Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-184/2025 31.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 80756.29 manat əsas borc, ona hesablanmış 67.32 manat faiz borcu və 12.28 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 80835.89 (səksən min səkkiz yüz otuz beş manat 89 qəpik) manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 333.01 (üç yüz otuz üç manat 1 qəpik) manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 31 iyul 2023) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC iləCavabdeh1 MMC arasında bağlanmış 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsinə əsasən, Bank tərəfindən Borc alana 60 ay müddətinə 350000 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit litimi açılmışdır. Həmçinin, Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh3 və Cavabdeh2 ilə 2794-İZG/2 və 2794-İZG/3 nömrəli, 28 iyul 2023-cü il tarixli Zaminlik Müqaviləsi bağlanılmışdır. Sözügedən Əsas Kredit Müqaviləsinin 1.1.2-ci bəndinə əsasən “Əlavə Kredit Müqaviləsi” dedikdə Əsas Kredit Müqaviləsinin tərkib hissəsi olan və onun 2.1-ci bəndində müəyyən edilmiş müddət və məbləğ çərçivəsində bağlanılan hər hansı kredit müqaviləsi, kredit xətti müqaviləsi, overdraft müqaviləsi, qarantiya verilməsi şərtləri barədə saziş, akkreditivin açılması baradə saziş və digər müqavilələr nəzərdə tutulur. Habelə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsinin 7.2-ci bəndində Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddət və kredit limiti çərçivəsində Borc alana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla Borc alana verilən bütün Kreditlər üzrə öhdəliklər yuxarıda göstərilən əmlakın ipotekası və zaminliklərlə təmin edilməsi öz əksini tapmışdır. Bundan başqa, yenə Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh1 MMC və Cavabdeh3 arasında bağlanılmış 2794-İZG/1 nömrəli, 28 iyul 2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 31 iyul 2023) ipoteka ilə yüklü edilmişdir. Daha sonra, yuxarıda göstərilən Əsas Kredit Müqaviləsi daxilində Bankla Borc alan arasında bağlanmış2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən, Borc alana kənd təsərrüfatının genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 5 faiz ödəmək şərtilə, 90000 (doxsan min) manat məbləğində kredit verilmişdir. Borc alan kreditdən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə vaxtında və müəyyən edilmiş məbləğdə qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 74657.09 manat əsas borc, ona hesablanmış 516.40 manat faiz borcu və 108.04 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 75281.53 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 333.01 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca yönəldilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 74657.09 manat əsas borc, xx.xx.2024-cü il tarixindən sonra gecikdirilmiş vaxt üçün faiz borcunun illik 5% dərəcəsi ilə hesablanmaqla 516.40 manat faiz borcu və 108.04 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 75281.53 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 333.01 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca yönəldilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu dəfə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 74657.09 manat əsas borc, xx.xx.2024-cü il tarixindən sonra gecikdirilmiş vaxt üçün faiz borcunun illik 5% dərəcəsi ilə hesablanmaqla 2299.89 manat faiz borcu və 747.35 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 77704.33 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 333.01 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca yönəldilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, borcunu ödəmək niyyətindədir. Lakin hal-hazırda maddi cəhətdən çətinlikləri olduğundan ödəniş edə bilmir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: əsas kredit müqaviləsi, əlavə kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, ipoteka müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC iləCavabdeh1 MMC arasında bağlanmış 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsinə əsasən, Bank tərəfindən Borc alana 60 ay müddətinə 350000 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmışdır. 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən, Borc alana kənd təsərrüfatının genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 5 faiz ödəmək şərtilə, 90000 (doxsan min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarında olan kredit Müqaviləsinin təminatı kimi bankla Cavabdeh3 və Cavabdeh2 arasında bağlanılmış 2794-İZG/2 və 2794-İZG/3 nömrəli, 28 iyul 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zaminlər Cavabdeh3 və Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh1 74657.09 manat əsas borcunun olduğu təsdiq edilir. Eyni zamanda zaminlər Cavabdeh3 və Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin 747.35 manat cərimə məbləğinin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin müqavilə üzrə gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 2299.89 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 2299.89 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 28 iyul 2023-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinin poteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ipotekaqoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 230000 manat, likvid dəyəri 184000 manat təşkil etmişdi. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldillməli, mənzilin ilkin satış (likvid) qiyməti 184000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 323,12 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 9,89 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, 250 manat ekspertiza xərci cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 74657.09 manat əsas borc, xx.xx.2024-cü il tarixindən sonra gecikdirilmiş vaxt üçün faiz borcunun illik 5% dərəcəsi ilə hesablanmaqla 2299.89 manat faiz borcu və 747.35 manat cərimə olmaqla, cəmi 77704.33 manat məbləğində kredit borcu, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 323,12 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 184000 manat həddində müəyyən edilsin. İpoteka predmeti açıq hərraclar vasitəsilə satılsın. İpoteka predmeti satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 250 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Ödənilmiş 9,89 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-184/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-184/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver