Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2008/2022 11.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin nümayəndəsi X8, Cavabdeh6 nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil (o həm də Cavabdeh6 nümayəndəsi Nümayəndəsi və vəkilidir) iştirakları ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı kredit müqaviləsi 10433.09 manat əsas, 3347 manat faiz, 2900 manat dəbbə pulu olmaqla 16680,09 manatın, Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 091-15B-03 saylı kredit müqaviləsi üzrə 11930.18 manat əsas, 3926 manat faiz, 3400 manat dəbbə pulu olmaqla 19256,18 manatın, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 091-15B- 05 saylı kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3348 manat faiz, 3100 manat dəbbə pulu olmaqla cəmi 17879,46 manatın, Cavabdeh5 xx.xx.2015-ci il tarixli 091-15B-04 saylı kredit müqaviləsi üzrə 11431,46 əsas, 3348 manat faiz, 3170 manat dəbbə pulu olmaqla cəmi 17949,46 manatın, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3349 manat faiz, 3180 manat dəbbə pulu olmaqla cəmi 17960,46 manatın və mediasiya üçün ödənilmiş 400 manatın tutulması, kredit müqavilələri üzrə tələbin X1 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli Qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin 100000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, qeyri-yaşayış sahəsinin məcburi boşaldılaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında müvafiq olaraq kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin təmini tədbiri qismində X4 ilə xx.xx.2015-ci il tarixli 091-15B saylı İpoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X4 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində mülkiyyətdə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli Qeyri yaşayış binasını (mağaza) (MH seriyalı, ******* saylı, **********40-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009 qeydiyyat tarixli Çıxarış) ipoteka ilə yüklü etmişdir. İddiaçı BOKT ASC ilə cavabdehlər arasında bağlanan kredit müqavilələrinin 2.6-cı bəndinə əsasən kredit heyvandarlığın inkişafı məqsədi ilə verilmişdir. Yəni cavabdehlərin kommersiya fəaliyyəti ilə, sahibkarlıq fəaliyyəti ilə bağlı olan kreditlərdir. Belə ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015-ci il tarixli, 091- 15B-01 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh4 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015-ci il tarixli, 091-15B-03 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh3 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015-ci il tarixli, 091-15B-05 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh5 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015-ci il tarixli, 091-15B-04 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh2 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi 10433.09 manat əsas, 3347 manat faiz, 2900 manat dəbbə pulu olmaqla 16680,09 manat kredit borcu vardır. Cavabdeh4 kredit müqaviləsi üzrə 11930.18 manat əsas, 3926 manat faiz, 3400 manat dəbbə pulu borcu olmaqla 19256,18 manat kredit borcu vardır. Cavabdeh3 kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3348 manat faiz, 3100 manat dəbbə pulu olmaqla cəmi 17879,46 manat kredit borcu vardır. Cavabdeh5 kredit müqaviləsi üzrə 11431,46 əsas, 3348 manat faiz, 3170 manat dəbbə pulu borcu olmaqla cəmi 17949.46 manat kredit borcu vardır. Cavabdeh2 kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3349 manat faiz, 3180 manat dəbbə pulu borcu olmaqla cəmi 17960.46 manat kredit borcu vardır. Yuxarıda göstərilən kredit müqavilələri üzrə öhdəliklərin təmin məqsədi ilə X4 özünə məxsus olan Bərdə şəhəri, Nizmi küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli Qeyri-yaşayış binasını (mağaza) ipoteka ilə yüklü etmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışlar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. xx.xx.2015-ci il tarixli, 091- 15B saylı İpoteka müqaviləs üzrə əmlak ******* manat məbləğində qiymətləndirilmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, kredit müqavilələrinin təmini qismində xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında girov qoyulmuş qeyri-yaşayış binasının mülkiyyətçisi X4 vəfat etdiyi üçün onun arvadı Cavabdeh6 və oğlu X6 qanun üzrə vərəsə kimi tanınmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh6 və X3 iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə X3 xx.xx.2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığını nəzərə alaraq həm X3 qanuni nümayəndəsi, həm də X1 əmlakının qanun üzrə vərəsəsi kimi Cavabdeh6 cavabdeh qismində işə cəlb etmişdir. İş üzrə cavabdehler Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdirlər ki, İddiaçı BOKT ASC ilə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-03 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-05 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-04 saylı və xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqavilələri üzrə borcları yoxdur və həmin kredit müqavilələrinin müddəti 02 oktyabr 2018-ci ildə başa çatmışdır. İddiaçı bu tarixdən 3 il ərzində iddia ilə yəni 02 oktyabr 2021-ci il tarixədək məhkəməyə müraciət etməli olduğu halda iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehlər tərəfindən təqdim edilən iddia müddətinin tətbiqi ilə bağlı ərizələr əsassızdır. Belə ki, hazırkı iş üzrə cavabdehlərə qarşı 2019-cu ildə Bərdə Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmədə işə baxılarkən iş üzrə icraat dayandırılmış, sonra məhkəmə Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 aid hissədə işə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır və həmin qəradaddan məlumat alan kimi yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa 2019-2020 ci illərdə problemli kreditlərlə bağlı məhkəmə prosesləri Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən dayandırılmışdır, o cümlədən pandemiya ilə əlaqədar olaraq müvəqqəti olaraq məhkəmələrin fəaliyyəti dayandırılmışdır. Ona görə də hesab edir ki, iddia ərizəsi iddia müddəti ərzində məhkəməyə verilmişdir, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, Bankla beş şəxs arasında kredit müqaviləsi bağlanmışdır. Hər bir kreditin məbləğinin təminatı kimi X2 məxsus olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kreditin götürülməsində məqsəd sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Həmin ipoteka predmeti icarə müqaviləsi əsasında Bankın istifadəsinə verilmiş və hər dəfə 5 il müddətinə olmaqla 2009-cu və 2014-cü illərdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsindən gələn aylıq gələrin isə kredit borcunun aylıq ödənişi ilə əvəzləşdirilməsi barədə Bankla razılığa gəlinmişdir. Bankın lisenziyası ləğv edilmiş və bank olman kredit təşkilatına çevrilmişdir. Həmin andan icarə haqqı ödənilməmiş, bununla əlaqədar kredit borcu da ödənilməmiş qalmışdır. Müqavilələrin müddəti isə 02 oktyabr 2018-ci ildə bitmişdir. 2022-ci ilin iyununda iddiaçı mediasiyaya müraciət etmişdir. Odur ki, iddia 3 illik iddia müddəti ötürülməklə məhkəməyə verilmişdir. Odur ki, iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, götürülmüş kreditin icarə haqqı ilə əvəzləşdirilməsi barədə iddiaçı ilə razılığa gəlinmişdir. Belə ki, icarə haqqını ödədikdən sonra həmin məbləğ kredit məbləğinin silinməsinə sərf olunurdu. Bankın lisenziyası ləğv edilmiş və bank olmayan kredit təşkilatına çevrilmişdir. Lakin bağlanmış icarə müqaviləsi olduğu kimi qalmışdır. Təşkilatın əşyaları belə hazırda həmin qeyri-yaşayış sahəsindədir. Həmin qeyri-yaşayış sahəsini yenidən icarəyə vermək istəmiş, lakin əmlak yüklü edildiyi üçün müqavilə bağlaya bilməmişdir, bu səbbdən kredit borcunu ödəyə bilməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı kredit müqaviləsindən görünür ki, , "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 090-15B-02 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 091-15B-03 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh4 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 090-15B-04 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh5 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 091-15B-05 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh3 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə X4 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bərdə şəhəri, Nizmi küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli Qeyri-yaşayış binasını (mağaza) Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı, xx.xx.2015-ci il tarixli 091-15B- 03 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-05 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-04 saylı və xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqavilələrinin təminatı kimi kreditora/ipoteka saxlayana ipotekaya vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, tam mülkiyyət hüququ X2 məxsus Bərdə şəhəri, Nizami küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli Qeyri-yaşayış binası (mağaza) xx.xx.2009-cu il tarixli 1 nömrəli reyestr kitabının 151 nömrəli səhifəsində **********40-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, MH serialı ******* nömrəli çıxarışla X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 10433,09 manat, faiz borcu 3347 manat, dəbbə pulu 2900 manat olmaqla cəmi 16680,09 manat, Cavabdeh4 xx.xx.2015-ci il tarixli 091-15B-03 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11930,18 manat, faiz borcu 3926 manat, dəbbə pulu 3400 manat olmaqla cəmi 19256,18 manat, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 091-15B-05 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11431,46 manat, faiz borcu 3348 manat, dəbbə pulu 3100 manat olmaqla cəmi 17879,46 manat, Cavabdeh5 xx.xx.2015-ci il tarixli 091-15B-04 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11431,46 manat, faiz borcu 3348 manat, dəbbə pulu 3170 manat olmaqla cəmi 17949,46 manat, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11431,46 manat, faiz borcu 3349 manat, dəbbə pulu 3180 manat olmaqla cəmi 17960,46 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarış vərəqlərdən görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 kredit müqavilələri üzrə sonuncu ödənişləri xx.xx.2017-ci il tarixdə ödəmişlər. Məhkəmə iclasında tədqiq edilmiş Gəncə Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(115)-367/2022 saylı işdən görünür ki, İddiaçı BOKT ASC xx.xx.2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Nümayəndə və X2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Nümayəndə İddiaçı BOKT ASC-nin xeyrinə 2011-ci il 07 dekabr tarixli 728B nömrəli kredit müqaviləsi üzrə 885 manat 21 qəpik əsas, 1432 manat 97 qəpik hesablanmış faiz, 230 manat 15 qəpik dəbbə pulu, cəmi 2548 manat 33 qəpik; xx.xx.2014-cü il tarixli 304-14B- PK nömrəli kredit müqaviləsi üzrə 5 998 manat 09 qəpik əsas, 10 357 manat 54 qəpik faiz, cəmi 16 355 manat 63 qəpik ; xx.xx.2015-ci il tarixli 033-15B nömrəli kredit müqaviləsi üzrə 3 952 ABŞ dolları 87 sent əsas, 4 174 ABŞ dolları 23 sent faiz, 1 027 ABŞ dolları 75 sent dəbbə pulu olmaqla, cəmi 9 154 ABŞ dolları 85 sent, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmasını, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091- 15B-01 nömrəlli kredit müqaviləsi üzrə 11419 manat 24 qəpik əsas, 9 692 manat 18 qəpik hesablanmış faiz, 2 877 manat 65 qəpik dəbbə pulu, cəmi 23 989 manat 07 qəpik borcu olduğunu, Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B- 02 nömrəli kredit müqaviləsi üzrə 11431 manat 46 qəpik əsas, 9 707 manat 23 qəpik hesablanmış faiz, 2 880 manat 73 qəpik dəbbə pulu, cəmi 24 019 manat 42 qəpik borcu olduğunu, Cavabdeh4 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B- 03 nömrəli kredit müqaviləsi üzrə 13 598 manat 89 qəpik əsas, 11 436 manat hesablanmış faiz, 3 426 manat 92 qəpik dəbbə pulu, cəmi 28 461 manat 81 qəpik borcu olduğunu, Cavabdeh5 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-04 nömrəli kredit müqaviləsi üzrə 11 431 manat 46 qəpik əsas, 9 707 manat 23 qəpik hesablanmış faiz, 2 880 manat 73 qəpik dəbbə pulu, cəmi 24 019 manat 42 qəpik borcu olduğunu, X5 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-03 nömrəli kredit müqaviləsi üzrə 11 431 manat 46 qəpik əsas, 9 707 manat 23 qəpik hesablanmış faiz, 2 880 manat 73 qəpik dəbbə pulu, cəmi 24 019 manat 42 qəpik borcu olduğunu, İpoteka predmeti 100 000 manat qiymətləndirilməsini və borcun əvəzi bu qiymətlə X4 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, Qeyri yaşayış binası (mağaza) tam olaraq açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsini, X4 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, Qeyri yaşayış binasının (mağazanın) tam olaraq boşaldılmasını, əgər hərracdan əldə olunan məbləğ borc öhdəlini tam ödəmədikdə yerdə qalan məbləğ cavabdehdən ümumi qayda da tutulmasını öz ərizəsində qeyd etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2857/2021 saylı 16 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı BOKT ASC cavabdehlər Nümayəndə, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X7 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X7 münasibətdə icraat ayrılaraq aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin qərardadına əsasən Bərdə Rayon Məhkəməsinin 2(021)-2857/2021 saylı 16 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X7 münasibətdə ayrılmış icraat üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş işdə iddiaçı öz ərizəsində qeyd olunan cavabdehlərin soyadı, adı, atasının adını, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, o cümlədən mobil telefon nömrələrini, elektron poçt ünvanını göstərməmişdir. Həmçinin cavabdehlərə qarşı yönəldilən iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı aşkar deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/9-00071 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Nümayəndə, X4, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı BOKT ASC ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdelər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixdə kredit müqavilələri bağlanmış, müqavilələrə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, 12 ay güzəşt dövrü müəyyən edilməklə, hissə-hissə qaytarmaq şərti ilə hər birinə 15000 manat məbləğində kredit verilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə X4 arasında verilmiş kreditlərin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Cavabdehlər tərəfindən kredit müqavilələri üzrə sonuncu ödənişin tarixi isə xx.xx.2017-ci ildir. İddiaçı mediasiya prosesinin tətbiqi barədə xx.xx.2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışlar verilmişdir. İddia isə xx.xx.2022-ci il tarixdə verilmiş, qeyd edilən tarixdə verilən iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəraradadı ilə geri qaytarılmışdır. Yenidən iddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, həmin tarixdə verilmiş iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Sonradan iddiaçı hazırki iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, müqavilə müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, həmin tarixdən sonra cavabdehlər tərəfindən hər hansı bir ödəniş olmamışdır. Həmin tarixdən iddia müddətinin axımı başlamış, xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İddiaçı isə yeddi ay sonra xx.xx.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışlar verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizələr verildiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin bildirir ki, iddiaçının nümayəndəsi iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyini bildimiş, daha sonra qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehlərə, yəni Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı xx.xx.2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsində iddia qaldırılmış, həmin cavabdehlərə qarşı iddia tələbi ayrıca icraata ayrılaraq Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş, iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan məlumatlı olduqlarında mediasiya prosesi ilə bağlı müraciət etmişlər. Bundan başqa problemli kreditlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş fərmana əsasən məhkəmələrdə iş üzrə icraatın dayandırıldığı və müddətin müəyyən hissəsində ölkədə yaranmış vəziyyət, yəni pandemiya ilə bağlı məhkəmələrin fəaliyyətinin dayandırılması ilə bağlı müddət nəzərə alınmaqla iddia müddəti ötürülməmişdir. İddiaçının nümayəndəsinin dəlillərinə münasibət bildirən məhkəmə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinə iddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edilərkən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı hər hansı bir tələb irəli sürülməmiş, aparılmış məhkəmə icraatı yalnız cavabdehlər Nümayəndə və X2 aid olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada iddia tələbi yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Həmçinin hazırki iddia tələbi ilə bağlı iddia müddətinin axımının dayandırılması və ya dayandırılmasına səbəb olan halların olması ilə bağlı iş materiallarına heç bir sübut yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2008/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2008/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver