Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-194/2021 03.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi vergilər baş idarəsinin maraqlı şəxs Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi vergilər baş idarəsi məhkəməyə müraciət eedərək maraqlı şəxs Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə baxılması Şəki Kommersiya səlahiyyətinə aid olduğundan ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki maraqlı şəxs Cavabdeh qeydiyyat və yaşayış yeri Mingəçevir şəhəri, Xan Şuşinski küçəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin məcəllənini 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: Dövlət Vergi Xidməti 11 saylı Ərazi vergilər baş idarəsinin maraqlı şəxs Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsi (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-194/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-194/2021
03.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver