Məhkəmə qərarları › İş №e-2-2(115)-1819/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1819/2024

19.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1819/2024 19.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası” X3 cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsinə qarşı qeyri-yaşayış binasından çıxarılma və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5 iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, “Bərdə rayon Mərkəzi Xəstəxanası” X3 balansında olan, Bərdə şəhəri, Ü.Hacıbəyov 5 ünvanda yerləşən, 2 mərtəbəli köhnə Uşaq Poliklinikasının binasında müvəqqəti olaraq yerləşmiş Bərdə şəhər X4 adına 2 nömrəli uşaq musiqi məktəbinin həmin binadan çıxarılması və orada qanunsuz olaraq fəaliyyət göstərdiyi müddət ərzində istifadə edilmiş 429 manat 02 qəpik kommunal xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 İdarəsinin müraciəti və Bərdə Rayon İcra Hakimiyyətinin başçısının tövsiyəsi ilə Bərdə şəhər X2 adına 2 nömrəli uşaq musiqi məktəbi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X3 balansında olan Bərdə şəhəri, Üzeyir Hacıbəyov 5 ünvanda yerləşən 2 mərtəbəli köhnə Uşaq Poliklinikasının binasında muvəqqəti olaraq yerləşmişdir. Musiqi məktəbinin binada yerləşməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5nə müraciət edərək icazə almaları və ya binanın boşaldılmasını təmin etmələri barədə tərəflərindən dəfələrlə şifahi və yazılı olaraq X1 İdarəsinə və musiqi məktəbinə müraciət edilmişdir. Ancaq kifayət qədər müddət keçməsinə baxmayarq, müraciətləri ilə bağlı heç bir tədbir görülməmiş və onlara heç bir cavab verilməmiş, hətta musiqi məktəbi öz qanunsuz fəaliyyəti ilə müəssisələrinin elektrik enerjisindən istifadə edərək ona 429 manat 02 qəpik məbləğində maddi zərər vurmuşdur. Məhkəmə iddia ərizəsinə və işdə olan sənədlərə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş materiallarından görünür ki, iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Lakin iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verməmişdir. Həmçinin cavabdeh də məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1, 259.0.13, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası” X3 cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsinə qarşı qeyri-yaşayış binasından çıxarılma və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar