Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1780/2025 26.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X2 xx.xx.2023cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsinə əsasən Kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə əsas borca görə 6185,17 (altı min yüz səksən beş manat 17 qəpik) manat, faiz borcuna görə 575,43 (beş yüz yetmiş beş manat, 43 qəpik) manat, cərimə borcuna görə 194,44 (yüz doxsan dörd manat, 44 qəpik) manat olmaqla, cəmi 6955,04 (altı min doqquz yüz əlli beş manat 04 qəpik) manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 90 manat məbləğində iddia ərizəsinin qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A - yeni qaydalarla - Gəncə şəhəri, Əkbər Babayev küçəsi 22 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m fərdi yaşayış evinə tərkib hissələri ilə birlikdə yönəldilməsi, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A - yeni qaydalarla - Gəncə şəhəri, Əkbər Babayev küçəsi 22 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m fərdi yaşayış evinin tərkib hissələri ilə birlikdə qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2023-cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsinə əsasən Kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə cəmi 6955,04 manat borcun və ödənilmiş cəmi 141 manat məbləğində rüsumların İddiaçı ASCyə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsinə əsasən Kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsinə əsasən Müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən bağlanacaq ayrıca razılaşmalar üzrə verilə biləcək Kreditin maksimal məbləği 100 000 (yüz min) manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 84 ayadək təşkiledir. xx.xx.2023-cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən illik 19 (on doqquz) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 21 000 (iyirmi bir min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh1 və X4 ilə xx.xx.2023cü il tarixli GNOE-211 saylı Zaminlik müqavilələri bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” Bundan başqa xx.xx.2023-cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A - yeni qaydalarla - Gəncə şəhəri, Əkbər Babayev küçəsi 22 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m fərdi yaşayış evi tərkib hissələri ilə birlikdə İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcunun məbləği əsas borca görə 6185,17 (altı min yüz səksən beş manat 17 qəpik) manat, faiz borcuna görə 575,43 (beş yüz yetmiş beş manat, 43 qəpik) manat, cərimə borcuna görə 194,44 (yüz doxsan dörd manat, 44 qəpik) manat olmaqla, borcun cəmiməbləğində 6955,04 (altımin doqquz yüzəlli beş manat 04 qəpik) manat pul təşkiledir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOE-211 saylı Baş Kredit müqaviləsinə əsasən, “Borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Kreditor bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər.
3. İddiaçının nümyaəndəsi X1 xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün Mərkəzi Ekspertizası Bürosuna xidmət haqqı olaraq 370 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini və həmin məbləğin – 370 manat pulun cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması məsələsini mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
4. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək, baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
II. Sübutların tədqiqi
7. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNOE- 211 saylı baş kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh3 84 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla 100.000 manat məbləğində kredit limiti açılmışdır.
8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNOE- 211 saylı kreditin verilməsinə dair razılaşmadan görünür ki, ona 24 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla 21000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur.
9. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, 21000 manat məbləğində pul Cavabdeh3 tərəfindən bankın kassasında təhvil alınmışdır.
10. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNOE- 211 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2025-ci il olmaqla 21000 manat kredit məbləği və 4405,80 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
11. 21 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, GNOE-211 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 6185,17 manat əsas, 575,43 manat faiz, 194,44 manat cərimə borcu olmaqla, cəmi 6955,04 manat borcu vardır.
12. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 01 iyun 2023-cü il tarixli GNOE- 211 saylı zaminlik müqaviləsindən görünür ki, Bu Müqavilənin predmeti 703065 nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə xx.xx.2023 tarixli Kredit verilməsinə dair Əsas şərtlər"- Razılaşma GNOE-211, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq bütün Razılaşmalara (bundan sonra - Kredit müqaviləsi) əsasən bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. (1.1). Bu Zaminlik müqaviləsi üzrə zaminliklə təmin edilən öhdəlik 100000 manat təşkil edən kredit müqaviələsi (2.1.1). 84 (iyirmi dörd ) ay təşkil edən kreditin qaytarılma müddəti (2.1.2), Kredit üzrə illik 30 (on səkkiz) faizlə hesablanacaq məbləğ (2.1.3).
13. X5 ilə "xxxx" ASC arasında bağlanmış 01 iyun 2023-cü il tarixli GNOE-211 saylı zaminlik müqaviləsindən görünür ki, Bu Müqavilənin predmeti 703065 nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə xx.xx.2023 tarixli Kredit verilməsinə dair Əsas şərtlər"- Razılaşma GNOE-211, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq bütün Razılaşmalara (bundan sonra - Kredit müqaviləsi) əsasən bankdan kredit götürmüş Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. (1.1). Bu Zaminlik müqaviləsi üzrə zaminliklə təmin edilən öhdəlik 100000 manat təşkil edən kredit müqaviələsi (2.1.1). 84 (iyirmi dörd ) ay təşkil edən kreditin qaytarılma müddəti (2.1.2), Kredit üzrə illik 30 (on səkkiz) faizlə hesablanacaq məbləğ (2.1.3).
14. 01 may 2025-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya yaranmış borcun (xx.xx.2023-cü il tarixli, GNOE-211 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6185,17 manat, faiz borcuna görə 432,98 manat) dərhal ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
15. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A - yeni qaydalarla - Gəncə şəhəri, Əkbər Babayev küçəsi 22 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır.
16. 01 iyun 2023-cü il tarixli, GNOE-211 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüquq üzrə ona məxsusu olan və bu müqavilənin 2.1-ci maddəsində göstərilən əmlakı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNOE- 211 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən yaranmış öhdəliyin təminatı kimi ipotekaya verilir(1.1). İpoteka predmeti: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli xx.xx.2023-cü il tarixli Hüqquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A - yeni qaydalarla - Gəncə şəhəri, Əkbər Babayev küçəsi 22 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m fərdi yaşayış evi tərkib hissələri ilə birlikdə ipoteka predmeti kimi çıxış edir.
17. 07.06.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A (Yeni qaydalarla - ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, GNOE-211 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır.
18. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB/304-0925/25 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Əkbər Babayev küçəsi 22 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m fərdi yaşayış evinin tərkib hissələri ilə birlikdə bazar dəyəri 44600 manat, likvid dəyəri isə 37900 manat təşkil edir. III. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
20. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol
Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
24. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
25. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh3 01 may 2025-ci il tarixdə göndərilmişdir.
26. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
27. Belə olan halda, iddiaçının 01 may 2025-ci il tarixdə Cavabdeh3 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubda qeyd edilən xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 21 iyul 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
28. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
29. 21 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, GNOE-211 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 6185,17 manat əsas, 575,43 manat faiz, 194,44 manat cərimə borcu olmaqla, cəmi 6955,04 manat borcu vardır.
30. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 01 may 2025-ci il tarixli bildirişdə ifadə etmiş və əsas borcun 6185,17 manat, faiz borcunun isə 432,98 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə 01 may 2025-ci il tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış faiz borclarını tələb edə bilər.
31. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, GNOE-211 nömrəli kredit verilməsinə dair əsas şərtlər üzrə 6185,17 manat əsas borc, 432,98 manat faiz borcu müəyyən edilməlidir.
32. 01 may 2025-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2025-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmiş bildiriş qeydə alınmışdır.
33. Kredit müqaviləsi üzrə Cavabdeh3 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh1 oğlna məxsus Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A - yeni qaydalarla - Gəncə şəhəri, Əkbər Babayev küçəsi 22 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m fərdi yaşayış evinə tərkib hissələri ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
34. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
35. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
36. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB/304-0925/25 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Əkbər Babayev küçəsi 22 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m fərdi yaşayış evinin tərkib hissələri ilə birlikdə bazar dəyəri 44600 manat, likvid dəyəri isə 37900 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A (Yeni qaydalarla - ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m olan fərdi yaşayış evinə tərkib hissələri ilə birlikdə ilkin satış qiyməti 37900 manat müəyyən edilməlidir.
37. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Belə ki, məhkəmə tərəfindən onsuz da ümumilikdə 6812,59 manat borc məbləğinin tutulması qət olunmuşdur və ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulacaqdır.
38. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
c) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı eləcə də 90 manat dövlət rüsumunun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 370 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********3 nömrəli mədaxil qəbzi ilə 90 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
41. Həmçinin 26 dekabr 2025-ci il tarixli, MD261225-M4 nömrəli ödəniş tapşırığından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 370 manat pul ödənilmişdir.
42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88,15 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 370 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ASCyə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 1,85 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli GNOE-211 nömrəli Baş kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə 6185,17 manat əsas borc, 432,98 manat faiz borcu və 194,44 manat cərimə borcu olmaqla, cəmi 6812,59 manat məbləğində pul cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməli, tələb Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A (Yeni qaydalarla - ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m olan fərdi yaşayış evinə tərkib hissələri ilə birlikdə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 37900 manat müəyyən edilməli, İpoteka qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 6812,59 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə ödənilməli, satışdan qalan məbləğ isə Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir.
46. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli GNOE-211 nömrəli Baş kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə 6185,17 manat əsas borc, 432,98 manat faiz borcu və 194,44 manat cərimə borcu olmaqla, cəmi 6812,59 (altı min səkkiz yüz on iki manat əlli doqquz qəpik) manat məbləğində pul cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Gəncə şəhəri, Əkbər Babayev küçəsi ev 8A (Yeni qaydalarla - ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0168 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 52,3 kv.m olan fərdi yaşayış evinə tərkib hissələri ilə birlikdə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 37900 (otuz yeddi min doqquz yüz) manat müəyyən edilsin. İpoteka qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 6812,59 (altı min səkkiz yüz on iki manat əlli doqquz qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, satışdan qalan məbləğ isə Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88,15 (səksən səkkiz manat on beş qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum və iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 370 (üç yüz yetmiş) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumun qalan 1,85 (bir manat səksən beş qəpik) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli