Məhkəmə qərarları › İş №e-2-2(115)-1904/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1904/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1904/2021 05.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı cavabdeh “Tunay-Z.A Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Tunay-Z.A Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məhkəməyə müraciət edərək Cavabdeh MMC rəhbəri X1 ilə onun arasında 001 saylı. 07.02.2020-ei il tarixli bağlanmış müqavilə əsasında Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulan əmək haqqı 5000 (beş min) manatın, texnikanın aparılma xərcləri 550 (beş yüz əlli) manatın, texnikaya 2 ədəd akkumulyatorlarının götürülərək vurulmuş 500 (beş yüz) manat dəyərində maddi ziyanın və Cavabdeh MMC-nin öhdəlikləri pozaraq ona vaxt və vurduğu zərər nəticəsində yeni iş işləyə bilməyərək məhrum olduğum 5000 (beş min) manatın və tərəfiidən məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun - cəmi 11080 (on bir min 80) manatın Cavabdeh MMC-dən onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəyərək, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, iddia tələbinin 11080 manat pulun tutulması hissəsi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 1.00.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdeh “Tunay-Z.A Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Tunay-Z.A Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh MMC rəhbəri X1 ilə onun arasında 001 saylı. 07.02.2020-ei il tarixli bağlanmış müqavilə əsasında Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulan əmək haqqı 5000 (beş min) manatın, texnikanın aparılma xərcləri 550 (beş yüz əlli) manatın, texnikaya 2 ədəd akkumulyatorlarının götürülərək vurulmuş 500 (beş yüz) manat dəyərində maddi ziyanın və Cavabdeh MMC-nin öhdəlikləri pozaraq ona vaxt və vurduğu zərər nəticəsində yeni iş işləyə bilməyərək məhrum olduğum 5000 (beş min) manatın və tərəfiidən məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun - cəmi 11080 (on bir min 80) manatın Cavabdeh MMC-dən onun xeyrimə tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar