Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-192/2022 16.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və «X5 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmentlərinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC“ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və «X5 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh2 birgə qaydada: K3465 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,839,201.52 (dörd milyon səkkiz yüz otuz doqquz min iki yüz bir manat əlli iki qəpik) manat əsas borc, 190,107.50 (yüz doxsan min yüz yeddi manat, əlli qəpik) manat faiz borcu, 93,716.60 (doxsan üç min yeddi yüz on altı manat, altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,123,025.62 (beş milyon yüz iyirmi üç min iyirmi beş manat, altmış iki qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan aşağıdakı əmlaklara yönəldilməsi: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə; Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi; - ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; - ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin, ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsinin, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi; Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh3 MMC-də və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 2952 (iki min doqquz yüz əlli iki) manat dövlət rüsumunun, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 63 (altmış üç) manat dövlət rüsumu və 727 (yeddi yüz iyirmi yeddi) manat xidmət haqqınin cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər ‘‘X7 Kompleksi” MMC-dən və Cavabdeh2 birgə qaydada K3465 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4 839201,52 (dörd milyon səkkiz yüz otuz doqquz min iki yüz bir manat əlli iki qəpik) manat əsas borc, 242 532,19 (iki yüz qırx iki min beş yüz otuz iki manat on doqquz qəpik) manat faiz borcu, 139 922,93 (yüz otuz doqquz min doqquz yüz iyirmi iki manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 5 221 656,63 (beş milyon iki yüz iyirmi bir min altı yüz əlli altı manat altmış üç qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi,ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına yönəldilməsi, Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh3 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 2952 (iki min doqquz yüz əlli iki) manat dövlət rüsumunun, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 63 (altmış üç) manat dövlət rüsumu və 727 (yeddi yüz iyirmi yeddi) manat xidmət haqqınin cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər ‘‘X7 Kompleksi” MMC-dən və Cavabdeh2 birgə qaydada K3465 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,839,201.52 manat əsas borc, 339,316.21 manat faiz borcu, 248,634.40 manat cərimə borcu olmaqla, cəmi 5,427,152.13 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi,ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 924 000 manat, ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 895.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 915.000 manat, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 817.000 manat, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 976.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracda ilkin satış qiyməti 815.000 maat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına yönəldilməsi, Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh3 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 2952 (iki min doqquz yüz əlli iki) manat dövlət rüsumunun, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 63 (altmış üç) manat dövlət rüsumu və 727 (yeddi yüz iyirmi yeddi) manat xidmət haqqınin cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh3 MMC (bundan sonra “borcalan”) arasında xx.xx.2017-ci il tarixdə PBG2017/017 H saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu (bundan sonra müqavilə) imzalanmışdır. Eyni zamanda Müqavilə çərçivəsində tərəflər arasında xx.xx.2019-cu il tarixli K3465 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 5% olmaqla xx.xx.2024-cü il tarixədək 5 000 000 (beş milyon) manat məbləğində tranşlarla kredit verilmişdir. Bununla yanaşı İddiaçı ASC iləCavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli K3465 saylı maliyyələşdirmə üçün ərizə formasından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmişdir: - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İ3045 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2019-cu il tarixli (Reyestr nömrəsi: **********76-05301-083013) dövlət reyestrindən çıxarış verilmişdir; - ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İ3045 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2019-cu il tarixli (Reyestr nömrəsi: **********55- 06301-083001) dövlət reyestrindən çıxarış verilmişdir; Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İ3045 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2019-cu il tarixli (Reyestr nömrəsi: **********76-05301- 083006) dövlət reyestrindən çıxarış verilmişdir; ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsiİddiaçı ASCnin xeyrinə 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İ3045 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2019-cu il tarixli (Reyestr nömrəsi: **********76-05301-083019) dövlət reyestrindən çıxarış verilmişdir; ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsiİddiaçı ASC-nin xeyrinə 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İ3045 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2019-cu il tarixli (Reyestr nömrəsi: **********76- 05301-083020) dövlət reyestrindən çıxarış verilmişdir; Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İ3045 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2019-cu il tarixli (Reyestr nömrəsi: **********76-05301-083012) dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda Bank ilə Müştəri arasında bağlanmış K3465 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, Z3557 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixdə PBG2017/017 H saylı Bank Xidmətlərinin göstərilməsinə dair X4 əsasən kreditin ümidsiz kreditə çevrilmə riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank kredit müddətini vaxtından əvvəl geri tələb edə bilər. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 2952 (iki min doqquz yüz əlli iki) manat dövlət rüsumu, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 63 (altmış üç) manat dövlət rüsumu və 727 (yeddi yüz iyirmi yeddi) manat xidmət haqqı ödəmişdir. Beləliklə Cavabdeh3 MMC-nin 22 noyabr 2021-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - K3465 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,839,201.52 (dörd milyon səkkiz yüz otuz doqquz min iki yüz bir manat əlli iki qəpik) manat əsas borc, 190,107.50 (yüz doxsan min yüz yeddi manat, əlli qəpik) manat faiz borcu, 93,716.60 (doxsan üç min yeddi yüz on altı manat, altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,123,025.62 (beş milyon yüz iyirmi üç min iyirmi beş manat, altmış iki qəpik) manat təşkil edir, gecikmə günün sayı – 377. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2017-ci il tarixli PBG2017/017 H saylı “Bank xidmətlərini göstərilməsinə dair ümumi şərtlər toplusundan” görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış müqavilənin predmeti olaraq müştərinin müraciəti əsasında bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti, limitin ayrılması), ticarətin maliyyələşdirilməsi, plastik kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və s xidmətlərin göstərilməsidir. xx.xx.2019-cu il tarixli, K3465 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh3 MMC-yə illik faiz dərəcəsi 5% olmaqla xx.xx.2024-cü il tarixədək 5 000 000 (beş milyon) manat məbləğində tranşlarla kredit verilmişdir. 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdann surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipovteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 11 sentyabr 2019-cu il tarixli İ3045 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi PAŞA Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyriyaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli Z3557 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, əsas müqavilənin təminatı kimi xx.xx.2019-cu il tarixli, K3465 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, “X5 Kompleksi” MMC-nin xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli, K3465 saylı maliyyələşdirmə üçün ərizə "xxxx" ASC-yə olan borcu 4839 201.52 manat əsas borc, 242 532.19 manat faiz borcu, 139 922.93 manat cərimə borcu olmaqla, cəmi 5221 656.63 manat, gecikmə günü sayı-457 manat təşkil etmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 1150.000 manat, likvid dəyəri 990.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 1237.000 manat, likvid dəyəri 1050.000 manat, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 1030.000 manat, likvid dəyəri 873.000 manat, ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bazar dəyəri 118.000 manat, likvid dəyəri 997.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 990.000 manat, likvid dəyəri 850.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 1065.000 manat, likvid dəyəri 895.000 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında Bank xidmətlərinin göstərilməsinə dair razılaşma olmuş və bu razılaşmaya əsasən Bank tərəfindən kredit vəsaitləri ayrılmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kredit müqaviləsinin təminatı kimi cavabdehlərə məxsus daşınmaz əmlaklar "xxxx" ASCnin xeyrinə yüklü edilmişdir. Bundan başqa iddiaçı, cavabdehdən hər maliyyəşdirmə üzrə ərizəyə əsasən cərimənin tutulub onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla 200.000(iki yüz min) manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh2 müştərək qaydada K3465 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,839,201.52 (dörd milyon səkkiz yüz-otuz doqquz min iki yüz bir manat əlli iki qəpik) manat əsas borc, 339,316.21 (üç yüz otuz doqquz min üç yüz on altı manat iyirmi bir qəpik) manat faiz borcu, 200,000 (iki yüz min) manat cərimə borcu olmaqla, cəmi 5.378.517,73 (beş milyon üç yüz yetmiş səkkiz min beş yüz on yeddi manat yetmiş üç qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Tutma Cavabdeh1 mülkiyyətində olan likvid dəyəri 990.000 manat olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, likvid dəyəri 895.000 manat olan ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, likvid dəyəri 1.050.000 manat olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinə, likvid dəyəri 873,000 olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, likvid dəyəri 997.000 manat olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, likvid dəyəri 850.000 manat olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməli, qeyri-yaşayış sahələri açıq hərracda satılmalı və satışdan əldə olunmuş vəsait cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməlidir. Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməlidir. İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehləri İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh3 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 3504 (üç min beş yüz dörd) manat dövlət rüsumu, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 63 (altmış üç) manat dövlət rüsumu və 727 (yeddi yüz iyirmi yeddi) manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, cavabdehdən dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh2 müştərək qaydada K3465 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,839,201.52 (dörd milyon səkkiz yüz-otuz doqquz min iki yüz bir manat əlli iki qəpik) manat əsas borc, 339,316.21 (üç yüz otuz doqquz min üç yüz on altı manat iyirmi bir qəpik) manat faiz borcu, 200,000 (iki yüz min) manat cərimə borcu olmaqla, cəmi 5.378.517,73 (beş milyon üç yüz yetmiş səkkiz min beş yüz on yeddi manat yetmiş üç qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan likvid dəyəri 990.000 manat olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49a (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, likvid dəyəri 895.000 manat olan ünvan 2 1-ci mərtəbə qapı 1A, 2-ci mərtəbə qapı 1, zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, likvid dəyəri 1.050.000 manat olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, likvid dəyəri 873,000 olan ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinə, likvid dəyəri 997.000 manat olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, likvid dəyəri 850.000 manat olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 49A, 4-cü korpus (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, qeyri-yaşayış sahələri açıq hərracda satılsın və satışdan əldə olunmuş vəsait cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilsin. Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilsin. İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehləri İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh3 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 3504 (üç min beş yüz dörd) manat dövlət rüsumu, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 63 (altmış üç) manat dövlət rüsumu və 727 (yeddi yüz iyirmi yeddi) manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-192/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-192/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver