Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1847/2024 25.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı paylı mülkiyyət hüququ üzrə kompensasiya verilməsi, bu mümkün olmadıqda isə açıq hərraca çıxarılaraq qeyri-yaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək bərаbər pаylı mülkiyyət hüququ üzrə ona və cаvаbdеhlərə məхsus оlаn Gəncə şəhəri Кəpəz rаyоnu 28 mаy küçəsi ünvаndа yеrləşən qеyri-yаşаyış sаhəsinin pаyınа əsаsən 30000 mаnаt məbləğdə коmpеnsаssiyаnın cаvаbdеhlərdən аlınıb ona vеrilməsi, bu mümкün оlmаdığı təqdirdə isə аçıq hərrаcа çıхаrılаrаq qеyri-yаşаyış sаhəsinin sаtılmаsı və əldə оlunаn gəlirin bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti 10000 manatdan çox olan iddialara iddia icraatı qaydasında baxılmalıdır. Lakin iddiaçı iddianı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında vermişdir. Eyni zamanda müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişdir. İddia tələbi 30000 manat dəyərində olduğundan 180 manat dövlət rüsumu ödənilməli olduğu halda, iddia ərizəsindən göründüyü kimi 101 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçıya izah olunur ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı paylı mülkiyyət hüququ üzrə kompensasiya verilməsi, bu mümkün olmadıqda isə açıq hərraca çıxarılaraq qeyri-yaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1847/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1847/2024
25.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver