Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-179/2024 26.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabde Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh 133993,99 (bir yüz otuz üç min doqquz yüz üç ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 10077, 08 (on min yetmiş yeddi ABŞ dolları səkkiz sent) ABŞ dolları, 126092,15 (bir yüz iyirmi altı min doxsan iki ABŞ dolları on beş sent) ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 17151,99 (on yeddi min yüz əlli birABŞ dolları doxsan doqquz sent) ABŞ dolları, 62078,54 (altmış iki min yetmiş səkkiz ABŞ dolları əlli dörd sent) ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 14124,99 (on dörd min yüz iyirmi dörd ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları, ümumilikdə 41354,06 (qırx bir min üç yüz əlli dörd ABŞ dolları altı sent) ABŞ dolları, mediasıya xərci əvəzi 410 manat iddiaçı“X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 aprel 2013-cü il tarixində "xxxx" QSC ilə Cavabdeh arasında 98444/01 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh 26 aprel 2016-cı il tarixinədək, 36 ay (otuz altı) müddətinə, illik 16% (on altı faiz) olmaqla 152.940.00 USD (bir yüz əlli iki min doqquz yüz qırx) ABŞ dolları məbləğində kredit ayrılmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-216/2015 saylı 23 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən cəmi 157431,45 (bir yüz əlli yeddimin dörd yüz otuz bir ABŞ dolları qırx beş sent) ABŞ dolları və 63.75 (altmış üç manat yetmiş beş qəpik) manat məbləğində tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin 23 fevral 2015-ci il tarixə əsas borc üzrə 133993.99 (bir yüz otuz üç min doqquz yüz doxsan üç ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 23 fevral 2015-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehlərə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 62078,54 (altmış iki min yetmiş səkkiz ABŞ dolları əlli dörd sent) ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 10077.08 (on min yetmiş yeddi ABŞ dolları səkkiz sent) ABŞ dolları, xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% (beş faiz) olmaqla, 17151,99 (on yeddi min yüz əlli bir ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları, xx.xx.2019-ci ildən xx.xx.2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% (beş faiz) olmaqla, 14124,99 (on dörd min yüz iyirmi dörd ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları təşkil edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən sonra cavabdeh tərəfindən 6000 ABŞ dolları ödəniş edilmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, məhkəmə qərarları, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7-ci maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarında olan 26 aprel 2013-cü il tarixli 98444/01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən illik 16%-lə 36 ay müddətinə 152940 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli 2(044)-216/2015 nömrəli qətnaməsi ilə iddia tələbinin iddia həcminin artırılmış hissəsində qismən təmin edilməsi Cavabdeh 133.993,99 (yüz otuz üç min doqquz yüz doxsan üç dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində əsas kredit borc, 23.037,46 (iyirmi üç min otuz yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 157.431,45 (yüz əlli yeddi min üç yüz yetmiş bir dollar qırx beş sent) ABŞ dolları, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata olan rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə 31 (otuz bir) manat ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 2.75 (iki manat yetmiş beş qəpik) manat və 30 (otuz) manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu, cəmi 63.75 (altmış üç manat yetmiş beş qəpik) manat tutularaq, “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb ipoteka predmeti olan və Cavabdeh mülkiyyətində olan və likvid dəyəri 220.000 (iki yüz iyirmi min) manat məbləğində (dəyərində) qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsində 0.03115 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 123.9 kv.m yaşayış, 114.6 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin mənzil açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılsın, satışdan əldə olunan vəsait tutularaq iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2015-ci il tarixli, 2(104)-1011/2015 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2015-ci il tarixli 2(102)-4407/2015 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2015-ci il tarixli, 2(104)-1011/2015 nömrəli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2016-cı il tarixli, 2(104)-151/2016 nömrəli qərardadı ilə iş üzrə icraat iddiaçı Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbi üzrə qəbul edilmiş yekun akt qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiasının, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı Cavabdeh qarşı işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi, əsas məbləğə hesablanmış faiz və cərimənin tutulması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2016-cı il tarixli, 2(103)-4111/2016 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2016-cı il tarixli 2(102)-5315/2016 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2016-cı il tarixli 2(103)-4111/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2018-ci il tarixli 2(104)-08/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2(102)-6850/2018 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2018-ci il tarixli 2(104)-08/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin 08 aprel 2015-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(044)-216/2015 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin 08 aprel 2015-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 08 aprel 2015-ci il tarixli icraata başlanılmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(044)- 216/2015 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi, bu müddət ərzində tələbi üzürsüz səbəbdən icra etmədiklərində, icranın məcburi qaydada icra ediləcəyi barədə borcluya bildiriş verilmişdir. İş materiallarında olan "xxxx" Hərrac Mərkəzi MMC-nin 21 dekabr 2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli bildirişindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(044)-216/2015 saylı icra sənədinə əsasən Gəncə şəhəri şəhəri, Nizami rayonu, Şirvan küçəsi, 0.03115 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evi açıq hərracda satılması üçün 07 yanvar 2019-cu il tarixində saat 11:00-da ünvan 1 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan "xxxx" Hərrac Mərkəzi MMC-nin 11 yanvar 2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(044)-216/2015 saylı icra sənədinə əsasən Gəncə şəhəri şəhəri, Nizami rayonu, Şirvan küçəsi, 0.03115 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evi açıq hərracda satılması üçün 28 yanvar 2019-cu il tarixində saat 11:00-da ünvan 1 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan "xxxx" Hərrac Mərkəzi MMC-nin 11 fevral 2019-cu il tarixli 08/02 saylı protokoldan görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri şəhəri, Nizami rayonu, Şirvan küçəsi, 0.03115 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evi 140250 manat olmaqla “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" QSC-tərəfindən əldə edilmişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri şəhəri, Nizami rayonu, Şirvan küçəsi, 0.03115 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evi borclunun yaxın qohumları tərəfindən boşaldılaraq boş vəziyyətdə tələbkar "xxxx" QSC-nin nümayəndəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qəranında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Gəncə Kommersiya Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 12 iyun 2024-cü il tarixli 9/2722 saylı rəyində göstərilmişdir ki, 133993,99 ABŞ dolları məbləğində əsas borcun ödənilmədiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsas borca münasibətdə illik 5 (beş) faizlə hesablanan faiz borcu 10086,77 ABŞ dolları, “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin başa çatdığı xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək 133993,99 ABŞ dolları məbləğində əsas borca münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 (beş) faizlə hesablanan faiz borcu 2214,62 ABŞ dolları, Cavabdeh xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək ödənilməmiş 126092,15 ABŞ dolları əsas borca münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 (beş) faizlə hesablanan faiz borcu 17162,54 ABŞ dolları, Cavabdeh xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilməmiş 62078,54 ABŞ dolları əsas borca münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 (beş) faizlə hesablanan faiz borcu 14105,62 ABŞ dolları müəyyən edilir. Tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 12 iyun 2024-cü il tarixli 9/2722 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilməmiş 62078,54 ABŞ dolları əsas borca münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 (beş) faizlə hesablanan faiz borcu 14105,62 ABŞ dolları məbləğində müəyyən olunduğundan, iddia tələbinin həmin hissəyə dair qalan hissəsi təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 133993,99 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 10077,08 ABŞ dolları, 126092,15 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 17151,99 ABŞ dolları, 62078,54 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 14105,62 ABŞ dolları olmaqla, ümumilikdə 41334,69 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində dəymiş ziyanın tutulması hissəsində əsaslıdır. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, lakin “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, "xxxx" ASC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 410 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 410 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 300,81 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərci cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 133993,99 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 10077,08 ABŞ dolları, 126092,15 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 17151,99 ABŞ dolları, 62078,54 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 14105,62 ABŞ dolları olmaqla, ümumilikdə 41334,69 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 410 manat mediasiya xərci tutularaq iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh 300,81 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 133993,99 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 10077,08 ABŞ dolları, 126092,15 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 17151,99 ABŞ dolları, 62078,54 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 14105,62 ABŞ dolları olmaqla, ümumilikdə 41334,69 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 410 manat mediasiya xərci tutularaq iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 300,81 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-179/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-179/2024
26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver