Məhkəmə qərarları › İş №e-2-2(115)-1836/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1836/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1836/2024 19.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, xx.xx.2023-cü il tarixli ERS-01- 2023-011 saylı daşınar əmlakın icarə müqaviləsi üzrə əsas borc 9200 manat, ƏDV borcu 1656 manat olmaqla cəmi 10856 manat qalıq borcun, əsas borcun indiyədək gecikdirilməsinə görə 9292 manat dəbbə pulunun, əsas borcu müqavilə ilə ödəməli olduğu müddətdən artıq özündə saxladığı və ödənişini gecikdirdiyi üçün 2024-cü ilin mart-avqust ayları aralığı üçün Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun əsas vəsaitə 3864 manat faizin, 250 manat vəkil hüquqi xidmət haqqının və 163 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli ERS-01-2023-011 saylı daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC icarəçi Cavabdeh MMC-ə müqavilə üzrə razılaşdırılmış texnika və avadanlıqların icarəsini həyata keçirtmişdir. İddiaçı MMC cavabdehə indiyədək ümumi dəyəri ƏDV daxil 16284 manat təşkil etməklə özünə məxsus 2 ədəd Electrical Scissors lift R4045 adlı texnikaları icarəyə vermişdir. Cavabdeh MMC texnikadan icarə əsasında istifadə qarşılığında indiyədək iddiaçıya bir dəfə xx.xx.2024-cü il tarixdə ƏDV daxil cəmi 5428 manat ödəniş etmişdir. Lakin cavabdehin iddiaçının texnikasından icarə əsasında istifadə etməsinə görə ona indiyədək ƏDV daxil cəmi 10856 manat borcu qalmaqda davam edir. Bu barədə ən son maliyyə məlumatları əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı son qalıq borcu təsdiq edir. Cavabdeh texnikanın həqiqətən də icarəyə verildiyi və onların dəyəri faktını iddiaçı ilə xx.xx.2024-cü il tarixli 3628 nömrəli üzləşmə aktı tərtib edərək, səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiqləmişdir. Həmin akta əsasən göstərilmiş xidmətin ümumi dəyərinin 16284 manat olması öz təsdiqini tapır. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli EBDY496316 seriyalı e-qaimə cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimə üzrə göstərilən rəqəmlər mübahisə edilmir, bu barədə heç vaxt düzəliş və ya dəqiqləşməyə dair geri dönüş etməmişdir. İddiaçı olan şirkət borcunu ödəməsi barədə cavabdehə elektron məhkəmə kabineti vasitəsi ilə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərmiş, borcunu ödəməsi üçün 3 günlük möhlət verilmişdir. Pretenziyanın göndərilməsindən xeyli müddət keçməsinə baxmayaraq pretenziya məktubuna hazırki iddia ilə məhkəməyə müraciət edilən ana qədər cavabdehdən heç bir cavab və ya tələbin məhkəmədən kənar həllinə dair təklif gəlməmişdir. Cavabdeh tərəfindən bir neçə dəfə borcun ən qısa zamanda ödənilməsi şifahi olaraq telefonla bildirilmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizədə göstərilmişdir ki, əsas borc və ona hesablanmış ƏDV borcu cavabdeh tərəfindən tam ödənilmiş, lakin digər tələbləri üzrə ödənişlər edilməmişdir. Bunu nəzərə alaraq əsas borcun indiyədək gecikdirilməsinə görə 9292 manat dəbbə pulunun, əsas borcu müqavilə ilə ödəməli olduğu müddətdən artıq özündə saxladığı və ödənişini gecikdirdiyi üçün 2024-cü ilin mart-avqust ayları aralığı üçün Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun əsas vəsaitə 3864 manat faizin, 250 manat vəkil hüquqi xidmət haqqının və 163 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli ERS-01-2023-011 saylı daşınar əmlakın icarə müqaviləsindən görünür ki, icarəyəverən texniki göstəriciləri bu müqaviləyə edilmiş əlavədə müfəssəl qeyd olunan və icarəyə verilən zaman özünün qanuni istifadəsində olan və icarəyə verilməsinə hüququ olan avadanlığı bu icarə müqaviləsində göstərilən müddət və şərtlərə müvafiq olaraq icarəçiyə icarəyə verməyi və icarəçi isə öz növbəsində həmin avadanlıqları bu müqavilədə göstərilən tarixdən etibarən icarəyə verəndən icarəyə götürmək barədə razılığa gəlmişlər. Müqavilənin 2-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü avadanlığa görə hər bir təqvim ayı üçün icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 2-ci bəndinə əsasən icarəyəverən icarə haqqını bu müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə köçürülməməsinə görə icarəçi hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0.5% faizi həcmində dəbbə pulunun tələb edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 noyabr 2023-cü il tarixli daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İcarəyə verən İcarəçiyə özünə məxsus 2 ədəd Electrical Scissors lift R4045 adlı texnikaları icarəyə vermişdir. İcarə haqqı olaraq Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas borc olaraq 9200 manat, ƏDV borcu olaraq 1656 manat olmaqla cəmi 10856 manat borcu qalmışdır. Məhkəmə icraatı zamanı İcraəçi qeyd edilən 10856 manat borcu ödəmişdir. İddiaçı MMC əsas borcun gecikdirilməsinə görə 9292 manat dəbbə pulunun, əsas borcu müqavilə ilə ödəməli olduğu müddətdən artıq özündə saxladığı və ödənişini gecikdirdiyi üçün 2024-cü ilin mart-avqust ayları aralığı üçün Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun əsas vəsaitə 3864 manat faizin, 250 manat vəkil hüquqi xidmət haqqının və 163 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması icarəyə verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, icarəyə verən əmlakları icarəyə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin ƏDV daxil əsas borc məbləğini tamamilə ödədiyini, icarəyə verən qarşısında icarə haqqı olaraq icra edilməmiş pul öhdəliyinin olmamasını nəzərə alaraq hesab edir ki, 9292 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın faizin cavabdehdən tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. İddiaçı İcarəçinin İcarəyə verənə ödəməli olduğu borcu ödəməli olduğu müddətdən artıq özündə saxladığını, ödənişini gecikdirdiyini bildirməklə faiz ödənilməsini xahiş etsə də İcarəçinin əsas borcu ödəməli olduğu müddətdən artıq özündə saxlamaqla ondan faydalandığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 163 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 250 manat məbləğində hüquqi yardımla bağlı olaraq vəkil xidməti haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 163 manat dövlət rüsumu və 250 manat hüquqi yardımla bağlı olaraq ödənilmiş vəkil xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ERS-01-2023-011 saylı daşınar əmlakların icarə müqaviləsinə əsasən 50 manat dəbbə pulu, 250 manat hüquqi yardıma görə ödənilmiş xidmət haqqı, 163 manat dövlət rüsumu olmaqla cəmi 463 (dörd yüz altmış üç) Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar