Məhkəmə qərarları › İş №e-2-2(115)-206/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-206/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-206/2022 28.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kommersiya işinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12 784,63 manat əsas borc, 3374,17 manat faiz borcu, 634,94 manat cərimə borcu, gecikdirilmiş gün üçün 5 faiz olmaqla 1780 manat məbləğində faiz borcu, ümumilikdə 18 573,74 manat kredit borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, cavabdehin rəsmi qeydiyyatda olduğu yer ünvan 1-dir. Lakin faktiki yaşayış yeri barədə məlumat təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş 07.09.2021-ci il tarixli aktın məzmunundan belə başa düşülür ki, İddiaçı ASC-dən qəbul edilmiş məktubun çatdırılması üçün poçt xidməti göstərən şəxs 24.08.2021-ci il tarixdə ünvan 1 ünvanına yollanmış, lakin şəxs həmin evdə yaşamadığından məktubun çatdırılması mümkün olmamışdır. Məhkəmə aktda yazılanları ağılabatan hesab etmir və belə hesab edir ki, pretenziya məktubu cavabdeh şəxsin faktiki yaşayış yeri və ya oluğu yer üzrə ona təqdim olunmalıdır. Belə olan vəziyyətdə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl edilməmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar