx" MMC ilə müxtəlif alqı-satqı müqavilələri bağlamışdır. İş üzrə məhkəmə baxışı zamanı məlum olmuşdur ki, mübahisənin vəziyyəti iddiaçının tələb etdiyi əmlakların qeyd edilən ünvanda olmaması ilə bağlı deyil, həmin əmlakların iddiaçıya məxsus olmaması barədə cavabdehin mövqeyi ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, sahibkarlıq subyektinin bu və ya digər dərəcədə iqtisadi vəziyyəti olmalıdır. Əmlak anlayışı da hər bir sahibkarın iqtisadi varlıq vəziyyətini ifadə edir. Göründüyü kimi İddiaçı fərdi sahibkardır. Ümumui sahəsi 1206.6 kv.m olan qeyri yaşayış sahəsinin yarı hissəsinin mülkiyyətçisidir. Vergi orqanına bəyan edilmiş dövriyyəsi və vergi orqanının müəyyən etdiyi mal qalığı vardır. Habelə, onun sahibkar kimi fəaliyyət göstərdiyi ünvanın Gəncə şəhəri, M.Şeyxzamanov küçəsi, ev 10a olması faktı vergi orqanının rəsmi məlumatında da öz əksini tapmışdır. Bütün bunlar iddiaçının həmin ünvanda əmlaka sahib olmasının təzahürüdür. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən elektron qaimə fakturalar və digər sənədlərə dair onu qeyd edir ki, hər iki sahibkarlıq subyekti eyni növdən olan fəaliyyət üzrə eyni ünvanda fəaliyyət göstərdiyindən həmin ünvanda Cavabdeh MMCyə məxsus əmlakların olması halı mümkündür, lakin işin bu halı iddiaçının da orada əmlaka sahib olmasını istisna etmir. İddiaçı İddiaçı yarı hissəsinin mülkiyyətçisi olduğu daşınmaz əmlakdan və oradakı əşyalarındandan istifadə hüququnun məhdudlaşdırılması qanunla yolverilməz sayılır. Həmçinin, şahid ifadələrindən göründüyü kimi İddiaçı 2016-cı ildən etibarən mütəmadi olaraq həmin obyektə gəlib-getmişdir. Onun həmin obyektə 2016-cı ildən etibarən mütəmadi olaraq gəlib-getməsi Cavabdeh MMC-nin rəhbərliyi ilə olan qohumluq münasibətlərindən daha çox, onun orada işlər görmək, görülən işin nəticələrindən irəli gələn səmərələrə nail olmaq kimi maddi maraqlarından irəli gəlmiş olması daha inandırıcı təsir yaratmış olur. Bu məlumatlar İddiaçı sahibkarlıq fəaliyyətində olduğu müddət ilə üs-üstə düşür. Onun başqa ünvanda fəaliyyət göstərməsi barədə sübutlar təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan 249242,85 (iki yüz qırx doqquz min iki yüz qırx iki manat səksən beş qəpik) manat dəyərində xammal, materiallar və 7000 (yeddi min) manat dəyərində 1 ədəd arka aparatı (avadanlıq), bu mümkün olmadıqda isə xammal və materialın, avadanlığın dəyəri Cavabdehndən alınaraq İddiaçı ödənilməli, cavabdeh tərəfindən iddiaçının mülkiyyətdən istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. İddia tələbinin digər şəxslər tərəfindən mülkiyyətdən sərbəst istifadəsinə yaratdığı maneənin aradan qaldırılması hissəsi cavabdehə qarşı yönəlmədiyindən təmin olunmamalıdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Axverdiyev Azərbaycana qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. İddia tələbinin vəkilə hüquqi xidmət üçün ödənilmiş 3350 manat hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki, ödənişin məbləği “eManat” ödəniş portalından ödənilmiş ödəniş qəbzləri ilə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan 249242,85 (iki yüz qırx doqquz min iki yüz qırx iki manat səksən beş qəpik) manat dəyərində xammal, materiallar və 7000 (yeddi min) manat dəyərində 1 ədəd arka aparatı (avadanlıq), bu mümkün olmadıqda xammal və materialın, avadanlığın dəyəri, vəkilə ödənilmiş 3350 (üç min üç yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilsin və mülkiyyətdən istifadəyə maneə aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-178/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-178/2021
15.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver