Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2057/2022 11.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 19356 manat 70 qəpik məbləğində borcun onun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində özünə məxsus torpaq sahəsində 3 hektar istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ilin maya ayında qaz sayğacı cavabdeh idarənin əməkdaşları tərəfindən sökülərək yoxlanılması üçün götürülmüşdür. Bundan bir müddət sonra cavabdeh idarənin əməkdaşları onu Şəmkir RQİİ-nə çağıraraq ona bildiriblər ki, guya sayğacın impuls ötrücüsündə nasazlıq olduğu üçün sayğac göstəricisi sərf olunan qazı qeydə almamışdır. Buna görədə yaranmış fərqin onun tərəfindən ödənilməsini tələb ediblər. O isə onların qeyd etdikləri ilə razılaşmamışdır. Bildirmişdir ki o, Cavabdeh İB-nin əməkdaşı tərəfindən sayğac üzrə sərf edilmiş və həmin sərfiyyat əsasında ona verilmiş bildiriş üzrə hər ay borcunu ödəmişdir və Cavabdeh İB-yə heç bir borcu yoxdur. Sonra Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı ona təqdim edərək imzalamağını tələb etdilər. O isə həmin aktla razılaşmadığı üçün imza etməkdən imtina etmişdir. Sonra məlum oldu ki həmin akt əsasında onun hesabına 19356,70 manat məbləğində borc hesablamışlar. Onun istifadə etdiyi təbii qazın sayğacı onun sahibkarlıq fəaliyyət göstərdiyi ərazidə deyil cavabdeh idarənin mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşir və həmin stansiya cavabdeh idarənin əməkdaşları tərəfindən təyin edilmiş mühafizəçi tərəfindən gecə-gündüz nəzarət olunur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Akta qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olun təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Hesab edir ki onun heç bir qanunazid hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Gəncə Kommersiya Məhkəmənin icraatında olan e-2-2(115)-2057/2022 mülki iş üzrə İddiaçı iddia ərizəsi verərək Şəmkir RQİİ-nə borclu olduğu 19 356,70 manat borcun əsassız olduğu üçün hesabdan silinməsini qeyd etmişdir. Bununla əlaqədar ilk növbədə bildirirlər ki, istehlakçı İddiaçı hal-hazırda Şəmkir RQİİ-nə 61 111,70 manat borcu mövcuddur. Həmin məbləğin 41755,00 manatı 2021-2022-ci mövsüm İli ərzində yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənmilməsi üçün möhlət veriimişdir. Hazırda iddia tələbi üzrə İddiaçı tərəfindən qeyd olunan iddia məbləği 2022-ci ilin may ayında baxış keçirilmiş istixana sayğacının arxiv məlumatlarında istehlak edilmiş lakin hesabatda nəzərə alınmayan təbii qazın müəyyənləşdirilmiş həcm məbləğidir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilərəkən müəyyən edilmişdir ki, sayğacda korreksiya olunmamış 273 m3 qaz həcmi qeydə alınmış, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 52372m3 azdır. Beləliklə istixananın qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatmı tam qeydə almadığı qaz sərfinin dəyəri olaraq 19 356,70 manat müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Tərəflərindən abonentə edilmiş xəbərdarlıqların nəticəsi olaraq abonent tərəfindən heç bir tədbir görülməmiş ödəniş təmin edilməmişdir. “Qaz təchizatı haqqında” qanunun 3-cü mədəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3,2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən- istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12,05.2011-ci il tarixli, 80-nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qayda!arı”nın 2.3-cü bəndinə əsasən “İstehlakçı”nın əsas vəzifələrindən biri qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməkdir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda(götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin “Qaydalar’ın 5-ci bəndinin tələblərinə görə (5.3) istifadə olunan qazın dəyəri yalnız bank və poçt şöbələri vasitəsilə ödəniiir.(5,5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Məcəllənin 77.1 -cl maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsə hesablanmış cərimə borcu tamamilə əsassızdır. xx.xx.2022-ci ildə iddiaçıya məxsus qaz sayğacı yoxlamaya göndərilmişdir. Nəticədə sayğacda olan qüsura görə iddiaçıya cərimə hesablanmışdır. Sayğac cavabdeh təşkilatın mühafizə etdiyi ərazidə yerləşir. İddiaçının həmin sayğaca hər hansı müdaxilə etməsi mümkünsüzdür. Sayğacda baş verən nöqsanın iddiaçının hərəkətləri ilə hər hansı bir əlaqəsi mövcud deyildir. Bütün bunları nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı hal-hazırda Şəmkir RQİİ-nə 61 111 manat 70 qəpik borcu mövcuddur. Həmin məbləğin 41755 manatı 2021-2022-ci mövsüm ili ərzində yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənilməsi üçün möhlət veriimişdir. İstixananın qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatnı tam qeydə almadığı qaz sərfinin dəyəri olaraq 22 qəpikdən hesablanıb 19356 manat 70 qəpik müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Tərəflərindən abonentə edilmiş xəbərdarlıqların nəticəsi olaraq abonent tərəfindən heç bir tədbir görülməmiş ödəniş təmin edilməmişdir. İddiaçıya yazılan cərimə aparılan yoxlamanın nəticəsində aşkar olunan qaz sərfiyyatı ilə bağlı olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutları hərtərəfli tam və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 08 oktyabr 2019-cu il tarixli AMX-6209/19 nömrəli tərəflər arasında bağlanmış qazın alğı-satqısı üqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, fiziki şəxs olan istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, SS-29/1640-00938 nömrəli aktdan görünür ki, “Azəriqaz" İB-nin SOCAR**********31791640X00938 saylı xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Şəmkir rayon Xidmət Sahəsinin fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G400 markalı 80102135 nömrəli turbin tipli "ELSTER" qaz sayğacı xx.xx.2022-ci il tarixində xətdən çıxarılmış (Forma-2 №9029139), xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir.İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, impuls ötürücüsü normal olmuşdur. Sayğaca hava vurulmuşdur, hesablayıcı mexanizm işlək olmuşdur. Ekranda A işarəsi var. Göstəricilər arasında fərq var. Korrektor tərəflərindən açılmış yapışqan (0032342) plomb və daxili impuls xətləri normaldır. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.09 bar, komeksiya olunmuş maksimal qaz həcmi: 476 m3 korreksiya olunmamış qaz həcmi 273 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 15 ay qalıb. Temperatur və təzyiq çeviriciləri normaldır. Pbaza = 1.01325 bar, Tbaza=20°C. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 52372 m3 azdır. Şteyker yenisi ilə əvəz edilməlidir. Təzyiq borusu yoxlanıldı, sızma var. Xətalar normaya uyğundur. Batareya, impuls ötürücüsü və təzyiq borusu tələb olunur. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ARDNŞ-nin Cavabdeh İB-dən daxil olmuş xx.xx.2022ci il tarixli, SS-29/1640-00938 nömrəli akta əsasən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.09 bar, komeksiya olunmuş maksimal qaz həcmi: 476 m3 korreksiya olunmamış qaz həcmi 273 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 15 ay qalıb. Temperatur və təzyiq çeviriciləri normaldır. Pbaza = 1.01325 bar, Tbaza=20°C. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 52372 m3 azdır. İtirilmiş qazın bərpası üçün hesabat aparılmalı və dəymiş ziyan ödənilməlidir. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair 31 may 2022-ci il tarixli tələbnamədən görünür ki, PR 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 52372 m3, əmsal 1.68 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (52372x1.68=87985 m3 x 0.22 manat =19356 manat 70 qəpik). İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən fiziki şəxs İddiaçı abonent hesabına 2022-ci ilin may ayında qalıq və aktlar üzrə 19356 manat 70 qəpik məbləğində borc daxil edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 iyul 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron göstəricisinin işləməməsi əsası ilə hesablama mexaniki göstəriciyə və öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Məhkəmə tədqiq edilən sənədlərdə sayğacda yaranmış qüsurun istehlakçı İddiaçı hər hansı bir mülki hüquq pozuntusu törətməsini göstərmədən ona ziyan hesablanmasını qanuni hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00060) hesablamış 19356 manat 70 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinməli, ödənilməli olan 148 manat 07 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı mediasiya sessiyasında iştirak edən zaman 200 manat məbləğində mediasiya xərcini ödədiyi üçün iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq dövlət büdcəsinə ödənilməli olan 148 manat 07 qəpik məbləğində dövlət rüsumu cavadeh Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00060) hesablamış 19356 manat 70 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinsin. Ödənilməli olan 148 manat 07 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2057/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2057/2022
11.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver