Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1842/2025 14.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli GNOE-227 saylı kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə əsas kreditə görə 13080,66 manat, faiz borcuna görə 840,96 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 13921,62 manat məbləğində pulun və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması; tələbin Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, LZGCL2R45CX049396 şassi nömrəli, özüboşaldan tipli, ** MJ *** qeydiyyat nişanlı, Shacman yük markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2023-cü il tarixli GNOE-227 saylı kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə cəmi 13921,62 manat məbləğində borcun və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli GNOE-227 saylı kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOE-227 saylı Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrəKredit limitinin ayrılmasına dair Əsas şərtlər əsasında bağlanmış razılaşmaya əsasən Müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən bağlanacaq ayrıca razılaşmalar üzrə verilə biləcək Kreditin maksimal məbləği 100 000 (yüz min) manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 84 ayadək təşkiledir. Qeyd olunan razılaşmanın icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, LZGCL2R45CX049396 şassi nömrəli, özüboşaldan tipli, ** MJ *** qeydiyyat nişanlı, Shacman yük markalı nəqliyyat vasitəsi İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli GNOE-227ip saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli GNOE-227 saylı Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə Kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən illik 18 (on səkkiz) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 35 000 (otuz beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli GNOE-227 saylı Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə Kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023cü il tarixli razılaşma üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli GNOE-227 saylı Zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixli GNOE-227 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2xx.xx.2023-cü il tarixli GNOE- 227 saylı Kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcunun məbləği əsas borca görə 13080,66 manat, faiz borcuna görə 840,96 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmiməbləğində 13921,62 manat pul təşkiledir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOE-227 saylı kredit müqaviləsinə əsasən, “Borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Kreditor bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər. Müqaviləyə əsasən Bank borc alan bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsini və borc alanın müqavilə üzrə banka olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli GNOE-227 saylı Kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə əsas borca görə 13080,66 manat, faiz borcuna görə 840,96 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 13921,62 manat məbləğində pul tutulmalıdır, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli GNOE-227 saylı Kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ borclulardan tutulmalıdır.
3. 14 yanvar 2026-cı il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli GNOE-227 saylı kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə əsas kreditə görə 7280,66 manat, faiz borcuna görə 1786,52 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 9067,18 manat məbləğində pulun və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması; tələbin Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, LZGCL2R45CX049396 şassi nömrəli, özüboşaldan tipli, ** MJ *** qeydiyyat nişanlı, Shacman yük markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2023-cü il tarixli GNOE-227 saylı kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə cəmi 9067,18 manat məbləğində borcun və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli GNOE-227 saylı kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
4. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək, baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
II. Sübutların tədqiqi
7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOE- 227 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh2 84 ay müddətinə, illik faiz dərəcəsi 1.40% olmaqla 100.000 manat məbləğində kredit limiti açılmışdır.
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOE- 227 saylı kredit müqaviləsindən görünür ki, ona 24 ay müddətinə, illik faiz dərəcəsi 18% olmaqla 35000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur.
9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNOE- 227 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2025-ci il olmaqla 35000 manat kredit məbləği və 6936,30 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
10. 30 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, GNOE-227 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 13080,66 manat əsas, 840,96 manat faiz borcu olmaqla, cəmi 13921,62 manat borcu vardır.
11. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 14 noyabr 2023-cü il tarixli GNOE-227 saylı zaminlik müqaviləsindən görünür ki, Bu Müqavilənin predmeli 552975 nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə xx.xx.2023 tarixli Kredit verilməsinə dair Əsas şərtlər"- Razılaşma GNOE-227, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq bütün Razılaşmalara (bundan sonra - Kredit müqaviləsi) əsasən bankdan kredit götürmüş Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. (1.1). Bu Zaminlik müqaviləsi üzrə zaminliklə təmin edilən öhdəlik 35000 manat təşkil edən kredit müqaviələsi (2.1.1). 24 (iyirmi dörd ) ay təşkil edən kreditin qaytarılma müddəti (2.1.2), Kredit üzrə illik 18 (on səkkiz) faizlə hesablanacaq məbləğ (2.1.3).
12. 09 iyul 2025-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya yaranmış borcun (xx.xx.2023-cü il tarixli, GNOE-227 saylı kredit müqaviləsi üzrə əsas borca görə 13080,66 manat, faiz borcuna görə 736,32 manat, cəmi 13816,98 manat məbləğində pulun) 3 gün müddətində tam ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
13. 14 noyabr 2023-cü il tarixli, GNOE-227 ip saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüquq üzrə ona məxsusu olan və bu müqavilənin 2.1-ci maddəsində göstərilən əmlakı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOE- 227 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən yaranmış öhdəliyin təminatı kimi ipotekaya verilir(1.1). İpotekaya verilən əmlakın təsviri: Azərbaycan Respublikasının DİN BDYİ Qİİ-nin verdiyi Cavabdeh2 məxsus olan nəqliyyat vasitsinin BB492587 nömrəli, xx.xx.2023-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən qeydiyyat nişanı ** MJ ***, buraxılış ili 2012-ci il, özüboşaldan tipli, LZGC2R45CX09396 şassi nömrəli, ağ rəngli, 9726 sm3 mühərrik həcmli, Shacman Yük markalı nəqliyyat vasitəsi ipoteka predmeti kimi çıxış edir.
14. xx.xx.2023-cü il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, qeydiyyat nişanı ** MJ ***, buraxılış ili 2012-ci il, özüboşaldan tipli, LZGC2R45CX09396 şassi nömrəli, ağ rəngli, 9726 sm3 mühərrik həcmli, Shacman Yük markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2dur.
15. xx.xx.2023-cü il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, qeydiyyat nişanı ** MJ ***, buraxılış ili 2012-ci il, özüboşaldan tipli, LZGC2R45CX09396 şassi nömrəli, ağ rəngli, 9726 sm3 mühərrik həcmli, Shacman Yük markalı nəqliyyat vasitəsin xx.xx.2023-cü il tarixli ipoteka müqaviəsi əsasında yülkü edilmişdir.
16. xx.xx.2023-cü il tarixli, 149691 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus dövlət qeydiyyat nişanı ** MJ *** olan Shacman Yük markalı nəqliyyat vasitəsi 14 noyabr 2023-cü il tarixli, GNOE-227 ip saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsi Gəncə RQİvə TBŞ dövlət qeydiyyatına alınmışdır.
17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/N 86-816/2025 nömrəli rəyindən görünür ki, Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, LZGCL2R45CX049396 şassi nömrəli, özüboşaldan tipli, ** MJ *** qeydiyyat nişanlı, Shacman yük markalı nəqliyyat vasitəsinin bazar dəyəri 25000, likvid dəyəri 22500 manat təşkil edir.
III. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 743. Kredit müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri (hazırda qüvvədə olan redaksiyada) 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı (hazırda qüvvədə olan redaksiyada) 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 742. Borcun qaytarılması (hazırda qüvvədə olan redaksiyada) 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
20. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
IV. Məhkəmənin mövqeyi a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
23. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
24. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh2 09 iyul 2025-ci il tarixdə göndərilmişdir.
25. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
26. Belə olan halda, iddiaçının 09 iyul 2025-ci il tarixdə Cavabdeh2 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubda qeyd edilən xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 30 iyul 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
27. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
28. 14 yanvar 2026-cı il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizədən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli GNOE-227 saylı kredit verilməsinə dair Əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə 7280,66 manat əsas, 1786,52 manat faiz borcu vardır.
29. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 09 iyul 2025-ci il tarixli bildirişdə ifadə etmiş və əsas borcun 13080,66 manat, faiz borcunun isə 736,32 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə 09 iyul 2025-ci il tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış faiz borclarını tələb edə bilər.
30. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli GNOE-227 nömrəli kredit verilməsinə dair əsas şərtlər üzrə 7280,66 manat əsas borc, 736,32 manat faiz borcu müəyyən edilməlidir.
31. xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh2 borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2025-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin Gəncə şəhəri, 9 saylı rayonlararası qeydiyyat-imtahan texniki baxış şöbəsinə göndərilmiş bildiriş qeydə alınmışdır.
32. Kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, LZGCL2R45CX049396 şassi nömrəli, özüboşaldan tipli, ** MJ *** qeydiyyat nişanlı, Shacman yük markalı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
33. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
34. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
35. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/N 86-816/2025 nömrəli rəyindən görünür ki, Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, LZGCL2R45CX049396 şassi nömrəli, özüboşaldan tipli, ** MJ *** qeydiyyat nişanlı, Shacman yük markalı nəqliyyat vasitəsinin bazar dəyəri 25000, likvid dəyəri 22500 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 22500 manat müəyyən edilməlidir.
36. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Belə ki, məhkəmə tərəfindən onsuz da ümumilikdə 8016,98 manat borc məbləğinin tutulması qət olunmuşdur və ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulacaqdır.
37. Məhkəmə zaminə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
c) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı eləcə də 132 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 132 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,16 manat pul Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 31,84 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir.
43. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/N 86-816/2025 saylı məktubundan görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 250 manat təşkil edir.
44. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün 250 manat ekpertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOE-227 nömrəli kredit verilməsinə dair əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə 7280,66 manat əsas borc, 736,32 manat faiz borcu olmaqla, cəmi 8016,98 manat məbləğində pul cavabdеh Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, LZGCL2R45CX049396 şassi nömrəli, özüboşaldan tipli, 77-MJ- 516 qeydiyyat nişanlı, “Shacman” yük markalı nəqliyyat vasitəsinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 22500 manat müəyyən edilməli, ipoteka qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 8016,98 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, satışdan qalan məbləğ isə Cavabdeh2 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir.
46. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GNOE-227 nömrəli kredit verilməsinə dair əsas şərtlər əsasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma üzrə 7280,66 manat əsas borc, 736,32 manat faiz borcu olmaqla, cəmi 8016,98 (səkkiz min on altı manat doxsan səkkiz qəpik) manat məbləğində pul cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, LZGCL2R45CX049396 şassi nömrəli, özüboşaldan tipli, **-MJ-*** qeydiyyat nişanlı, “Shacman” yük markalı nəqliyyat vasitəsinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 22500 (iyirmi iki min beş yüz) manat müəyyən edilsin. İpoteka qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 8016,98 (səkkiz min on altı manat doxsan səkkiz qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, satışdan qalan məbləğ isə Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,16 (bir yüz manat on altı qəpik) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumun qalan 31,84 (otuz bir manat səksən dörd qəpik) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (VÖEN **********, AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli