Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-206/2021 14.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh “Cavabdeh “İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” İstehsalat birliyi tərəfindən əsassız hesablanmış 209385,80 manat borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, heç bir əsas olmadan iddiaçıya xx xxxxxxxx 2020-ci əvvəlinə borc qalığı üzrə X3 İstismar Sahəsi tərəfindən 209385 manat 80 qəpik debitor borcu hesablanmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da iş üzrə təyin olunmuş məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız olduğunu və işə mahiyyəti üzrə baxılmasını bildirmişdir. Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə iştirak edən tərəfin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-6091/19 saylı qazın alğı-satqısı müqaviləsindən, abonentin saldosundan və debitor borcunun ödənilməsi barədə pretenziya məktubundan görünür ki, cavabdeh İddiaçı (VÖEN: **********) Şəmkir rayonu Düyərli kəndində yerləşən istixanada təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən 209385 manat 80 qəpik borcu yaranmış, həmin borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcu ödəməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abonentə aid saldonun surətindən görünür ki, abonent İddiaçı oğlunun son borcu kimi 255566,40 manat qeyd edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-438/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə “Cavabdeh” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı borc tələbi üzrə iddiası təmin edilmiş 209379,20 manat pulun İddiaçı tutulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Ona gğrə də hazırki iş üzrə preyudisial xarakter daşıyır. Göründüyü kimi hazırkı tələb üzrə mübahisələndirilən 209379,20 manat borcun əsaslı olması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-ci il ci qərarının 1-ci bəndinə əsasən: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat birliyinə qarşı cavabdeh tərəfindən hesablanmış 209385,80 (iki yüz doqquz min üç yüz səksən beş manat səksən qəpik) manat borcun abunə hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Kənan Vəliyev əsli ilə düzdür Hak
Məhkəmə qərarları › İş №e-2-2(115)-206/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-206/2021
14.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver