Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-197/2024 06.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC və Həsənov Nurlan Bayram oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC və Həsənov Nurlan Bayram oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DC00374643-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66808,81 manat əsas borc, 6653,37 manat faiz borcu, 1500,78 manat cərimə borcu olmaqla, cəmi 74962,96 manat, DC00374643-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15017,73 manat əsas borc, 1843,84 manat faiz borcu, 424,05 manat cərimə borcu olmaqla, cəmi 17285,62 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlər "xxxx" MMC və Həsənov Nurlan Bayram oğlundan birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC- 05402LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər Toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2021-ci il tarixli DC000374643-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 180,000 (bir yüz səksən min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2021-ci il tarixli DC000374643-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 32,416 (otuz iki min dörd yüz on altı) manat məbləğində əməliyyat xərclərinin ödənməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan "xxxx" MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Həsənov Nurlan Bayram oğlu arasında: - DC000374643-02 maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********26 saylı zaminlik müqaviləsi; - DC000374643-03 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********499 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 190 və 200 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Hazırda Borcalanın xx.xx.2023-cü il tarixə "xxxx" ASC qarşısında öhdəlikləri: DC00374643-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66808.81 manat əsas borc, 6653.37 manat faiz borcu, 1500.78 manat cərimə borcu olmaqla, cəmi 74962.96 manat təşkil edir, gecikmə günü: 200 gün, - DC00374643-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15017.73 manat əsas borc, 1843.84 manat faiz borcu, 424.05 manat cərimə borcu olmaqla, cəmi 17285.62 manat təşkil edir, gecikmə günü: 190 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı "xxxx" ASC mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun şərtlərinin qəbul edilməsi barədə razılaşma, maliyyələşdirmə üçün ərizələr, zaminlik müqavilələri, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2021-ci il tarixli OnGTC-05402LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşmadan görünür ki, borclu həmin razılıq ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, DC000374643-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 180,000 (bir yüz səksən min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, DG**********26 saylı nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun xx.xx.2021-ci il tarixli DC000374643-02 saylı maliyyələşdirmə üçün ərizəsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Həsənov Nurlan Bayram oğlu bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, DC000374643-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 32,416 (otuz iki min dörd yüz on altı) manat məbləğində əməliyyat xərclərinin ödənməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli DG**********499 saylı zaminlik müqaviləsindən görünür ki, borclunun xx.xx.2021-ci il tarixli DC000374643-03 saylı maliyyələşdirmə üçün ərizəsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Həsənov Nurlan Bayram oğlu bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixə DC00374643-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66808, 81 manat əsas borc, 6653,37 manat faiz borcu, 1500,78 manat cərimə borcu olmaqla, cəmi 74962,96 manat borcu, DC00374643- 03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 15017,73 manat əsas borc, 1843,84 manat faiz borcu, 424,05 manat cərimə borcu olmaqla, cəmi 17285,62 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin DC00374643-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66808, 81 manat əsas borc, 6653,37 manat faiz borcu, 1500,78 manat cərimə borcu olmaqla, cəmi 74962,96 manat borcu, DC00374643-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 15017,73 manat əsas borc, 1843,84 manat faiz borcu, 424,05 manat cərimə borcu olmaqla, cəmi 17285,62 manat borcu olduğu təsdiq edilir. Eyni zamanda zaminlik müqavilələri üzrə zamin Həsənov Nurlan Bayram oğlu borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi və Həsənov Nurlan Bayram oğlu ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödəmişdir. İddiaçı öz iddia ərizəsində 400 manat mediasiya xərcini tələb etdiyindən ödənilmiş 400 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 366,75 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, DC00374643-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66808,81 manat əsas borc, 6653,37 manat faiz borcu, 1500,78 manat cərimə borcu olmaqla, cəmi 74962,96 manat, DC00374643-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15017,73 manat əsas borc, 1843,84 manat faiz borcu, 424,05 manat cərimə borcu olmaqla, cəmi 17285,62 manat məbləğində borc olmaqla ümumilikdə 92248,58 manat məbləğində borc və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı cavabdehlər "xxxx" MMC və Həsənov Nurlan Bayram oğlundan müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, cavabdehlər "xxxx" MMC və Həsənov Nurlan Bayram oğlundan müştərək qaydada 366,75 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. DC00374643-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66808,81 manat əsas borc, 6653,37 manat faiz borcu, 1500,78 manat cərimə borcu olmaqla, cəmi 74962,96 manat, DC00374643-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15017,73 manat əsas borc, 1843,84 manat faiz borcu, 424,05 manat cərimə borcu olmaqla, cəmi 17285,62 manat məbləğində borc olmaqla ümumilikdə 92248,58 manat məbləğində borc və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı cavabdehlər "xxxx" MMC və Həsənov Nurlan Bayram oğlundan müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdehlər "xxxx" MMC və Həsənov Nurlan Bayram oğlundan müştərək qaydada 366,75 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-197/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-197/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver